Sevgi, ədalət, mənlik, dostluq, yaşam, eşq, doğru, yalan, ruh, dəlilik, dahilik, azadlıq və daha bir çox mövzularda qısa və ya orta həcmli aforizmlərin olduğu bir kitabdır. Aforizmlər daha çox gələcək nəsillərə nəsihətlər şəklində yığılmışdır. İçərisində anladığım və çox sevdiyim, mənalı olduğunu bildiyim amma anlamadığım, mənası ilə razılaşmadığım və ümumiyətlə mənasız olduğunu düşündüyüm aforizmlər oldu. Məncə bu tərz fəlsəfi fikirlərin olduğu kitabları oxumağı sevənlər üçün oxunması daha zövqlü olacaq. Fikrimcə başdan ayağa ard-arda oxumaqdansa başucu kitabı niyətinə oxunulacaq bir kitabdır.