Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təbəssüm Mustafaeva

176 syf.
8/10 puan verdi
·
7 günde okudu
Bütün insanlar umutlarında kandırılıyor, beklentilerinde aldatılıyorlar.
Təəssüflənirəm ki, bu kitabı daha öncə oxumamışam. Hər cümləsi, hər sətiri həyatın özü, bizim özümüz idik. Altını xətlədiyim o qədər alıntı var ki... Deyilənə görə "Genç Werther'in Acıları"Goethenin ilk əsəridir və onu 25 yaşında qələmə alıb. Romanda bir gəncin qarşılıqsız sevgisindən bəhs olunur. Werther bütün ağrı-acılarını dostu Wılhelmə məktublar vasitəsilə çatdırır. Bir gün o, şəhər həyatından uzaqlaşaraq tamam yad bir kəndə gəlir. Orda onu heç kim tanımır. Zamanla yeni insanlarla tanış olur və bir gün bir getdiyi kənddə Lotteni görür və ona aşiq olur. Lotte isə başqasına nişanlı olduğu üçün Werther sevgisinə qarşılıq ala bilmir. Düşdüyü bu vəziyyətdən Werther çox acı çəksə də, bütün iztirablarını öz qəlb dünyasına həbs edir və bu barədə Wılhelmə məktublarında yazır. Hər şey Wertherə o qədər mənasız gəlməyə başlayır ki, artıq heç nədə məna görə bilmir. Təbii ki, bu melanxoliklik onu uçurumun kənarına gətirir. Lotteylə qarşılaşmamışdan öncəki Wertherlə, Lotteyə aşiq olan Werther arasında o qədər fərq yaranır ki, hətta düşüncələrini belə oxuduqda həyatda hər şeydən ümidini üzən bir Wertherlə qarşılaşacaqsınız. . Oxuduqca siz də Wertherin daxili dünyasında baş verən o fırtınalı düşüncələrə dalacaqsız. Məncə, bu kitabı oxuyanlar özlərinə bu sualı veriblər; "Bəs mən Werther'in yerində olsam necə olardı?" Yaşamayan bilməz :)
Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Alfa Yayınları · 2021121,1bin okunma
Reklam
280 syf.
6/10 puan verdi
·
14 günde okudu
Salam. William Goldinglə tanışlığım bu kitabla oldu. Bu əsərdə sevdiyim məqamlar da oldu, sevmədiyim məqamlar da. Sanki tamlıq yox idi əsərdə. Çatışmazlıq var idi. Təhlillərə baxdım, demək olar, oxuyanların çoxu sevib bu əsəri. Ancaq mənə o qədər də sirayət etmədi. Bəlkə də müharibəylə bağlı çox kitab oxuduğumdandır ki, o hissləri ala bilmədim. Sammy Mountjoy İkinci Dünya Müharibəsində əsir düşdükdən sonra, ağır cəzalara məhkum qalır, qaranlıq bir hücrəyə həbs edilir. Və işgəncələrə məruz qaldıqca bütün həyatını gözdən keçirməyə və sorğulamağa başlayır. Uşaqlığını, gəncliyini, ilk sevgisini, dostluqlarını, bütün yaşanmışlıqlarını. O qaranlığın içindən yenidən aydınlığa çıxmağın yollarını axtarırdı öz dünyasında. Amma bu mümkün idimi? Ən çox təsir edən atası ilə bağlı anasını sorğulaması idi. Sammy atasını tanımadan böyümüş, onun kim olduğunu heç vaxt öyrənə bilməmişdi. Çünki anası hər dəfə onun suallarına yayındırıcı cavablar verib. Tanımadığı atasını öz xəyalında canlandırmaq necə bir hissdir görəsən? “Serbest düşüş” azadlığın məhv oluşunu, insanın çöküşünü, müharibənin amansız üzünü göstərir. Bəzi iztirablar var ki, insanların hayatında silinməsi mümkün olmayan ağır izlərin buraxır. Sammy o iztirabların ifadəsi idi.
Serbest Düşüş
Serbest DüşüşWilliam Golding · İş Bankası Kültür Yayınları · 2016772 okunma
360 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş
Cəfər Cabbarlının deyilənə görə qələmindən çıxan ilk pyesidir. 4 pərdəli, qısa məzmunlu dram olsa da, cəhalətin utanc vericiliyi, iki gəncin çarəsizliyindən istifadə edən cahil beyinlər, cəmiyyətin problemləri, qadına qarşı olunan fiziki, mənəvi şiddət çox açıq şəkildə göstərilib. Üzücü olan çox səhnələr var idi ki, məndə gərginlik yaratmağa bəs
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200561 okunma

Okur Takip Önerileri

Tümünü Gör
640 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Hamımız birimizin yolunda, birimiz hamımızın yolunda!
“Üç Muşketyor” çox sevdiyim əsər oldu. Səhifələrin qalınlığı gözünüzü qorxutmasın. Hər səhifəsi həyəcan dolu, maraq dolu bir kitab haqqında fikirlərimi bölüşmək istəyirəm. Müşketyor olmaq arzusunda olan gənc Dartanyan atasının ona verdiyi, muşketyorların başçısı olan cənab de Trevilə çatacaq olan tövsiyə məktubu ilə Parisə gəlir. Elə bu məktubla
Üç Muşketyor
Üç MuşketyorAlexandre Dumas · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 20188,9bin okunma
464 syf.
·
Puan vermedi
Bu əsəri 1 il öncə oxumuşam və çox sevdiyim əsərlərdən biridir. Bir neçə dəfə Marquezin kitablarına üz tutmuşam amma o qədər də ürəyimə yatmamışdı. Amma 100 ilin tənhalığı” sevdiyim əsər oldu. İlk oxuduğumda anlaşılması bir az çətin oldu mənə, ona görə 200 səhifədən sonra kitabı yenidən oxudum və daha çox aydın oldu kitab. Bu əsər bir nəslin
Yüz İlin Tənhalığı
Yüz İlin TənhalığıGabriel Garcia Marquez · Qanun Neşriyyat · 201636,4bin okunma
Reklam
400 syf.
·
Puan vermedi
·
7 günde okudu
“Kuğu ve çakal” Katiller çetesinin 3-cü seriya kitabıdır. 7 kitabdan ibarət bu seriya kitablarında şiddətə meyillilik, qadın alveri, cinayət, aksiyon dolu mövzular var. İlk kitab “Sarai”də Sarainin 9 yaşında anası tərəfindən narkobarona satılmasını, işgəncəli həyatını, onun başına gələn hadisələr, Victorla yollarının necə kəsişməyini oxuyuruq.
Kuğu ve Çakal
Kuğu ve ÇakalJ. A. Redmerski · Ephesus Yayınları · 20171,607 okunma
96 syf.
·
Puan vermedi
·
10 günde okudu
Salam hər kəsə. Bu kitabla bağlı fikirlərimi bölüşməmişdən öncə, Mirzə Camal Cavanşir haqqında kiçik məlumat paylaşmaq istəyirəm. Sözün açığı, Mirzə Camal haqqında bu kitabı oxumamışdan öncə heç bir məlumatım yox idi. Bir az araşdırdım və məlum oldu ki, Mirzə Camal Molla Pənah Vaqifin öldürülməsindən sonra İbrahimxəlil xan onu xanlığın vəziri
Qarabağ tarixi
Qarabağ tarixiMirzə Camal Cavanşir Qarabaği · Qanun Nəşriyyatı · 014 okunma
344 syf.
6/10 puan verdi
·
14 günde okudu
Salam. Bu kitabla bağlı düşüncələrin çoxu Xalid Hüseyninin əsərləri ilə müqayisə edilir. Düzdür, onun romanlarındakı ab-havanı mən də axtarmadım deyə bilmərəm. Ancaq, bu romanda da Əfqan xalqının taleyi, qadınların cəmiyyətdən tədric olunması, Taliban rejiminin qəddarlığı, apardığı islahatlar, ölkənin necə sürətlə çökdüyünü görmək və dirçələ bilməyən Əfqanıstanın taleyinin müəmallı olması üzücü haldır. Mövzusu Əfqanıstanın paytaxtı olan Kabildə yaşayan bir ailənin həyatından bəhs edir. Kabildə kitab mağazaları olan Sultan Xan və onun ailəsinin yaşadıqları hadisələri Amerikalı jurnalist roman halına gətirərək oxuculara təqdim edib. Kitabda o qədər məni əsəbləşdirən məqamlar var idi ki... Sultan Xanın ailəsindəki qadınlara etinasız yanaşması, onların heç bir söz haqqı olmaması, qadınların əzilməsi və xor görülməsi heç də xoşa gələn məqamlar deyildi. Ən maraqlısı da, qadınların bu cəhallətdən çıxmaq istəyib də, çıxa bilməməsi, susmaları, qorxularına yenik düşmələri bir qadın olaraq mənə təsir etdi. Oxumaq olmaz, tək qalmaq olmaz, söz haqqı kimdədirsə yalnız onun dediyi olmalıdır, sevmək olmaz... Çox təəssüf ki, bu hallar bu gün də davam edir orada. Ümid edirəm ki, yaxın gələcəkdə o xalq bu cəhalətdən qurtulacaq. Oxuyun, Oxutduru. Kitabla qalın.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020173 okunma
480 syf.
·
Puan vermedi
·
22 günde okudu
“Katrei Matem” Matəm damlası anlamındadır. İlk dəfədir İsgəndər Palanın kitablarına üz tuturam. Yaxşı ki oxudum. Oxumağa başlayanda bir az qərarsız idim, çünki hadisələr qarmaqarışıq gəlirdi. Ona görə 200 səhifədən sonra kitabı təkrardan başladım. Bundan sonrası artıq su kimi öz yolunu tapdı. Olmuş hadisələri, tarixi məlumatları, araşdırmalı
Katre-i Matem
Katre-i Matemİskender Pala · Kapı Yayınları · 202222,2bin okunma
224 syf.
8/10 puan verdi
Nağıl kimi bir aləmə düşmək istəyirsinizsə bu kitabı oxuyun. Çox maraqlı, fərqli janrda kitabdır. #acıçikolata 12 bölümdən (aylardan) ibarətdir. Və hər bölüm yemək reseptləri ilə başlayır və hər reseptdən sonra hadisələr qəribə şəkildə bir-birinə bağlanır. Romanın əsas qəhrəmanı Titadır. Meksika adət-ənənələrinə görə evin kiçik qızı ailə qurmamalıdır və anasına o baxmalı, evin məsuliyyətini daşımalıdır. Tita da evin kiçik qızı olduğu üçün bu ənənəyə məcbur qalır. Bu səbəbdən qəddar anasının israrı ilə Titanın sevdiyi adamı Titanın bacısı ilə evləndirir. Əsas hadisələrə də bundan sonra şahid oluruq. Ən maraqlısı da Titanın bişirdiyi yeməklər onun əhvalı ilə bağlı olurdu. Əgər özünü xoşbəxt hiss edirsə yeməkləri çox dadlı olur, ağlayardısa yeməkləri qəribə şəkildə ailə üzvlərinə toxunurdu, halbahal edirdi onları. Titanın zamanla anasına qarşı apardığı mübarizə, baxış bucağı, olqun düşüncələri,qarşılaşdığı çətinlikləri, baryerləri aşmaq bir qadın obrazı üçün özünə olan inamı, güclü xarakterin formalaşmağını göstərir. Sevərək oxudum Dediyim kimi fərqli bir roman oldu mənim üçün. Esquivel həm də, öz xalqının adət-ənənəsini, siyasi görüşünü, ailə-məişət problemlərini, sevginin gücünü, ünsiyyət preblemlərini çox gözəl yansıdıb romanında. Oxuyun, oxutdurun. Kitabla qalın🩶
Acı Çikolata
Acı ÇikolataLaura Esquivel · Can Yayınları · 20213,280 okunma
Reklam
80 syf.
9/10 puan verdi
Somerst Moemi “Qisas” novellası ilə tanıdım. Elə ilk səhifələrdən götürdü kitab məni. Olur ki, 300-400 səhifəlik romanlar oxuyuruq amma ordakı duyğular, hisslər oxucuya çatmır. Bir də belə kiçik həcmli kitablar var insanın ruhunu incidir. Sözlərimi cümlələrə düzməkdə belə çətinlik çəkdim bu kitabdan sonra Bu balaca kitabda nə yoxdur ki? Nifrət, qürur, ağrı-acı, yoxsulluq, gərginlik, təcavüz… spoiler vermək istəmirəm, çünki mövzusu kiçik həcmlidir. Deyim ki, çox həssas mövzusu var. Hadisələr 2-ci dünya müharibəsi dövrünə təsadüf edir. Elə ilk səhifələrdən əsəb, stress, sarsıntı yaşadır kitab. Bir qadına edilən təcavüzün sonluğunu məncə, elə bu faciə ilə bitirməli idi Moem. Sonda birmənalı olaraq ağlıma gələn ilk cümlə Annet də Hans qədər qəddar və faşistdir. Çünki Hansın Annetə vurduğu zərbədən, faşist əməldən sonra Annetin ondan heç bir fərqi qalmadı mənə görə. Yəni qisas bu cür olmamalı idi Çünki başqasının günahının cəzasını bir digəri ödəməli deyil. Annet bəlkə də etdiyindən peşman olacaq amma keçmişi geri qaytarmaq olmaz… Məni düşündürən digər məqam isə Annetin valideyinlərinin davranışı oldu. Necə valideyn göz yuma bilər belə bir vəhşiliyə və nələrinsə qarşlığında az qala övladını sata? Alın oxuyun amma yenə deyirəm əsəbi, ürəyi zəif olan oxumasın kitabın sonu elə bitməsəydi 10 puan verecekdim.
Qisas
QisasW. Somerset Maugham · Qanun · 074 okunma
560 syf.
·
Puan vermedi
·
36 günde okudu
Yolçu
Salam kitab əhli. “Yolçu” haqqında fikirlərimi bölüşməmişdən öncə, qeyd edim ki, nədənsə yazarın kitablarını oxuyan çox az oxucu görürəm. Amma, çox istəyərdim bu əsəri ilə tanış olasınız. Bu romanı ərsəyə gətirmək üçün 30 ilini verib və məlum məsələdir ki, tarixi faktlardan istifadə edərək yazıb. Çox məhsuldar yazıçıdır və zəngin biliyi sayəsində
Yolçu
YolçuNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20135 okunma
160 syf.
·
Puan vermedi
·
24 saatte okudu
Merhamet zulmün merhemi olamaz!
“Son kız” kitabından sonra “Huzursuzluk” kitabını oxumağı qərara aldım. İlk çıxdığı zamanlarda oxumuşdum, amma bu qədər düşünməmişdim. Hər iki əsərdən sonra bir az araşdırmalar etdim, sənədli filmlərə, kinolara baxdım. Ezidi xalqının başına gələnlər, İŞİD-in islam dini adı altında törətdikləri vəhşilikləri oxuduqdan, gördükdən sonra, o insanların
Huzursuzluk
HuzursuzlukZülfü Livaneli · Doğan Kitap · 201799,6bin okunma
492 syf.
9/10 puan verdi
Bu kitabdan sonra hisslərim o qədər qarmaqarışıqdır ki, hardan başlayım hardan bitirim bilmirəm. Oxuduğum ən sarsıdıcı kitablardan biri də “Son kız” kitabı oldu. Oxuduqca əllərim tərlədi, içim ürpərdi və fikirləşdim ki, əgər, mən oxuyub belə oluramsa bu hadisələri canlı yaşayan bu qadın və onun timsalında minlərlə qadın bu dəhşətləri necə
Sonuncu Qız
Sonuncu QızNadia Murad · Teaspress Nəşriyyatı · 0677 okunma
216 syf.
·
Puan vermedi
·
5 günde okudu
Empedoklesin dostları Amin Maaloufun son yazdığı əsərdir. Sözün açığı, bu yazıçıya qarşı “Səmərqənd” əsərindən sonra bir az önyarğılı idim. Ancaq, bu kitabı ilə önyarğımı aşdım. Təkrardan oxumağı qərara almışam digər əsərini. “Empedoklesin dostları” kimdir? Onlar dünyanı nüvə müharibələrindən, düşmən hesab etdikləri ölümdən insanları xilas etmək
Empedokles'in Dostları
Empedokles'in DostlarıAmin Maalouf · Yapı Kredi Yayınları · 20215,2bin okunma
64 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.