Başlıq: Pusudakı Panter
Yazar: Amos Oz
Səhifə: 151
Janr: Dünya ədəbiyyatı,Roman
Nəşr: Doğan kitap
Hərkəsə salam,
Hadisələr Qüdsdə cərəyan edir.Tarix 1947-ci il.İsrail dövlətinin qurulmasına bir neçə ay qalmışdır.Kitabda ingilislərin müstəmləkəsində olan dövlətin "azadlıq" uğrunda mübarizəsində bəhs edilir.Qəhrəmanımız 12 yaşlı bir oğlandır.Dostları ona "Profi", yəni, Professor deyə xitab edirlər.O, yoldaşları ilə birgə işğalçı qüvvətlərə qarşı mübarizənin bir parçasıdır. (Burdakı uşaqları qismən F.Molnarın "Pal küçəsi uşaqları" əsərindəki uşaqlara oxşadıram)
Əsərdə əvvəldən-axıradək bu dirəniş təsvir edilir.Əvvəlcə Hitlərin qəzəbinə tuş gələn israil xalqının,daha sonra İngilislərlə qarşıdurması,sonra isə Ərəb-İsrail müharibəsinə yer verilir.Bu tarixi hadisələr Profinin dilindən biz oxuculara çatdırılır.
Əsərdə bunun xaricində insana məxsus duyğulardan,məs, xəyanətdən,dostluqdan,insanın daxili aləmindən bəhs olunur.Ümumi olaraq, heç sıxılmadan oxudum və bəyəndim.( sonunu çox da bəyənmədim).