Romanın nəqledilmə texnikasının fərqliliyi budur ki, Kiz yaratdığı obrazın həyat mərhələlərini, əqli inkişafdan geri qalma, əməliyyatdan sonrakı dəyişmə, intellektual inkişaf mərhələsi, dahinin çiçəklənmə dövrü və sonra da tənəzzülü dövrü, sürətli geriləmə, yenidən əqli geriləməyə dönüş: bütün bunlar fəsillərin bir-birini əvəz etməsi ilə
40 yaşlarında, protez dişli, gombul bir uşaq düşünün. Bütün həyatı boyu yaşadığı məhəlləsini illərdi görməyən, amma uşaqlıq illərində arzusunda olduğu şeyləri hələ də arzulayan bir adam. Orvelin yaratdığı, mənimsə sevimli personajlarımdan birinə çevrilən bir adamdı. Amma müharibə onu bütün uşaqlıq arzularından qoparır, tək-tənha bir yerə salır, sonra müharibə bitir və artıq köhnə arzularına qayıdır. Amma arzular ona qayıtmaq istəmir. Çünki artıq uşaq deyil və özünə aid ailəsi, uşaqları, bir də mütləqiyyətləri var. Amma hamımızın içində balaca bir uşaq yatır. Hətta 40 yaşlarında, protez dişli, gombul birinə çevrilsən belə Bir səhər yuxudan durub bu arzuların arxasıyca gedəndə isə bu dəfə yenə müharibə - İkinci Dünya müharibəsi qapını döyür.
Orvelin oxuduğum bütün kitablarını, qəhrəmanlarını sevmişəm. Amma bu kitab təkcə müharibə mövzusunu qələmə almamışdı. Bu kitab çox şey öyrətdi mənə. Bir gün arzularını mütləqiyyətlər əvəz edəcək və o vaxta qədər arzularını reallaşdırmaq üçün cəhd etməlisən. Bir düşündün kitabı oxuyandan sonra ki, görəsən ən böyük uşaqlıq arzum nə idi. Həmişə sakit uşaq olmuşam, oxumaq, babamın da dediyi kimi savadlı olmaq arzum olub. Fərqinə vardım ki, bu arzu ani reallaşa bilməz və uzun müddət lazımdır. Amma kitabdakı qəhrəmanımıza o müddət təqdim olunmamışdı. ️
Sevərək oxudum, sevərək şərh edir və paylaşıram. Bəlkə də az tanınan Orvel kitabıdır, amma çox dəyərli əsərdir.
#georgeorwell #boguluram #boğulmamakiçin #kindle #kindleokumalari #avqustdaoxuduqlarım
Boğulmamak İçinGeorge Orwell · Can Yayınları · 20158,6bin okunma
İndi qulaq as mənə, bir şey də deyim. Bu gün səhər radioyla bir verilişə qulaq asırdım. Heç bilmirəm nə veriliş idi, ancaq orda bir şey dedilər,mənim yaman beynimə batdı. Təxmini deyirəm, dəqiq yadımda deyil. Üç obrazı əsas götürmüşdülər. - Pəncərə, qapı, güzgü, məcazi mənada əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının arxasındakı həyat. Ancaq güzgü. Ancaq özü.
İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyata seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər.
Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər.
Pəncərə, qapı, güzgü.
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eyləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşətü-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura
Sən öz əzablarınla kimsəni incitməməyi bacarırsan. Sən aktrisasan. Lazım gələndə göz yaşlarını şən qəhqəhələrlə əvəz edə bilərsən. Sən böyük sevgi hicranının nə demək olduğunu duyub hiss etmisən.
Tərifləri, sadəcə, dinləmək, onlardan istifadə etmədən və nüfüz qazanmağa çalışmadan qiymətləndirməyi bacarmaq lazımdır. səh10
Yazıçı hər zaman yazdığı əsərə sadiq olmalıdır. Çünki yazılar onun təkamülünün əksidir. Bu, keçmişdəki işlərin hər zaman mükəmməl olduğu anlamını vermir. Sadəcə, bu işlər insana kim olduğunu xatırladır və onu daha yaxşı