Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Uşaqlıq
"Mənim ağlıma gəlməmişdi ki, yazıq İlenka bədəninin ağrısından çox, bəlkə də ona xoş gələn beş oğlan uşağının heç bir səbəb olmadan ona nifrət etmək və onu qovmaq qərarına gəlmələrinə görə ağlayırdı. Mən öz hərəkətimin amansız olduğunu heç bir vəchlə özümə izah edə bilmirəm. Necə olmuşdu ki, mən ona yaxınlaşmamış,onu müdafiə etməmiş və ona təsəlli verməmişdim? Yuvasından yerə atılmış dolaşa balasını və ya hasarın dalına atmaq üçün aparılan küçüyü, aşpaz arvadın şorba bişirmək üçün kəsdiyi toyuğu gördükdə məni hönkürtü ilə ağlamağa məcbur edən o mərhəmət hissi necə olmuşdu? Doğurdanmı, Seryojaya olan məhəbbətim və Seryojanın qarşısında onun özü kimi qoçaq görünmək arzum məndəki bu gözəl hissi öldürmüşdü? Bu məhəbbətim və qoçaq görünmək arzum axı elə böyük bir şey deyildi? Bu məhəbbətim və arzum mənim uşaqlıq xatirələrimin səhifələrinə yeganə qara ləkələr salmışdır."
Sayfa 82 - Şərq-QərbKitabı okudu
504 syf.
9/10 puan verdi
fəlsəfə sevərlər üçün bu kitabı əldə etməkləri bir növ fəlsəfə müjdəsidir. Fikrimcə, bu kitabı daha da oxunaqlı edən nüans, fəlsəfəni nağıl kimi anlatılması idi. Məhz bu yolla fəlsəfə tarixi, gəlmiş keçmiş filosoflar, alimlər, onların həyatları, məqsədləri 500 səhifəlik kitaba rahat izah olunan dildə sığmışdır. Kitabı oxunaqlı edən ən əsas səbəb,
Sofinin Dünyası
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201836,6bin okunma
Reklam
520 syf.
10/10 puan verdi
·
12 günde okudu
Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, qarşımızda adi, sıravi roman dayanmır. İkinci növbədə əsəri oxumaq kifayət etmir. Şübhəsiz ki, çox şey oxuyub qurtardıqdan sonra ortaya çıxır və əsəri dərk etmək üçün müəyyən ədəbi təcrübə tələb olunur. Təcrübə baxımından nə zənginəm, nə də kasıb. Odur ki, özüməməxsus tərzdə əsəri dərk etmək potensialım
Usta ve Margarita
Usta ve MargaritaMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 20207,1bin okunma
482 syf.
·
Puan vermedi
Öncə onu deyim ki, kitab mənim üçün çox ağır idi. Bugün Lefortofo zindandan çıxmışam. Ruhumu Bakıda vətənimin və Firəngizin yanında qoyub getmişdim. Ruhumun ayrı şəhərdə, cismimin isə ayrı şəhərdə olduğu vaxtlar sadəcə poeziya ilə məşğul olaraq təskinlik tapırdım. Tərcümə etməli olduğum kitablar, yazmalı olduğum şeirlər vardı. İstintaqlar və hər gün neçə dəfələrlə eyni suallara cavab verməkdən artıq təngə gəlmişdim. Bakıya gəldiyim gün isə mənim Azadlıq bayramım idi. Lakin ordakı kədər üstümə sinmişdi.. (Kitabı oxumaqdan əlavə yaşadığımı yuxarıdakı cümlələr ilə izah edə bildim mi bilmirəm) Kitabda bizə tanış olan şairlərin adlarının çəkilməsi gözəl idi. Xəlil Rza Ulutürk'ün yanına gedərkən Nəsimi, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və.s şair və yazıçılarımız ilə görüşmüşəm kimi bir hiss. Kitabın tarixi elmi siyasi olduğunu deməyimə ehtiyac yoxdur yəqin ki. Kitabda əvvəlcə daha çox siyasi məsələlər, siyasi çıxışlar sonra isə Xəlil Rza Ulutürk'ün Lefortofo zindanında yazdığı gündəliklər yer alır. Oxunması və o günlərdən bu günlərimiz üçün dərs çıxarılması lazım olan əsərlərdən biridir. Kitabı hansı sözlərlə ifadə edəcəyimi bilmirəm. 467səhifədə ağlımıza gələn hər bir duyğu qarşımıza çıxır, kitabı ağırlaşdıran da bu idi deyəsən.
Lefortovo Zindanında
Lefortovo ZindanındaXəlil Rza Ulutürk · Çinar Nəşriyyatı · 20067 okunma
520 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitab hər bir kəsə örnək olmalıdır,məncə.Çünki insanın istərsə əgər çata bilmədiyi yer ola bilmədiyini çox gözəl izah edir.Hər bir kəsə tövsiyə edirəm.
Martin Eden
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202390,5bin okunma
mənanın onlara izah edilməsi üçün israr etdi. —Heç bir etirazım yoxdur, — ona danışmaq imkanı verilən kimi mister Darsi dedi. — Siz bu cür vaxt keçirmək növünü seçərkən göstərdiniz ki, ya bir-birinə tam etibar edirsiniz və hansısa sirri bölüşməlisiniz, ya da gəzişərkən çox gözəl göründüyünüzü düşünürsüz. Birinci halda mən sizə mane olardım, ikinci halda isə mən sobanın yanında oturaraq böyük uğurla sizə heyran ola bilərəm.
Reklam
528 syf.
9/10 puan verdi
Unutmağa kimsə yox, əslində kimsə yox xatırlamağa...roman hər nə qədər cüzi hiss olunsa da, roman içində roman stilində qurulmuşdu, əsas diqqət çəkən cəhət paralel dünyaların varlığı idi ki, bunu da müəllif izah etmək üçün bir növ mifologiyaya bağlamışdı. Əslində mifologiyanın da əsasında kosmosla xaosun mübarizəsinin dayandığını bilsək, müəllifə
Unutmağa Kimsə Yox
Unutmağa Kimsə YoxKamal Abdulla · Qanun Nəşriyyatı · 202014 okunma
160 syf.
8/10 puan verdi
·
9 günde okudu
Mənəviyyatım aydınlandı
Həqiqətən o qədər bədii kitab oxuyuruq ki, bəzən ruhumuzun ehtiyacı olan yazıları gözümüzdən məhrum edirik. :( çox gözəl bir əsər idi. Hətta yazarın özünün yaşadığı hadisələri ələ alması daha maraqlı edirdi kitabı. Harun Serkan Aktaşın Youtube’da videolarına da baxdım. Net danışır və İslamı misallarla izah edir, bu da daha yaxşı başa düşməyə kömək edir. Xoş oxumalar diləyirəm :-))
İçiyorsak Sebebi Var
İçiyorsak Sebebi VarHarun Serkan Aktaş · Nesil Yayınları · 20151,049 okunma
438 syf.
·
Puan vermedi
·
10 günde okudu
Çox maraqlı eser idi. Oskar 250 mark pulu qəbul etmeliydi. Nasist ideologiyasin, tərəfdarların və rəhbəri Adolf Hitleri çox gözel izah edir. Hitlerin daxili sesi ancaq ölüm düşünür. Öldürmek düşünür. Ve Oskar bu sesi eşitmek üçün onu məsləhət verir. Hitler o sesi eşidir. Daxili sesi dostunun ölüm emrin verir. Hitler üçün yüksekde olmaqdan öldürmekden başqa isteyi olmur. Onun güclü Almaniyası qan üzerinde qurulur. Oskar Hanslyörq qardaşlığı necə desəm kime haqq verim bilmedim. O qeder qarmaqarışıq işlenmişdiki onalrı arası münasibetler. Bunu sadece oxumaq lazımdır. Oskarın daim dalaşadığı, təhqirlerin göyde uçduğu ve sona kimi dostluğu qopmayan Aloysu var. Oskarın ətrafinda bir çox qadın olur. Amma o zəngin qadınları deyil məhz Kete sevir. Kete onun sevgisi və sonuda insanı duyğulandırır. Paul əsərdə nasist ideolagiyasin başlanğıcından görür, məqalələri ilə onların iç üzün açır. Oskarı və Hitləri çox gözəl analiz edir. Xain kimi öldürülsede qəhrəman olur. Qəhrəman olaraq öldürülsede Oskar təlxək olur
Lautenzak Qardaşları
Lautenzak QardaşlarıLion Feuchtwanger · Qanun və Əli və Nino Nəşriyyatı · 013 okunma
320 syf.
·
Puan vermedi
Çox bəyəndiyim bir kitab oldu.İçərisi anlamlı kəlamlarla dolu-dolu idi.Altını xətlədiyim cümlələr gözlədiyimdən daha çox oldu.Sevgini gözəl dillə izah etməyə çalışıb və məncə alınıb.
Zahir
ZahirPaulo Coelho · Can Yayınları · 20204,206 okunma
Reklam
236 syf.
8/10 puan verdi
·
33 saatte okudu
Fevralın iyirmi beşini iyirmi altısına bağlayan gecə özümü dərk etməyə başladığım gündən bu günə daim boğazımın düyünləndiyi, boğucu günlərdən biridir. Biz 29 ildir ki, Xocalıya ədalət axtarışındayıq. Vüsalə xanım, Əsir Düşərgəsi kitabında 1ci Qarabağ müharibəsi zamanı amansız düşmənin əlinə keçmiş ah-naləsi, ağrı-acısı Allahdan da o tərəfə qalxmış günahsız, əliyalın yurddaşlarımızın yaşadığının qələmə alınmış çox kiçik bir hissəsidir. Həyatımda oxuyarkən səsimin titrədiyi, dözməyib kitabı bağladığım, göz yaşlarımı saxlaya bilmədiyim, nəfəsimin ağırlaşdığı ikinci belə bir kitab olmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əsirlərə törədilən işgəncələrə, amansız rəftarlar göz yumması, hər şeyini itirmiş insanların hələ də ümidini itirməyərək çırpınışları, düşmən əlinə keçməkdənsə ölümü üstün tutan gəlin-qızlarımızın cəsarəti, gözü önündə işgəncələrlə öldürülən qocaların ah-naləsi, meyitlərin arasında ata-anasını axtarıb isti nəfəsə ehtiyac duyan körpələrin cavabını kim verəcək, necə verəcək? Kitabın ilk cümlələrindən biri mənim bu məsələdəki mövqeyimi çox gözəl izah edir: "müharibəni unutsan, mütləq geri qayıdacaq!" Xocalı, Qarabağ bizim qan yaddaşımızdır. Biz bunu unutmamalı, unutdurmamalı və heç yorulmadan ədalət axtarışında olmalıyıq.
Əsir Düşərgəsi
Əsir DüşərgəsiVüsalə Məmmədova · Teaspress Nəşriyyatı · 202030 okunma
166 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.