Bu kitaba ani bir məqamda,heç planlamadığım zamanda başladım və yaxşı ki,oxudum.
Kitabın dili sadə və axıcı olması ilə yanaşı,sizi hər cümlədə maraqda qoya bilir. Uşaq kitabı olmasına baxmayaraq hər kəsin zövq alaraq oxuyacağına əminəm.
Mövzusuna gəlsək,spoiler verməmək adına qısa məlumat verəcəm.
Foster ailəsinin balaca üzvü olan Winnie daim özünə macəra axtaran və buna görə də evdən qaçamaq,həyatda başqa şeylər də görmək xəyalları quran bir qızdır. Bir gün ailəsinə məxsus ərazidə gəzərkən burda bir gənc oğlan görür-Jesse. Oğlanı çox bəyəndiyindən onu izləməyə davam edir. Bu zaman Jesse ordakı bulaqdan su içir və başını qaldıranda bammmm o da ne Winnie'ni görür. Kitabın eşq macərası ilə əlaqəsi yoxdur:)
Bu zaman Jesse'nin anası Mey Tuck də bura gəlib çıxır və Winnie'ni öyrəndiyi bir sirri heç kimə deməməsi üçün oğurlayıb evlərinə aparırlar.
Məncə,bu qədər məlumat bəs edər. Bundan sonrasında biz onların Tuck'ların evinə gedərkən yoldakı macəralarını,Tuck'ların evindəki yaşadıqlarını, Foster'lərin qızlarını axtardıqlarını vəəəə ən ən ən əsası Winnie'nin bildiyi bu sirrin insan həyatına necə təsir etdiyini öyrənirik.
SPOİLER OLA BİLƏR️
İnsan ölümsüz olsa nə olardı? Həyatımızın sonu olmasaydı yaşamağımızın mənası qalardımı?
Hər şey bir kənara bir düşünün insanlar çoxalmağa davam edir və ölüm yoxdur...
Əgər az həcmli və maraqlı kitab istəyirsinizsə,şans verin.