8/10
·84 syf.··
2026 128. kitabı
O məşhur başlıq hekayədəki Pat – o safkan İskoç iti – Hidayət heç də heyvan sevgisindən yazmayıb bu hekayəni. O, yadlaşmadan yazıb. Bir canlının içinə yuvarlanan o dəhşətli boşluqdan. Və sonra fikirləşdim ki, bu adam Parisdə qaz borusundan özünü asanda, bəlkə də beynində elə o aylak köpək cəhənnəm kimi ulayırdı. “Kerec Don Juanı” – Hidayət burada İranın o ikiüzlü, riyakar cəmiyyətini elə bir sillə ilə vurur ki, adam yerin dibinə keçir. “Çıkmaz”da isə qəhrəman otaqda tək-tənha ölümü düşünəndə mən də onunla birlikdə boğulurdum. Hidayət sanki deyir: “Bax, bura qədər gəldik. Nə qapı var, nə pəncərə. Çıxış yoxdur.” “Katya”… bu hekayə məni ən çox çəkəndi. Rus mühəndis, qadın, Avropa baxışı… Hidayət niyə birdən öz torpağından çıxıb Avropalının gözü ilə baxır? Çünki o, həmişə kənardan baxıb. Öz cəmiyyətinə də kənardan, öz həyatına da. Bu hekayədəki o ağır, xəstə məhəbbət əslində heç vaxt tamam olmayan bir ağrıdır. “Taht-ı Ebu Nasr” - Mumiya canlanır, arxeoloqlar talan edir… Amma bu qorxu filmi deyil. Bu, Hidayətin Qərbə olan nifrətidir. O, amerikalıların əlinə baxır, Şərqin köhnə sümüklərini necə diddiklərini görür və dişlərini qıcıldadır. “Vətənsevər” hekayəsində isə artıq gülməkdən çox ağlamaq gəlir. O siyasi satiranın içinə elə bir acı duz qatıb ki, adamın gözü yaşarır. Deyirlər, vətənpərvərlik şüarları ilə xalqı necə aldatmaq olar? Hidayət göstərir: çox asan. Sadəcə bir “missiya” göndər, bir natiq qarşıya çıxarsın, qalanını axmaqlar özləri tamamlayar. “Qaranlıq Oda” - Hidayət deyir ki, qaranlıq otaq cəmiyyətin qaranlıq əxlaqından qaçışdır. Amma mən soruşuram: bəs özümüzdən qaçmaq olurmu? Hidayət qaça bilmədi. Parisdə bir otel otağında – bəlkə də “qaranlıq otaq” axtarışında – özünə çıxış tapdı. “Allahın bir qulu onu oxşamamışdı, gözlərinə baxan olmamışdı.” Bu, təkcə
Edebiyat
Aylak KöpekSadık Hidayet · Yapı Kredi Yayınları · 20243,185 okunma
9/10
·134 syf.··
2026 115. kitabı
Aruoba bu kitabda mənə elə gəlir ki, nəinki məsafəni, elə məhz məsafənin içində olduğumuz anı göstərmək istəyir. Yox, o bizə yaxınlığı öyrətmək üçün uzağı anlatmır. Əksinə: o deyir ki, bəlkə də əsil həqiqət elə bu uzaqlığın özüdür. Oxuyanda adam özünü tənha bir otaqda, pəncərədən çölə baxan kimi hiss edir. Hər şey var – işıq, kölgə, səs, sükut – amma heç nə tuta bilmirsən. Kitabın “Tavşan Besleyene Kılavuz” və “Özlem Çekene Kılavuz” kimi iki hissəyə bölünməsi məncə sadəcə başlıq deyil. Bu, iki fərqli yalnızlıq formasıdır. Birincisi: sevmək, sahiblənmək, baxmaq – amma yenə də əslində heç kimi əhliləşdirə bilməmək. İkincisi: itirmək, yoxluğu hiss etmək, səsləri xatırlamaq. Oruç Aruobanın dilini sevirəm, çünki o, heç vaxt çox danışmır. Bir neçə sözlə böyük boşluqlar yaradır. Məsələn “Özlem, görememenin yoğunluğudur” dedikdə, adam dayanıb düşünür: bəs bəlkə də görmək zənn etdiyimiz şey əslində görməməyin özüdür? Bəlkə də biz yalnız uzaq olanda həqiqətən yaxın ola bilirik? Mənə elə gəlir ki, Aruoba varoluşçu filosoflarla – xüsusilə Nietzsche və Wittgenstein ilə – sakit bir söhbət edir, amma onlardan fərqli olaraq soyuq bir sistem qurmur. Onun fəlsəfəsi daha çox nəfəs kimidir: içə çəkirsən – boşluq, çıxarırsan – səs. Kitabda nə hekayə var, nə qəhrəman, nə də ki, axıcı bir hadisə. Ancaq elə bu da onun gücüdür: insan ilişkisiz bir dünyada öz ilişkisini necə qurur? Bəzi yerlərdə kitab adamı qəribə şəkildə incidir. Çünki o, sənə heç bir təsəlli vermir. “Hər şey yaxşı olacaq” demir. Əksinə, deyir: “Uzaqsan. Bəli, uzaqsan. Və bu, düzəlməyəcək.” Amma bəlkə də təsəlli elə buradadır? Bir problem həll olunmayanda, onu adı ilə çağırmaq artıq rahatlıqdır. “Uzak”, məncə, sevgi kitabı deyil. Ümid kitabı da deyil. O, yarımçıq sözdə dayanmağı öyrədən bir kitabdır. Səni qucaqlamaq
Felsefe
UzakOruç Aruoba · Metis Yayıncılık · 20203,930 okunma
"Göy siçan, su ver!"
Puan vermedi·128 syf.··
2024 31. kitabı
Bəzi kitablar bizə tövsiyə olunur, bəziləri adıyla maraq oyadır, bəziləri bir oxucu rəyi və ya bir sitatla diqqətimizi çəkir. Elə kitablar da var ki, onları özümüz kəşf edirik. Beləcə hər kitab və hər yazarla tanışlığımızın hekayəsi fərqli olur. Mənim Çingiz Aytmatovun qələmi ilə tanışlığımın isə qəribə bir hekayəsi var. Hardasa 3-4 il bundan əvvəl Mərmin Kamalın bir müsahibəsi çıxdıı qarşıma. Başlıq maraqlı gəldi və oxumağa başladım. Müsahibənin bir hissəsi hədsiz diqqətimi çəkdi. - Ədəbi mühit bilirdi ki, Mövlud Mövlud sizi sevirdi. İntihar etməmişdən əvvəl sizə mesaj da yazmışdı. Bilmək olar, nə yazmışdı? - Hə, intihardan bir neçə həftə əvvəl idi, yazmışdı “Salam, necəsən,” mən ona cavab vermədim, ardınca yazdı ki, “göy siçan, mənə su ver, yoxsa susuzluqdan qırılacağıq”. Ölümündən əvvəl mesajı görmüşdüm. Fikirləşmişdim ki, Mövluddur da. Cavab verməmişdim. Mövludun intiharından sonra uzun müddət axtardım ki, göy siçan nə deməkdir. Sən demə, mən bu əsəri oxumamışam. Sonra bir gün Sevinc Elsevər bu əsəri mənə tapdı. Çingiz Aytmatovun “Dəniz qırağı ilə qaçan alabaş” povestindəndir. Oxudum o əsəri. Bildim göy siçan nə imiş. Nə isə. Keçmişə qayıtmaq imkanım olsaydı mesajı cavablayardım. Bu müsahibədən sonra "Göy siçan"ın nə olduğu mənə də çox maraqlı gəldi və mən də sözü gedən əsəri tapıb oxudum. Çingiz Aytmatovun qələmi ilə tanışlığım məhz belə başladı.  Daha sonralar onun "Gün var əsrə bərabər",  "Ağ gəmi," "Cəmilə" kimi əsərlərini də oxumaq  imkanım oldu və yazıçının qələmini çox sevdim. Hələ ondan oxumaq istədiyim çox əsər var. Bu tanışlığa görə çox sevinirəm, amma hər dəfə bu tanışlıq hekayəsi mənə çox qəribə gəlir. Bəzən fikirləşirəm ki, bəlkə də hamımızın bir “göy siçanı” var. Və hər birimiz zaman-zaman həyatımızın hansısa çətin periodlarında açıq-aşkar ya da
Dəniz Kənarıyla Qaçan AlabaşCengiz Aytmatov · Altun Kitab · 20225,8bin okunma
10/10
·88 syf.··
2026 1. kitabı
Adama elə gəlirdi hər an "20-ci Sahədə" ikinci bir 20 yanvar törədəcəklər. - Orxan Saffari "20-ci sahə" kitabından. Əvvəla onu deyim ki, tənqidlərimi Orxanın özünə bildirdim, bu yazı isə tənqid yox, analiz üçün yazılıb. Hekayələrin analizinə keçməzdən öncə Orxanın özünə bildirdiyim tənqidlərin bir neçəsini sizlərlə bölüşün: Düşünürəm ki, Saffari bu kitabda potensialını tam ortaya qoya bilməyib. Buna baxmayaraq potensialına aid lazım olan qığılcımlar hiss olunurdu. Bir neçə hekayəsini mükəmməl saymaq olar, amma ümumilikdə hekayələrin çoxunda boşluqlar hiss olunurdu. Ümumilikdə desəniz ki, kitabının ən müsbət cəhəti nədir? Çox axıcıdır və təsvirlər zamanı adamı yormur. Lazım olan yerdə lazım olan qədərini təsvir etmək bacarığı müəllifin qabında nəsə var dedirdib. Amma rus sözlərini lazım oldu, olmadı soxuşdurub bəzi hekayələrə. Həmin o bəzi hekayələrdə küçə dili ilə danışarkən rusca sözlər tuturdu, amma hərdən də "obşak", "uje", "tasofka", "parkovka" tipli bu sözlər adamda ikrah hissi oyadırdı. Başqa bir adamı yoran məsələ var idisə, o da söyüşləri yerli yersiz istifadə etməyə çalışması idi. Yəni dilimizdə bu sözlərin qarşılığı varsa niyə işlədəsən ki? "Tak toje" də obrazın yox, müəllifin "slovarında" olan "istoriyalarda" olması "nujeli?" Sualını verdirtdirirdi. ----------------------------------- Başlayaq mənim üçün fərqli saydığım hekayələri analiz etməyə: Kimsəsizlər Qəbiristanlığı Kitabın ən güclü iki hekayəsindən biri idi. Hekayənin ən güclü tərəfi "O, ilk dəfə idi tək yatırdı" cümləsinin keçirdiyi transformasiyadır. Hekayənin əvvəlində: Jurnalist (Orxan) bu cümləni sadəcə oxucu cəlb etmək, bir az da rəhmsiz və soyuq bir peşəkarlıqla reportajına "pafoslu" bir başlıq kimi düşünür. Bu, öldürülmüş bir fahişəyə qarşı kinayəli, bəlkə də bir az mühakiməedici bir
20-ci SahəOrxan Saffari · Qanun Nəşriyyat · 20244 okunma
Puan vermedi·188 syf.·
2025 37. kitabı
Ümumi olaraq oxuduğum 80-ci, 2025'də isə 38-ci kitabı'M oldu. Sevdim, çox sevdim. Yaxşı ki, oxudum. Kitabın dili olduqca axıcı, tərtibatı isə təqdirə layiqdir. Başlıq-başlıq olan kitabları oxumaq daha rahat gəlir mənə. Səndən nigaranam'da eynən bu cür idi. Keçidlər arasında yerli ve xarici yazarlardan, şairlərdən sitatların verilməsi çox xoşuma gəldi. Kitabı oxuduqca nə qədər cümlənin altından xətt çəkmişəm. Amma bir o qədəri də qaldı. Ümumi olaraq məzmun xətindən nə qədər kitabların, filmlərin adı çəkilirdi. Mən də qeyd edirdim ki, oxuyaram və ya izləyərəm. Kitab Aynur və Elvinin sevgi hekayəsindən bəhs edir. Amma görən təkcə məsələ sevgi idimi? Onlar bu hekayə'yə fədakarlığı, dərin hislərin çox, çox dərin yerlər açdığını, azadlığı, dostluğu, keçici ehtirasların əsla sevgini əvəz edə bilməməsini, verilən dəyəri... və s. mənəvi məsələləri özündə əks elətdirir. Kitab Elvin tərəfindən yazılsa da sonluğu yarımçıq sevgisi olan Aynur tamamlayır... Ya da bəlkə də tamamlamır. Axı Elvin də tamamlamışdı, yarımçıq qoymuşdu. Bəlkə də sonluğu yazmağa əli gəlməmişdi, hələ də ümid edirdi... Aynur sadəcə bizimlə bölüşmək istədi. Yaxşı ki, bölüşdü. Aynuru heç qınaya bilmədim kitabı bitirdikdən sonra. Heç bacarmadım. Mən olsaydım yerində getməzdim, hər şeyi danışmağı seçərdim. Bəlkə ayrılıq olardı, amma getməzdim, taleyimdən, sevgimdən qaçmazdım... Lakin Aynur'un yerindən danışmaq yəqin ki, rahatdır. Altından xətt çəkdiyim alıntılar bir kənara, incələməm məncə bu cür yekunlaşmalıdır: Ömrüm boyu gözümdə kam, qəlbimdə arzu kam Bu həsrəti daşıyıram, sənsiz daşıyıram. Mən bir təhər yaşayıram, sənsiz yaşayıram Təkcə səndən nigaranam, səndən nigaranam. Ömür ötür, keçir aram-aram. Heç bilmirsən bəlkə yoxam, varam. Yalnız səni, səni soruşaram. Səndən nigaranam, nigaranam... (Sözlərin
Səndən NigaranamAdil Samir · Kitab Oxu Nəşriyyatı · 202348 okunma
Puan vermedi
Kitabı artıq ikinci dəfə oxudum və bu dəfə diqqətimdən qaçan nə qədər incə məqamın olduğunu gördüm. Əvvəla, əsər 1920-ci illərdə — Avropanın müharibədən sonrakı, mənəvi böhran dövründə yazılıb və çap edilib. Bu konteksti bilmək əsərə tam fərqli tərəfdən yanaşmağa kömək edir. “Amok” nədir və niyə bu ad seçilib? “Amok” — Cənub-Şərqi Asiya mədəniyyətlərinə məxsus bir psixoloji haldır. Bu vəziyyətdə olan insan ağıllı düşünə bilmir, idarəsini itirir və qarşısına çıxanı öldürərək ölümünə qədər qaçır. Bir yerdə oxuduğuma görə, əslimdə Zveyq bu anlayışı sadəcə başlıq olsun deyə seçməyib. Bu ad Qərb insanının ruhi xəstəliyinə çevrilmiş bir metafora kimi istifadə edilib. Yəni, “amok” öz orijinal mənasında bir fərdin ağlını itirməsidir, Zveyqin qələmində isə bu, Avropanın ağlını itirməsidir. Müharibədən sonra Avropa da sanki “amok” vəziyyətinə düşmüşdü — öz dəyərlərini, mədəniyyətini və mənəvi balansını itirmişdi. Hətta fikir vermisizsə onların söhbət etdiyi gəmi Avropaya doğru gedirdi, hətta müstəmləkədə olan hadisələrin hamısı avropalılar ətrafında dövr edirdi- alman həkim, ağ dərili əsilzadə xanım, hollan tacir, ingilis sevgili…. Qısaca mənə elə gəlir həqiqətən Zveynq burada güclü simvolzim edib. Amma bir çox tənqidçi düşünür ki, Zveyq insan dəliliyinin dərin sosial səbəblərinə — imperializmə, qürura, gücə — toxunmur. Yəni o hərşeyi fərd və onun vicdanına, hisslərinə bağlayıb. Halbuki, həmin dövrdə Avropanın bu vəziyyətə düşməyində psixoloji faktıardan çox sosial, iqtisadə və siyasi səsbəblər də var idi. Mənim Zveyqə baxışım və rasizm məsələsi İlk dəfə oxuyanda Zveyq mənə bir qədər rasist təsiri bağışlamışdı. Amma ikinci oxuyuşda fərqinə vardım ki, o, əslində rasizmi tənqid edir, amma dolayısı ilə. Zveyq açıq şəkildə deməsə də, Avropalıların “özlərini üstün” görməsini
AmokStefan Zweig · Qanun Neşriyat · 2018134,9bin okunma