Kitabi-Dədə Qorqud qədim dövr Azərbaycan ədəbiyyatının (ən qədim zamanlardan Xlll əsrə qədər) ən görkəmli yazılı nümunəsi və həmçinin dünya ədəbiyyatında az təsadüf olunan bənzərsiz bir sənət nümunəsidir. Kitabi-Dədə Qorqud Oğuz tayfalarının dili ilə desək Dədəm Qorqudun kitabı. Ənənəyə görə demək olar ki, müəllifi Dədə Qorquddur. Bu əsərdə qədim oğuz türklərinin məişəti, yaşamı, psixologiyası, həyat tərzi əks olunub. Ayrı-ayrı mövzulu 12 boydan ibarətdir.
"Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basatın Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazanın dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". Hər bir boyun sonu Dədə Qorqudun boy boylaması soy soylaması ilə bitir.