Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ülviyyə Tahir

Ülviyyə TahirAljir yazarı
Yazar
9.0/10
119 Kişi
418
Okunma
42
Beğeni
2.450
Görüntülenme

En Eski Ülviyyə Tahir Yorumları ve İncelemeleri

En Eski Ülviyyə Tahir sözleri ve alıntılarını, en eski Ülviyyə Tahir kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
264 syf.
9/10 puan verdi
ALJİR. Bu ad sizə nəsə deyirmi? Əminəm, oxuyanda çoxunuzun ağlına hansısa dövlət və ya şəhər adı gələcək, məsələn, Əlcəzair kimi. Əvvəldən qeyd edim, adın açıqlaması ilə bağlı yanılmayaq. ALJİR – rusca “Акмолинский лагерь жён изменников Родины” (1938–1953) (“Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi”) başlığının abreviaturasıdır. 1937-ci ilin 15 avqustundan SSRİ “NKVD”sinin verdiyi 00486№-li əmrdən sonra Qazaxıstanın qumlu və qarlı-şaxtalı səhralarına 1938-ci ilə qədər nə az, nə çox bütün Sovetlər Birliyindən 20 min qadın həbs edilərək, min bir işgəncə və əzaba məruz qalmaqla sürgün olundu. Günahları isə təkcə o idi ki, guya, “vətən xainləri” adı almış məşhur dövlət və partiya, ictimai xadimlərin arvadları, bacıları və ya qızları idilər. Onlar Vətənə qarşı etdiyi “cinayətlərdə” birgəlik nümayış etdirmişdilər. Gətirilən qadınların içərisində azərbaycanlılar da az deyildi. Əldə olan sənədlərə görə, Azərbaycandan olan qadınların sayı 44 göstərilir. Ülviyyə Tahirin tarixi-bioqrafik, SSRİ-nin stalinizm dövrünün siyasətinə aid “ALJİR” romanı məhz həmin düşərgəyə aparan hadisələr və düşərgə həyatına həsr olunub, sürgün taleyi yaşamış azərbaycanlı xanımların məşəqqətlərini, acılarını təsvir edir. Yazının davamı: ceylanmumoglu.com/article/ulviyye...
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
·
Puan vermedi
·
Beğendi
Kitab müasir Azərbaycan ədəbiyyatında yazılan ən dəyərli əsərlərdəndir. Çox bəyənərək oxudum. Ülviyyə Tahirin qələminə söz ola bilməz. Heç bir artıq cümlə işlətmədən oxucunu yormadan gözəl əsər ərsəyə gətirib. Finalı isə möhtəşəmdir.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
7249 günde okudu
Aljir
Ülviyyə Tahir in qələmə aldığı "ALJİR" tarixi romanını həvəslə, diqqətlə oxudum. Müəllifin çoxsaylı araşdırmaları və təhqiqatları nəticəsində ərsəyə gələn bu əsər unudulmuş və ya unutdurulmuş ən həssas tariximizi, repressiya qurbanlarının, onların ailələrinin faciəli həyatını gözümüzün önundə canlandırır. Bu əsərdə diqqətimi ən çox çəkən məsələ "aldanmaq və qurbanlıq olmaq" məsələsi idi. Vaxtilə inanıb, uğrunda mübarizə apardığı, canlarını belə qurban etdikləri ideologiya indi ən vəhşi və qəddar yırtıcı kimi onların üstünə hücum çəkmişdi. Olmazın işgəncələr altında əzilərək aldanıldığını və qurbanlıq olduğunu anlamaq, amma əlindən heç bir şey gəlməmək qədər əzab ola bilməz həyatda. Hələ rəhbərə "xəyanət" etdikləri üçün valideynlərinə nifrət edən Pərvanəni demirəm, onun yerində heç kəs olmaq istəməz yəqin ki. Bunu düşünmək belə qorxuludur. "Nəyə görə, nəyin uğrundə, nə üçün?" sualları, bir cavab tapmayanda isə aldanıldığını anlamaq onları bitirirdi!
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
10/10 puan verdi
.Kitab tarixi janrda yazılıb. 1937-ci ildə baş verən kültəvi repressiya qurbanlarının və onların həyat yoldaşlarının nələr çəkdiyi barədə mükəmməl şəkildə qələmə alıb.Romanımızın baş qəhrəmanları olan Fərhad və Firuzə bir-birini sevən iki insan və şirin körpələri Pərvanənin gözəl günləri qaranlıq gecədə alt-üst olur. Fərhadı vətən xaini adı ilə həbs edirlər. Vətən oğullarının,qizlarının boyun eydirilməyə çalışması,onlara edilən işgəncələr tükləri biz-biz edir. Özümü nə qədərdə tutmağa çalişsamda olmadi ağlamamaq mümkün deyil .Çünkü həqiqətən dözülməzdi günahsız yerə başlarına bunlari gəlməsi.Ürək parçalayan romandı.Təsirindən inanmiram tezliklə çıxam.Tarix dərsliklərində söz olsun deyə yazilan cümlələr əvəzinə kəşkə belə romanlar oxutdurulsa.Müəllifin dediyi kimi "Diktaturanın silahı birinci,ziyalinı biçir.Ziyalının biçildiyi cəmiyyətdə qorxu hakim olur". Qazaxıstanda Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı düşərgə "Aljir" adlanır. Burda qadınlar çox dözülməz vəziyyətdə saxlanılırlar. Yayı cəhənnəm istisi,qışı isə dözülməz buz kəsən şaxtalar. Qadınlara cəza olaraq işlər gördürürlər və başlarına min müsibətlər gətirilir. Onlarin arasinda Firuzə və Gülnarə də vardi. Kitabi oxuya-oxuya yaxsiki o vaxtlarda yaşamamışam dedim,bəs həmin vaxtda yaşayanlar necə onlar insan deyildilər,nə etmişdilər,nə günahlari vardi axi?!
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
9/10 puan verdi
·
6 günde okudu
TARİXİMİZİN QARA SƏHİFƏLƏRİNDƏN BİRİ...
Açıqcası, "Buqələmun" əsərilə Ülviyyə xanımın qələmini kəskin şəkildə qırmışdım. ALJİR.i oxumağıma vəsilə olan müzakirə olmasaydı, yəqin ki, çox çətinliklə müraciət eləyərdim yaradıcılığına. Lakin ALJİR bir başqa oldu və yazıçının qələminin nə qədər püxtələşdiyini göstərdi. Araşdırmalar əsasında yazılması, tarixi materiallardan,
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
224 syf.
9/10 puan verdi
·
Beğendi
Yazardan oxuduğum ilk kitabdır.Kitabın üz qapağı diqqətimi çox cəlb etdiyindən haqqında məlumatım olmasa belə almışdım.Oxumadan öncə bir az çəkinirdim ki, ya kitabı üz qapağını sevdiyim qədər sevə bilməsəm?) Amma çox şükür elə olmadı,əsəri də ən az üz qapağı qədər bəyəndimm... Romanın baş qəhrəmanı öz kitabxanası olan və kitab oxumağı çoxxx sevən bir qadındır.Həyat yoldaşı və övladları ilə çox gözəl,xoşbəxt bir ailəsi olan bu qadının (Ofeliya'nın) həyatı sevdiyi adamın əli ilə sanki anidən zindana çevrilir...Baş verən hadisələrdən yazıb spoiler vermək istəmirəm,bir sözlə Ofeliyanın güvəndiyi dağlara təəssüf ki, gözləmədiyi bir anda qar yağır... Yazar romanda hadisələri o qədər gözəl təsvir edib ki,indi bu təhlili yazarkən,əsəri düşünərkən sanki bu hadisələr gözümün qarşısında baş verib kimi hiss edirəm. Sıxılmadan oxuya biləcəyiniz,olduqca gözəl və axıcı bir əsərdir.Sizə xoş və bol mütaliələr.
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
#ÜlviyyəTahir #Buqələmun Kitabı oxuyan zaman İlk başda bir-birinə aşiq iki insanın ailəsi canlanır təsəvvürümüzdə. O eşqin gözəllikləri olan iki körpə Heydər və Nigar. Birdə ən əsası özünü ikinci plana ataraq sevgisinə qurban verən, monoton həyatı olan bir Azərbaycan qadını Ofelya. Hansı ki, həyat yoldaşının (Şahin'in) edəcəklərindən xəbərsiz yaşayan özünü dünyanın ən xoşbəxti hesab edən qadın və atalarını sevən iki körpə,, qarşıda onları nələrin gözlədiyini , həyatın onlara nece oyun hazırladığını bilmədən öz kiçik dünyalarında oyunlar oyanayırlar (( Səhifə'lər irəlilədikcə bu mehriban ailə tablosuna sanki damcı-damcı ləkələr səpələnir.... Ofelyanın həm özü ilə, həmdə insanlarla mübarizə aparma çarəsizliyi, körpələrin atalarının gələcəyinə aldanma məsumluqları, Sevda'nın (Ofelyanın rəfiqəsi), Ofelyanın ailəsinin onu ayaqda tutma çabası vəəə Şahin'in etdiyi şərəfsizliklər.... bunlarla yanaşı İslam dini haqqında hissələr'də kitabda yer almışdır.. Bir sözlə mövzunun günümüzlə bağlı (yəni əzilən qadınlar, öldürülən qadınlara aid ) eyniliyi daha çox bağladı məni kitaba . Çox açıq vermiş olmuyum çünki kitabı oxumaq istəsəniz marağınız qaçar. İnsanı suallar içində boğan bir kitabdır və məhz Ofelya ilə həyatda görüşə bilmə şansım olsaydı ona veriləcək o qədər suallarım var ki,,, eynən kitabdakı cavabı gözlənmədən verilən rabitəsiz suallar kimi... Oxumağınızı tövsiyyə edirəm çox ama çox möhtəşəm kitabdır
Buqələmun
Buqələmun
Ülviyyə Tahir
Ülviyyə Tahir
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
"ALJİR" romanı Ülviyyə Tahir qələmiynən ilk tanışlığım oldu. Bu mükəmməl roman Tarixin qaranlığ səhvələrindən süzülüb gələn iztirabları, ağrılı-acılı Akmol düşərgəsini yeni nəsil üçün göz qabağına gətirdi. Kitabı oxuduğcan özümü, ruhumu Qazağıstan çöllərində təsəvvür etdim. Hadisələr həqiqət olması və həmdə bu həqiqətlərin öz ölkmizdə öz ana babalarımızn başına gəlməsi bizim boynumuza düşən məsuliyyəti daha da qabardır. Onların zülmə boyun əyməməyi, Gülnarənin şücaət, əzmi, iyrənc represiyanın amansız qanunları oxuduğcan adamın tüklərini ürpərdir.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
·
Puan vermedi
·
26 saatte okudu
Azərbaycan Ədəbiyyatı
Salam. Oxuduğum bu kitab Əhməd Cavadın və onun xanımının vətən uğrunda mübarizəsindən bəhs edir. Kitabda Məhəmməd Əmin Rəsulzadədən Mikayıl Müşfiqə bir çox dahi şəxsiyyətin adı çəkilir. Bir qadının həyat yoldaşından dar günündə boşanıb övladları ilə rahat gələcək seçmək yerinə onun soyadı ilə həbsxanaya düşməsi də kitabın təsirli hissələrindəndir. Bir digər məqam isə övlad acısıdır.Balalarının ölümünə ana və atanın ayrı-ayrı reaksiya verməsi, kişi acısını içində çəkir deyimi də bu kitabda öz əksini tapır. Xanımı Əhməd Cavadın övladının ölümünə biganə yanaşdığını düşünərkən, əlinə keçən bir kağız parçası ilə sarsılır.Azərbaycan kişisi öz dərdini həmişə içində çəkər.Əhməd Cavad da şeirlərinə tökürmüş öz acısını. Kitab haqqında çox söz yazmaq olar. çox danışmaq olar. 23 aylıq müstəqilliyimiz uğrunda can verən, "Xalq Düşməni" adı altında haqqsız yerə qurban gedən dahi şəxsiyyətlərimizin adının bu gün də çəkilməsi, onları kitablarla, bizə miras qoyub getdikləri əsərləri ilə anmaq bir oxucu kimi məndə hər zaman acı və bir o qədər də xoş təəssürat yaradır. Xoş təəssürat odur ki, gənc nəsil yazılan belə gözəl kitablarla onları tanıyır və öz keçmişimizlə daha yaxından tanış olur. Azərbaycan qadının mərdliyinin,ailəyə,həyat yoldaşına və övladına duyduğu sevginin qarşısında heç bir güc dura bilməz. Bax biz bunu gördük bu kitabda.
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
224 syf.
3/10 puan verdi
·
4 günde okudu
Böyük gözlənti ilə başlayıb yarısında bunu qarşılamayacağını anlayaraq tez bitirmək istədiyim əsər oldu. Müəllifin qələmindən oxuduğum ilk kitabdır, maraqlısı odur ki, ilk qələm təcrübəsi deyil, lakin buna baxmayaraq olduqca zəifdir. Hərşeydən öncə əsərin ideyası çox bəsitdir, simvolik buqələmun ideyası ilə ikiüzlü insanlardan söhbət açıb sonda onu “Sırlar Dünyası” serialındakı kimi sonluğa bağladı. Əsərin dili şablondur, təbiilik, səmimilik hiss edilmir, günlük həyatda kim rəfiqəsiylə söhbət edərkən feminist olduğunu dönə-dönə təkrarlayarki? Yəni buna ehtiyac var? Və ya kiminsə çox kitab oxuması onun yüksək dünyagörüşünə malik, yaxşı insan olması deməkdir? Müəllif obrazlarının xarakterlərini əməlləri ilə oxucuya çatdırmaq yerinə, onların dilindən adlandırıb qısa yolu seçib, məsələn filankəs narsistdir, behmankəs dindardır və s. Obrazların xarakterlərini anlamaq olmurdu və müəllifin oxucuya çatdırmaq istədiyi personajların hekayə irəlilədikcə hərəkətləri ilə başlanğıcdakı təsvirləri təzadlı idi. Ümumiyyətlə nə oxudum başa düşmədim, nə bir şey qazandım, nə də ki oxuduğumdan zövq aldım. Müəllifin digər kitabları diqqətimi çox cəlb eləsə də, tərəddüdlüyəm.
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
Reklam
264 syf.
·
Puan vermedi
·
8 saatte okudu
“İѕтəyιrѕιnιz мənι öldürün, вυ ĸağızı ιмzalaмayacağaм. мən nə нəвѕхanalardan, nə ѕürgünlərdən, nə də ιşgəncələrdən qorхυraм, çünĸι вυ мənιм öz ѕeçιмιмdιr. Şüĸrιyyənιn ѕeçιмι” Vətən, millət, Azərbaycan deyən hər kəs yurd-yuvasından, el-obasından didərgin düşdü, ya güllələndi, ya sürgünə göndərildi. Onlar son nəfəslərinə kimi Azərbaycan uğrunda,
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
·
Puan vermedi
"Biz ətrafımızda mükəmməl insanlar arzulayarkən onların qüsursuz xəyanətinə və oyunbazlığına da hazır olmalıyıq." Aljir... Kitabın adi ilk başda mənə qəribə gəldi, çünki mənasını bilmirdim. ALJİR – rusca “Акмолинский лагерь жён изменников Родины” (Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi) başlığının
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
264 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Represiyaya dair kitabı bitirməyimin Xocalı soyqırımı ilə üst-üstə düşməsi çox qəribə təsadüfdür. Əhməd Cavada haqqında Xatirə Ədəbiyyatı seriyasındakı əsəri də oxumuşdum, lakin yenidən Cavada, Şükriyyəyə, onların sevgisinə, əzabına, zülümlərinə, ayrılıqlarına və işgəncələrinə yenidən qayıtmaq, hər bir sətrini udarcasına oxumaq çox gözəl idi. Gözəl gəncliklərini, AXC-nin yaradılmasını, süqutunu, qanlı illəri bir neçə insanın gözündən, xatirələrindən görürük. Əsərin sonuna, Mircəfər Bağırovun məhkəməsinə qədər hələ də Cavadın sağ olduğuna bəslədiyi inam insanın qəlbini dərindən yaralayır. Mənim xüsusilə də bəyəndiyim hissələr Cavadın Rəsulzadə ilə münasibətləri, söhbətləri idi. Onu mənəvi oğlu sayması, himnin sözlərini yazması, Çırpınırdı Qaradəniz şerinə Üzeyir Hacıbəyovun musiqi yazıb yığıncaqda milliyətçilərə surpriz etməsi, sanki röya kimi insanın xəyalında canlanlır. Xoş mütaliələr!
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"ALJİR" sözü "Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi" ifadəsinin rus dilindəki qarşılığının qısaldılmış formasıdır. Adından da göründüyü kimi, əsər 30-cu illər repressiyaları zamanı "Vətən xaini" adlandırılmış insanların həyat yoldaşlarının Qazaxıstanın Akmol düşərgəsində yaşadıqlarından bəhs edir. Onları "Vətən xaini" adlandıran dövlət 20 il sonra onlara bəraət verir. Sizcə də çox absurt deyilmi? Əsəri çox bəyəndim, müasir Azarbaycan ədəbiyyatından ən bəyəndiyim əsərlərdən biri oldu.
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
%39 (89/224)
1/10 puan verdi
Özümü məcbur eləyərək ən çox 89-cu səhifəyə qədər gələ bildim. Dil, üslub, mövzu ideya bir kənara mətndə bədiilik yoxdu. Başlayanda elə sona çətin çıxaram deyə hiss eləmişdim, yaxşısı yarıda saxlamaqdır.
Buqələmun
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201541 okunma
51 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.