Şəriətdən, təriqətdən kənarəm,
Həqiqət istərəm, yalnız həqiqət!
Yetər artıq şəriət, ya təriqət
Qulaq verməm bən əsla bir xitabə,
Pərəstiş eyləməm hiç bir kitabə!
Əvət, Quran, Zəbur, İncilü Tevrat
Birər röya bütün əlvahi-aləm,
Birər əfsanə, cənnət, ya cəhənnəm.