Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Kiminsə əzabı, fəlakətiymiş Səadət quşunun yemi, sən demə. Onun da sonu var, qəmlə qurtarır Hər günün, hər ayın dəmi, sən demə. Ölümə gedirik doğulan anda, Elə bil tərsinə dönür zaman da. Nəyinsə izinə düşüb tapanda İtir bu dünyanın çəmi, sən demə. Hamı elə bilir bir o, beş mənəm, Hər yerdə, hər zaman ancaq baş mənəm. Elə bilirdim ki, tək çaşbaş mənəm, Çaşıb mənim kimi, hamı, sən demə. Köçüb röyalara ümidlərimiz, Dəyişib yerini xeyir-şərimiz. Vallah, özümüzü unutmuşuq biz Uçub ağlımızın damı, sən demə. Enişin ardıdır hər dik, hər yoxuş, Tufan dediyimiz sükutdan qopmuş. Atalar düz deyib, tərs qoyulubmuş Binədən dünyanın xımı, sən demə.
Sayfa 289 - ÇAŞIB MƏNİM KİMİ...Kitabı okudu
Açılmamış bir kitabdır hər insan ömrü, Hər baharın bir məhəbbət macərası var. Yazılmamış bir hesabdır hər insan ömrü, Hər gecənin, hər gündüzün bir mənası var. Boş keçməyir, düşündükcə, ömrün hər dəmi, Yazılmamış bir dastandır könül aləmi. Məhəbbətin fərəhlidir sevinci, qəmi, Hər duyğunun, hər arzunun bir səfası var. Kim çağırdı ürəkləri eşqə, həvəsə, Bülbül nədən gül eşqiylə verir səs-səsə? İnsan qəlbi çox möhtacdır isti nəfəsə Desələr də məhəbbətin min cəfası var.
Sayfa 188Kitabı okudu
Reklam
Türk Ədəmi-Mərkəziyyət partiyası
Belə ki, Rusiyanın federativ respublikaya çevrilməsi və onun tərkibində Azərbaycana muxtariyyət verilməsi şüarını ilk olaraq siyasi gündəmə gətirən N. Yusifbəyli və onun başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyası oldu. Məhz bunu nəzərdə tutaraq sonralar M.Ə. Rəsulzadə vurğulayırdı ki, "Azərbaycan ideyasını siyasi bir mət- ləb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir.
Jeko Print nəşriyyatıKitabı okuyor
Newaya Mutrib û Çengê • Melayê Cizîrî
Newaya mutrib û çengê Fixan avête xerçengê Were saqî heta kengê Neşûyîn dil ji vê jengê Heyata dil meya baqî Binoşîn da bi muştaqî Ela ya eyyuhe s-saqî
Burax, göz yaşlarım, qüssəm, kədərim, Qərib xəyallarım, bu zəncirlərim, Xatiratım ilə yalnız qalım mən. Onlara sən şərik ola bilməzsən. Mən etiraf etdim hər şeyi, ancaq. Bağışla... əlini ver vidalaşaq, Qadın sevgisini uzun bir zaman Salmaz dərdə-qəmə o soyuq hicran. Keçər sevgi dəmi, gedər qəm-kədər, Yenidən sevməyə başlar gözəllər”.
Ey Dîlberê • Feqîyê Teyran
ey dîlberê, ey dîlberê wey nazika dêmqemerê, qamet ji mûma fenerê, wêran ez im, malim xirab. ey dîlbera gerden letîf, wey nazika qamet elîf, qamet ji reyhana zerîf,
Reklam
Yazılır dəftəri-eşqə ürəyim qanı ilə Ömrümün sənsiz ötən hər dəmi misra-misra
Bahar, ey məhəbbət dəmi, ey bahar, Mənə qəm gətirir gəlişin sənin... Nə qədər...
Gənclik – yaxıcı atəş, hər dəmi od parçası, Gənclik – həyatın dadı, qocalıqsa – acısı.
Sayfa 114Kitabı okudu
Dmi yaa!!!
Dünyada zaten bunca kötülük varken yenisini aramanın âlemi yok...
Reklam
Dolaşıqdı insan ömrü, Qəmi düşür dəm vaxtına, Dəmi düşür qəm vaxtına. Keşməkeşdi insan ömrü, Neçə-neçə gözlər düşür, Neçə-neçə gözdən düşür. Ən hikmətli sözlər düşür Ən ağıldan kəm vaxtına...
Kəpənək ömrü
Dolaşıqdı insan ömrü Qəmi düşür dəm vaxtına Dəmi düşür qəm vaxtına Keşməkeşdi insan ömrü Neçə-neçə gözlər düşür Neçə-neçə gözdən düşür Ən hikmətli sözlər düşür Ən ağıldan kəm vaxtına
HARDASIZ, İNSAN ADAMLAR?
Hardasız, hardasız, insan adamlar? Ah, bu cin adamlar, şeytan adamlar, Ah, bu şər adamlar, böhtan adamlar Bu yalan adamlar, ilan adamlar, Bu çalan adamlar öldürdü bizi. Bu qədər işıqlı göllər yanında, Çiçəklər yanında, güllər yanında, Baxçalar yanında, bağlar yanında, Bu qədər ucalan dağlar yanında, Bu alçaq adamlar, calaq adamlar, Bu alaq
Sayfa 126
36 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.