Nobel mükafatı laureatlı,əsərlərində Yapon mədəniyyəti və adət-ənənələrinə daha çox yer vermiş olan Yasunari Kavabatinin "Qarlı diyar" romanı yapon tarixini,adətlərini,ailə-məişət münasibətlərini,xəyanət və bağışlamaq kimi aktları və onların nəticələrini ifadə edir. Özündən öncəki bir neçə yapon yazıçının intiharına qarşı çıxan :"Bu dünyada yaşamaq nə qədər ağır olsa da,intihar qəlbi sakitləşdirmir." deyən Kavabata özünü dəm qazı ilə boğaraq intihar etmişdir.
Romanımızın baş qəhrəmanları ata Sanqo,onun arvadı Yasuko,oğlu Süiti,gəlini Kikuko,Süitinin əri müharibədə ölmüş məşuqəsi Kinoko,Yasuko və Sanqonun qızları Fusako,Sanqonun katibəsi Xidekodur.Əsərdə hətta ölmüş xarakter olan Yasukonun bacısına belə yer verilməkdədir.Uşaqlarının düşdükləri bədbəxtliklər və uğursuz ailə həyatlarında valideynlər özlərini günahlandırırlar.Fikirləşirəm ki,bu təkcə Yaponiyaya deyil,elə Azərbaycanın özünə də xas olan bir adətdir.Avropadakı müasir ailələrdən fərqli olaraq ,uşağın necə yaşı olduğundan asılı olmayaq,ata və ana uşaqlarının hər zaman qayğısına qalmalı və onlara seçimlərində kömək etməlidirlər.
Həyatdakı bir sıra iyrənc və qulağa xoş gəlməyən situasiyalar da romanda mərkəzdə durur.Süitinin məşuqəsinin yanından sərxoş geri dönməsi,amma bunu bilməsinə rəğmən arvadı-Kikukonun əyilərək onun ayaqqabılarını çıxarması və onu "bağışlaması",bağışlamaq kimi bir məfhumun necə müqəddəs olduğunu ortaya qoyur və Kikuko müqəddəs,saf,pak bir canlıya çevrilir.Bağışlamağı hamı bacarmır,insanların edə biləcəkləri şeylərin isə limiti olmadığını nəzərə alsaq,bağışlamaq insanı ucaldır və onun bütün ağrılarını,nifrətini,kinini geridə qoymasına vəsilə olur.Başlarda insana çoxlu ağrı verən bu akt,sonradan meyvəsini verir və insana sağlam bir ruh bəxş edir.
Əsərdə qoca belə olsan bəzi şeylərin