Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Şeir aşiqi, ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm!
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
#142201411
416 syf.
6/10 puan verdi
·
6 günde okudu
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edir.
Qabriel Markuez sevərək oxuduğum, fərqli üslubuna heyran olduğum yazıçıdır. "Vəba günlərində eşq" yazıçının yaradıcılığından oxuduğum 6-cı kitabı oldu. Amma tərcümədənmi, ya kitabın mövzusundanmı qaynaqlıdır bilmirəm, çox həvəslə oxumağa başladığım kitabı zövq almadan, çətinliklə oxuyub bitirdim. Kaş türkcə tərcüməsini oxumuş olsaydım
Vəba Günlərində Eşq
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 20208,9bin okunma
Reklam
150 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Filologiya Elmləri Namizədi Ayaz Vəfalının "Füzuli öyrədir" əsəri dahi şairimizin zəngin poeziya xəzinəsi ilə şifahi xalq ədəbiyyatının, folklorun əlaqəsi kimi mühüm bir məsələyə həsr olunmuşdur. Müəllif burada Füzuli poeziyası ilə xalq yaradıcılığının qarşılıqlı təsirini araşdırmış və biz oxuculara təqdim etmişdir. Kitab "Xalq poeziyası, xalq hikməti", "Əfsanə ilə deyilən həqiqət" və "Füzuli öyrədir" başlıqları altında üç fəsilə bölünür. Birinci fəsildə ("Xalq poeziyası, xalq hikməti") müəllif xalq poeziyası olan bayatılarla Füzuli qəzəllərini müqayisə edir, bu bayatıların şairin yaradıcılığına olan təsirini göstərir. İkinci fəsildə ("Əfsanə ilə deyilən həqiqət") ərəb əfsanəsi olan "Leyli və Məcnun"la Füzuli "Leyli və Məcun"u qarşılaşdırılır. Nəhayət, üçüncü fəsildə ("Füzuli öyrədir") Füzulinin özündən sonrakı şairlərə olan təsirindən söz açılır, Molla Pənah Vaqif, Qasım bəy Zakir və s. şairlərin yaradıcılığındakı Füzuli izləri ortaya qoyulur. Zövq alaraq oxuduğum və yeni bilgilər topladığım bir kitab oldu. Xoş mütaliələr... "Füzuli bu gün də öyrədir... Böyük, zəngin yaradıcılığı ilə, xalqdan nəyi və necə öyrənmək sirlərini dərindən-dərinə əks etdirən dühası ilə öyrədir."
Füzuli öyrədir
Füzuli öyrədirAyaz Vəfalı · Bakı "Gənclik" · 19771 okunma
80 syf.
10/10 puan verdi
·
Beğendi
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edir.
"İlk müəllimim" Çingiz Aytmatovun kiçik həcmli əsəri - povestidir. Yazıçı bu povestində qəhrəmanların simasında qırğız xalqının ruhunu, yaşayış tərzini və psixologiyasını parlaq boyalarla əks etdirmişdir. Əsərin əsas qəhrəmanı gənc Dyuşendir. Dyuşen xalqı qaranlıq keçmişdən parlaq gələcəyə keçirmək uğrunda mübarizə aparan gənc obrazdır. Onun məktəb yaratmaq, uşaqlara bilik vermək istəyi, bu yolda qarşılaşdığı maneələr və bir müəllimin şagirdin həyatındakı rolu əsərin əsas mövzusunu təşkil edir. Əsərdəki əsas qəhrəmanlardan bir digəri də Dyuşenin şagirdi Altınaydır. Dyuşen min bir əziyyətlə Altınayın təhsil alması üçün çalışır və buna nail olur. Hadisələri hazırda bir universitetdə müəllim işləyən Altınayın gənc rəssama yazdığı məktubundan oxuyuruq. Altınay məktubda ilk müəllimindən sevgi ilə bəhs edir, Dyuşenin onun həyatındakı silinməz izindən ürək dolusu söz açır: "Niyə insanların izi xatirəsi əziz olan yerlərdə əbədi qalmır? Əgər mən Dyuşenlə dağdan qayıdarkən yeridiyimiz cığırı tapa bilsəydim dizlərimi yerə vurub müəllimimin ayaq izlərini öpərdim. O cığır mənim yollarımın başlanğıcı, həyata, özümə qayıdışım oldu." "İlk müəllimim" birnəfəsə oxunacaq, kiçik olsa da çox dərin və təsirli əsərdir. Müəlliminin həyatında böyük izi olan bir şagird olaraq çox bəyəndim:) Tövsiyyə edirəm. Kitabla qalın... “Bir müəllim, bir şagird, bir kitab və bir qələm dünyanı dəyişə bilər.” - Məlalə Yusufzay
İlk Öğretmenim
İlk ÖğretmenimCengiz Aytmatov · Nora Kitap · 20187,4bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
200 syf.
8/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Varis Yolçuyev əsərlərini sevərək oxuduğum yazıçılarımızdandır. Romanları özünəməxsus yazı üslubu, axıcılığı və dilinin şirinliyi ilə seçilir. Hər zamankından fərqli olaraq, yazıçı "Metamorfoz" adlı bu kitabında bizlərə irihəcmli roman deyil, kiçik povest və öz avtobioqrafiyasını təqdim edir. Kitabın ilk 60 səhifəsini  "Mənim
Metamorfoz
MetamorfozVaris · Ol Yayıncılık · 201357 okunma
308 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Mixaylo...
Əsər almanların qorxulu yuxusu, Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuşdur. Kitabdakı hadisələr real tarixi faktlara əsaslanır. Mehdi Hüseynzadə haqqında tarix dərslərindən öyrənmiş olduğum az bir məlumatım vardı. Həyatından bəhs edən bu kitabı oxumağa qərar verdiyim zaman "Mixaylo"nun həyatının, mübarizəsinin məni bu qədər sarsacağını, eyni zamanda həm kədərləndirib, həm də qürurlandıracağını düşünməmişdim...   Mehdi Hüseynzadə İkinci Dünya müharibəsi zamanı əsir düşmüş, daha sonra düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Hitlerçilərə qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmiş, qəhrəmanlığı, mərdliyi, cəsurluğu ilə dastana çevrilmişdir.   Əsərdə Mixaylonun mərdliyi, cəsarəti, dostluğu, vətən sevgisi "parlaq boyalarla" əks etdirilib. Kitabı qürur hissi ilə oxudum. Sonu o qədər təsirli idi ki, göz yaşlarıma hakim ola bilmədim. Daha sonra "Mixaylo"nun həyatını araşdırıb, bu zamana qədər izləmədiyim "Uzaq sahillərdə" adlı filmi izlədim. Bir daha xalqımla, xalqımın igid oğulları ilə qürur duydum. Şiddətlə tövsiyyə edirəm. Xoş mütaliələr... "Mehdi kimi adamlar ancaq yaşamaq üçün doğulublar!" #194443944
Uzaq Sahillərdə
Uzaq SahillərdəHəsən Seyidbəyli · Xan Nəşriyyatı · 201925 okunma
Reklam
360 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Bu gün fərqli, adından klassik sevgi romanı təəssüratı bağışlasa da, qətiyyən elə olmayan bir kitab haqqında qısaca fikirlərimi bölüşəcəyəm. Sarah Jio haqqında çox eşitdiyim, lakin heç oxumadığım yazıçılardan idi. İlk tanışlığımız "Böğürtlen kışı" ilə oldu. Doğrusu, bu qədər gözləmirdim... 80 il fasilə ilə may ayının əvvəllərində baş verən qar fırtınası, iki ayrı həyat hekayəsi, övlad dərdi çəkən iki ana və gözlənilməz şəkildə birləşən həyatlar... Kitab oxucunu eyni zamanda həm 1933, həm də 2013-cü illərdə səyahətə çıxarır. Axıcı, birnəfəsə oxunacaq, təsirli və çox gözəl kitabdır. Sevərək oxuduğum, həyəcanla sonuna çatmaq istəsəm də, eyni zamanda bitməsini istəmədiyim bir kitab oldu. Son səhifələri, xüsusilə insanın qəlbinə toxunur. Sarah Jio yaradıcılığından ilk oxuduğum "Böğürtlen kışı" kitabı oldu. Və yəqin ki, bu, son olmayacaq. ("Böyürtkən qışı" - yaz fəslində, böyürtkənlərin çiçək açdığı bir dövrdə baş verən ani hava dəyişikliyi və qar yağışına verilən addır.)
Böğürtlen Kışı
Böğürtlen KışıSarah Jio · Arkadya Yayınları · 201138,9bin okunma
224 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Hər bir valideynin, müəllimin oxumalı olduğu kitab.
"Uşaq dünyanın ən böyük səadətidir", - deyir Dostoyevski. Yaxşı, bəs biz o "səadət"ə layiq olduğu dəyəri, anlayışı, sevgini, tərbiyəni verə bilirikmi? Uşaqlar sirli bir qutu kimidirlər. Biz onları nə qədər anladığımızı zənn etsək də, əslində bu kiçik varlıqlar haqqında çox-çox az məlumatımız var. Bir valideyn olaraq
Çocuk Eğitimi - Montessori Metodu
Çocuk Eğitimi - Montessori MetoduMaria Montessori · Özgür Yayınları · 1995219 okunma
174 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Bu dünyada Müşfiq vardı, bu dünyada yenə vardır! (Ə.Kərim)
Nə yazım, kitabı oxuyarkən hiss etdiklərimi necə ifadə edim bilmirəm ki... Belə ki, nə isə yazmağa da ehtiyac varmı?! O, Müşfiqdir. Belə bir şəxsiyyəti kiçik kəlmələrə necə sığdıra bilərəm ki... Lakin kitabın məndə yaratdığı təəssüratların bir qismini yazmaq istəyimə də mane ola bilmirəm. Məni tanıyanlar Mikayıl Müşfiqi necə sevdiyimi bilir
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019285 okunma
48 syf.
10/10 puan verdi
·
Beğendi
Çelkaş - Maksim Qorkidən qısa, amma dərin, təsirli bir hekayə. Əsərin əsas qəhrəmanı mərd oğru Qrişa Çelkaşdır. Çelkaş ziddiyyətli təbiətə malik bir xarakterdir. Onun simasında xain, nankor, pis niyyətli, eyni zamanda yardımsevər, mərd bir insan görürük. Çelkaşın xarakterində alçaqlıq, nəciblik, mərhəmət və s. əks keyfiyyətlər bir arada mövcuddur. Əsərin ikinci qəhrəmanı kəndli, yoxsul gənc Qavriladır. Bu iki qəhrəmanın yollarının kəsişməsi ilə hekayənin əsas hissəsi başlanır. Əsərin ana xəttini pul ehtiyacı, səfalət təşkil edir. Gənc Qavrila hörmətin, əyləncənin, xoşbəxtliyin pulda olduğunu zənn edir və hekayənin sonuna doğru onun simasında bir insanın pula görə necə alçala bildiyini, sadə bir kəndlinin necə cinayətkara çevrildiyini müşahidə edirik. Çelkaş isə nə qədər səfil, oğru, sərsəri olsa da, mərd idi. O, pul üçün özünü alçaltmayacağını düşünürdü. Xeyr, o heç vaxt belə bir vəziyyətə düşməyəcəkdi...
Çelkaş
ÇelkaşMaksim Gorki · Can Yayınları · 2021488 okunma
144 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edə bilər...
"Alzheimer, yaşlı bir seri katile hayatın gönderdiği kötü bir şaka." (sh.33)  "Bir qatilin gündəliyi" - Kitabın mövzusunu adından bəlli olduğu kimi həyatının 29 ilini (16 yaşından - 45 yaşına kimi) cinayət törətməyə həsr edən qatilin gündəliyi təşkil edir. Sonuncu cinayətini törədib geri dönərkən keçirdiyi avtomobil qəzasında aldığı beyin travması və ağır əməliyyatlar səbəbilə yetmiş yaşlarında "Alzheimer" xəstəsi olan qatil həyatı ilə bağlı təfərrüatları unutmasın deyə gündəlik yazmağa başlayır. Bu gündəlikdə qızı ilə olan dialoqlarını, öz hiss və düşüncələrini, həyatından qısa fraqmentləri qeyd edir. Yaşadığı yerdə qadınları öldürən bir cinayətkarın peyda olması ilə qızının öldürüləcəyindən qorxan qatil 25 il sonra yenidən cinayət planları quraraq, ilk baxışdan qatil olduğunu hiss etdiyi oğlanı öldürmək qərarına gəlir. Təbii ki, "Alzheimer" xəstəsi olduğu üçün bu elə də asan başa gəlməyəcəkdir. İlk başda sadə bir gündəlik olduğu qənaətinə gəlinsə də, hadisələr sona doğru başqa bir şəkil alır və kitab gözlənilməyən sürpriz sonluqla bitir. Görəsən qatil qızını xilas edə bilirmi?.. "Ben aslında tarih öncesi çağa ait bir insanmışım da saçma sapan bir dünyaya düşüp orada çok uzun yaşamışım gibi. Bunun cezası olarak Alzheimer'e yakalandım..."(sh.36)
Bir Katilin Güncesi
Bir Katilin GüncesiKim Young-Ha · Timaş Yayınları · 20213,766 okunma
Reklam
552 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Bu kitabı təxminən 2 il əvvəl 100 səhifə oxuyub yarım qoymuşdum. Bilmirəm səbəbi bizim tərcüməmiz idimi, yoxsa "hər kitabın bir zamanı var" ifadəsinə uyğun olaraq yanlış zamandamı oxumağa başlamışdım. Nə isə. Kitaba təkrar bir şans verərək bu dəfə türkcə nəşrini oxudum... Kitab cinayət qurbanı olan bir ölünün sözləri ilə başlayır və 1591-ci ilin qış aylarının birində baş verən 9 günlük hadisədən bəhs edir. Bu hadisəni hər obrazın, hər əşyanın öz dilindən oxuyuruq(kitabın ən çox sevdiyim cəhəti bu oldu). Bir növ dedektiv əsər sayılan kitabda bir də qatil var ki, gözümüzün önündə olmasına rəğmən yazıçı bu qatili elə gizlədib ki, sona qədər kim olduğunu təxmin etmək olmur. Kitabda, həmçinin rəsm sənətinin gözəlliyi, əhəmiyyəti, həmin zamanlarda bu sənətə verilən dəyər ön plandadır. Başda qərəzlə yanaşsam da, sevərək oxuduğum kitablardan biri oldu. Oxuduqca gözümün önündə bütün boyaları ilə XVI əsrin İstanbulu canlanırdı. Yazı üslubu, yuxarıda qeyd etdiyim kimi hadisələrin ardıcıllıqla hər obrazın öz dilindən verilməsi çox xoşuma gəldi. Əsərin sonu isə xüsusilə gözəl idi. Kitabla qalın:)
Benim Adım Kırmızı
Benim Adım KırmızıOrhan Pamuk · İletişim Yayınları · 201216,2bin okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Fesleğen... Hikmet Anıl Öztekinin yaşadıqları üzərində qurulmuş, tam olaraq roman olan ilk kitabı. Digər kitablarda hadisələri "Seyyah"ın dilindən oxusaq da, bu kitabda artıq "Fesleğen"in qələmi ilə tanış oluruq. "Fesleğen" oxucuya həqiqətən mövcud olduğuna inana bilməyəcəyi sevgi hekayəsini nəql edir. Bu sevgi elə təmiz, elə gözəl və səmimi ifadə olunur ki... heyran olmamaq əldə deyil. Yox, bu sadəcə bir sevgi romanı deyil. Hər kəsin içindən bir parça tapa biləcəyi, oxuduqca içində, düşüncələrində nəyinsə artıq əvvəlki kimi olmadığını fərq edəcəyi bir kitabdır. İstər kitablarında, istər videolarında yazıçının tək amalı insanları oyatmaq, dəyişməkdir.  Kitabın son cümlələrini gözlərim dolaraq oxudum. Digər kitablarında olduğu kimi bu kitabda da hər sözdə, hər cümlədə incə toxunuşlar, duyğular gizlədib yazıçı. Sevərək, yaşayaraq oxudum... Xoş mütaliələr. "Hikmet Anıl Öztekine "Yaşamınızdan sonra dünyaya bir cümle bırakmak isteseniz o ne olurdu?" diye sorarsanız tek bir cevap alırsınız: “Ne için varsan, O’nun için yaşa…”"
Fesleğen
FesleğenHikmet Anıl Öztekin · Destek Yayınları · 202015,1bin okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
·
35 saatte okudu
Varacağını bilmediğin bir yola çıkar mıydın?
Yazarın yaşadığı hadisələr üzərinə qələmə aldığı bu kitab (
Eyvallah Seyyah
Eyvallah Seyyah
) əsas qəhrəman olan "Seyyah"ın adını bilmədən sevib "Fesleğen" dediyi qıza olan həsrətindən bəhs edir. Eyniadlı ikinci kitabında isə (
Eyvallah
Eyvallah
) "Seyyah"ın "Fesleğen"in ardınca; tapmaq ümidi olmasa belə çıxdığı səyahətdən bəhs olunur. Oxuduqca insanı başqa dünyaya aparırdı kitab(lar). İçindəki cümlələr, duyğular, düşüncələr elə gözəl idi ki... (Sanki Hikmet Anıl yanında oturub söhbət edirmiş kimi hiss etdirirdi:) Şəmsdən, Mövlanadan verilən hekayələr, "Birlik dükkanı"nda edilən söhbətlər kitabı daha da gözəl edib fikrimcə. Tam da çayınızı alıb, rahatlıq içində oxuyacağınız bir kitabdır.♡ Mənim üçün dəyərli bir yol yoldaşı və "dərddaş" oldu(lar). Xoş mütaliələr...
Eyvallah
EyvallahHikmet Anıl Öztekin · Destek Yayınları · 20205,5bin okunma
222 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
1K tətbiqini istifadə etməyə başladığım vaxtdan qarşıma ən çox çıxan və adını, kitablarını görməkdən bezdiyim bir yazıçı idi Yaşar Kemal(düşünürəm də Ahmet Batmanın bütün kitablarını oxuyan biri olaraq nə qədər də çox haqsızlıq etmişəm yazıçıya:d). Ta ki, atamdan " "İncə Məmməd" kitabını oxumuşam, çox gözəl kitab idi" sözlərini eşidənə qədər. Bu sözlərdən sonra Yaşar Kemal və kitabları ilə maraqlanmağa başladım. Öyrəndim ki, yazıçı demək olar bütün kitablarını dastanlar, əfsanələr, rəvayətlər əsasında yazıb. Və bu da ayrı bir maraq oyatdı məndə. İlk olaraq "Üç Anadolu Efsanesi" kitabını oxudum. Bu kitabda yazıçı Koroğlu dastanı, Karacaoğlan və Alageyik əfsanələrini özünə xas nəqletmə tərzi ilə qələmə almışdır. Və mən bu nəqletmə tərzini, yazı üslubunu ifadə edə bilməyəcəyim qədər çox sevdim. O qədər axıcı və gözəl yazıb, elə şirin dillə nəql edib ki... Oxumursan, sanki, yaşayırsan kitabı. Oxuduqca keçmiş Anadolu bütün xətləri, adət-ənənələri ilə qarşında canlanır... Heyran oldum Yaşar Kemal qələminə. Kitablarımın arasında artıq özünəməxsus bir yeri olacaq... "Yeter ki insanın içinde iyilik olsun, onun erişemeyeceği hiçbir yücelik yoktur. İnsan, gönlü kadar büyüktür..."  Kitabla qalın...♡
Üç Anadolu Efsanesi
Üç Anadolu EfsanesiYaşar Kemal · Yapı Kredi Yayınları · 201710,8bin okunma
568 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
"Yer üzünün hər hansı bir yerində bir insan ölərsə, sənin də bir parçan ölər onunla birlikdə. Ona görə də soruşma. Bir kilsə zəngi səslənəndə bil ki, o zəng sənin üçün çalır..." (Əvvəllər kilsələrdəki zənglər xaç suyuna salınma, nikah, ölüm hadisələrini və müharibədə zəfər qazanmaq kimi gərəkli xəbərlərin çatdırılmasında istifadə edilirdi.) Kitabda İspaniya Vətəndaş Müharibəsi dövründə Respublikaçı partizan dəstəsinə bağlı olan Amerikalı könüllü  bir gənc - Robert Cordanın 4 günlük hekayəsindən bəhs olunur. Yazıçının müharibədə iştirak edib müharibə dəhşətlərini yaxından görməsi əsərin daha real yazılmasına səbəb olub.  İspaniyadakı vətəndaş müharibəsi yazıçı Heminqueyin həyatında dərin izlər qoyur. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olur, insan qəhrəmanlığının və хəyanətinin dəhşətli səhnələrini müşahidə edir. "Əcəl zəngi" romanı da məhz bu bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıхır. Romanda həm də Robert Cordan və dağ partizanlarının  dəstəsindən olan Mariyanın saf, ülvi sevgisi  parlaq boyalarla əks etdirilmişdir. Kitab olduqca təsirlidir. Müharibə mövzusunda yazılmış ən mükəmməl əsərlərdən biri hesab olunur. Bəzi hissələrdəki yersiz uzatmaları oxuyarkən sıxıldım. Onun xaricində çox gözəl idi.
Əcəl Zəngi
Əcəl ZəngiErnest Hemingway · Qanun Nəşriyyat · 201412bin okunma
38 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.