Kitabı oxumağa başlayarkən insan özünü real müharibənin içində hiss edir. Sanki ətrafdakı havanın istiliyini hiss edib, yerdə yatan cəsədləri, çuxurları, əsgərlərin üzündəki dəhşətləri görmək olur. Kitabı oxuyarkən insan özünü, dünyanı, insanlığı sorğulayır.
Əsərdə Rus-Yapon müharibəsi təsvir olunur. Birinci hissəni müharibənin iştirakçısı olan və döyüşlərdən ayaqlarını itirərək qayıdan zabit, digər hissəsini isə zabitin qardaşı danışır.
Kitabda mənə təsir edən məqam zabitin geri qayıdarkən öz kitablarını görüb, onları oxumağa belə qıya bilməməsi idi.
"Savaştan önce yabancı edebiyatları inceleyen bir dergide çalışıyordum ve şimdi yanımda, bir kol boyu mesafede sarı, mavi, kahverengi kapakları olan bu sevimli, güzel kitaplardan bir yığın vardı. O kadar mutluydum ve keyfim öyle yerindeydi ki okumaya cesaret edemedim, sadece kitaplara bakıp onları ellerimle okşadım."
Kızıl kahkaha'da yazıçı təkcə müharibəni təsvir etməklə kifayətlənməyərək onun dəhşətlərini də hiss etməyimizə səbəb olur. İnsanın içində boşluq buraxacaq silsiləsindən bir kitabdı.