Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
104 syf.
10/10 puan verdi
·
Beğendi
Kitab haqqında fikirlərimi  necə və hansı formada ifadə edəcəyimi bilmirəm,  o qədər çox təəssüratlarım var ki, oxuyarkən heç bitməsini istəmirdim, hadisələr o qədər marağla gedirdi ki, kitabı əlimdən yerə qoymadan bir nəfəsə oxuyub bitirdim.. Yazar ayrılıqla bitən bir sevgi hekayəsini, sevginin məsumluğunu çox mükəmməl şəkildə qələmə alıb..  
Sənsizlik
SənsizlikGülər Səfərova · Qanun Nəşriyyatı · 20242 okunma
208 syf.
10/10 puan verdi
·
27 saatte okudu
Uşaqların gözündə müharibə.
Yenidən bu dünyaya gəlsəm; “Bütün tankları, tüfəngləri, silahları əridib saz, cümbüş, zurna edəcəm”. Aram Tigran. Oxuduğum ən möhtəşəm və ən üzücü əsərlərdən biri daha. Müəllif Uşaqların gözündə müharibə və savaşı qələmə alıb. Hər sətrini həyəcanla, kədərlə oxudum və hər sətrini qəlbimin dərinliyinə qədər hiss etdim. Dünyada ki bütün uşaqlar kimi Bruno və Shumel də o qədər məsum idilər ki içində olduğları amansız vəziyyətin nə olduğunu doğru-düzgün belə başa düşə bilmirdilər. Savaşın,müharibənin qurbanı olan bütün uşaqlar kimi Bruno da yaşamağın sadecə dostlardan və oyunlardan ibarət olduğunu düşünürdü. Onun üçün yaşamaq özü kimi məsum idi lakin Müharibənin,savaşın, düşmənin nifrəti Bruno kimi Minlərcə, Milyonlarca məsum,günahsız uşaqları bu şirin yuxudan oyadıb. Onlar xəyalları,ümidləri, oyuncaqları əllərindən alınmış məsum körpələrdir. Ümid edirəm daha heç bir məsum uşaq bu şirin xəyalından,yuxusundan oyanmasın. ailəsi ilə dinc yaşayan evlərin pəncərələri dağıdılmasın.Ümid edirəm heç bir yaşlı,qoca hər gözünü açdığı sabaha şükür etdiyinə peşman olmasın. Hər birinizə xoş gecələr və xoş mütaliələr.
Zolaqlı Pijamalı Oğlan
Zolaqlı Pijamalı OğlanJohn Boyne · Qanun Nəşriyyatı · 202038,9bin okunma
Reklam
360 syf.
8/10 puan verdi
·
13 günde okudu
Kitab da xərçəng xəstəliyinə mübtəla olmuş iki gəncin sevgisindən bəhs olunur. Kitab da bu xəstəliyə qarşı necə mübarizə aparmalı, əzimkar olmalı kimi ifadələrə də yer verilib. Kitab da əsas diqqətimi çəkən və məni duyğulandıran hissəsi isə- Hazelin "Möhtəşəm əzab" romanını oxuması və romanın da baş qəhramanın xərçəng xəstəliyinə məğlub olması və kitabın bunlada bitməsi idi. Halbuki kitab yarımçıq yazılmışdı. Kitabın sonluğunun necə olduğunu bilmək istəyən Hazel sevdiyi oğlan Aqustla birlikdə Amsterdama yola düşür, həmin yazıçı ilə görüşürlər. Bu görüş gənclər üçün üzücü olur, onların təsəvvüründə yaratdıqları yazıçı kimi deyildi, tamamilə içki düşkünü olan bir adamla rastlaşırlar və məyusluq yaşayırlar. Kitab haqqda çox danışmaq istəmirəm, sonluq gizli qalsa yaxşıdır, oxumaq istəyənlərə isə tövsiyyə edirəm.
Eyni Ulduzun Altında
Eyni Ulduzun AltındaJohn Green · Qanun Neşriyat · 201523,2bin okunma
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Nastenkanı qınama, o bir yeniyetmə idi!
Fyodor Dostoyevski həqiqətən qəlbə toxuna bilməyi bacarır da. Şablon sözlərdən istifadə edib təhlil etməyəcəm. Nastenkanı qınayanlar olsada, mən qınaya bilmədim. Çünki Nastenkanın 10 sözündən 9-u elə kirayəşin idi, xəyalpərəstlə elə ancaq onun haqqında, ona olan məhəbbəti haqqında danışırdı. Xəyalpərəstin sanki bəxtinə elə təklik yazılıbmış. Nastenka da yeniyetmə qız idi, elə bu səbəbə görə də Nastenkanın "ümidverici" sözlərinə, vədlərinə inanmırdım, insan gənc olanda fikirləri çox tez dəyişir, nəyin ki, yeniyetmə olduqda. Nastenka kaş sonda xəyalpərəstə vədlər verməzdi, yoxsa hər şey əla gedirdi, amma bunuda Nastenkanın uşağlığına bağışladım))). Yeniyetməlik dövründə olur belə şeylər. Dostoyevskinin qələmini çox sevdim, elə yazırki sanki onu mən yaşayırmışam kimi hiss edirəm, amma Tolstoyun kitablarında elə olmadı, ona görə yarım buraxdım. Amma sonra Xəyalpərəstə də acımadım, çünki o xəyallarında həmişə xoşbəxt idi, bəlkə də elə onu yaşadan onun sevgi dolu xəyalları idi. Spoyler ola bilər! Amma bundan daha pisini yaşayan elə yeniyetmələr var ki, onlar qərarlarında daha ağıllı davranırlar. Amma təbii ki, bunu hər adam bacarmaz. Nənəsinin bu hərəkətinə görə kim zərər çəkmiş oldu sonda? Xəyalpərəst((. Məncə Nastenka kirayəşini də sevmirdi, sadəcə sancaqlı qalmış balaca otaqdan canını qurtarmaq istəyirdi, buna vasitə kimidə kirayəşini görmüşdü, bilmirəm bəlkə də həqiqətən sevirdi, amma Nastenkanın sevgisi həqiqi olsaydı ondan sonra elə Xəyalpərəstə verdiyi vədi tutardı.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201973,8bin okunma
218 syf.
·
Puan vermedi
·
4 günde okudu
Bəyaz gecələr....... Əgər gecələr daxili aləmindən söhbət edirsənsə, qarşındakı insana olan sevginin dərinliyindən bəhs edirsənsə və birisinə gecikmiş sevgisini qaytarmaqda kömək edirsənsə həmin gecənin rəngi yəqin ki, saflığın rəmzi bəyaz olur. Kitab, bir cənabın Peterburq gecələrindən birində bir qızla tanış olmasından bəhs edir. Və onlar axşamlar maraqlı söhbət etməyə başlayarlar. Həmin bu gecələrdə cənabımız öz daxili aləmindən, sevgisindən bəhs edəndə bir tərəfdən də qızımızın nakam məhəbbətinə çarə axtararlar. Dostoyevski yazdı deyə böyüdülən əsərin əslində sadə bir əsərdən ibarət olması....... Kitabı oxuyanda daxilimdə bir şeylərin oyanmadığı kimi , mənə qatacağı bir şey də yox idi. Dostoyevskinin oxuduğum ikinci əsəridir. Və iki əsərdə də hələki məni çəkən, Dostoyevskinin adının haqqını verən bir şey görə bilmədim. Oxuyacaq olanlara xoş mütaliələr.
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202073,8bin okunma
505 syf.
6/10 puan verdi
Maksim Gorki ''Ana'' əsərinin özüm üçün təhlili.
Maksim Qorki və onun dünyası bir oxucu kimi daima mənə maraqlı olub.Ümumi baxdıqda ədəbiyyatda bəzi yazarlar olur ki onlar sadəcə yazmaqla dayanmır bu dünyanı ya da yaşamı özlərinə görə ya da öz əxlaq dəyərləri çərçivəsində düzəltməyə , daha yaşanılası dünya halına gətirməyə çalışır.Gorki məhz belə yazıçılardandır.Fəqət mənə görə ideologiyasının
Ana
AnaMaksim Gorki · Atlantis Yayınları · 201628,5bin okunma
Reklam
126 syf.
·
Puan vermedi
·
29 günde okudu
Çox uzun zamandır,oxumaq istəyirdim. Nəhayət oxudum. Və həyatımda məni psixoloji cəhətdən zorlayan 3 kitabdan biri oldu. Hətta ən çox çətinlik çəkdiyim. Bilirsiz mi,hər cümləsini oxumaq istəyirsən,hər yeni səhifəyə keçid etmək istəyirsən,amma hər dəfə keçid etdikcə o qədər çətinlik çəkirsən ki. Duyğuların sanki almaz kimi vücudunu kəsir. Yəni,bir kitab bu qədər mi,kəskin olar? Və oxuduğun zaman elə situasiyalar görür ki,insan susmaq və yaxud da ağlamaqdan başqa bir şey edə bilmir. Hər dəfə Wertherin acı çəkdiyini görüb,kaş ki,ona bir söz deyə bilsəm də,yəni onu anladığımı. Çünki çox zaman Werther kimi insanların yalnızlıqdan çox birilərinə ehtiyacı var. Elə məhz bu səbəbdən dolayı bu kitabı oxuyan bəzi gənclər bir zamanlar intihar etmişdir,çünki onlar yalnız idi. Bəli,Werther məktub yazırdı birisinə. Amma insanın qarşısında öz həmcinsi olmadıqdan sonra nə mənası var ki,onların. İnsanıq,insan insana möhtacdır. Yalnız qoymayın onları və anlamağa çalışın. Əgər bunu gec etsək onları itirmək şansımız yüksəlir.
Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2021120,4bin okunma
360 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş
Cəfər Cabbarlının deyilənə görə qələmindən çıxan ilk pyesidir. 4 pərdəli, qısa məzmunlu dram olsa da, cəhalətin utanc vericiliyi, iki gəncin çarəsizliyindən istifadə edən cahil beyinlər, cəmiyyətin problemləri, qadına qarşı olunan fiziki, mənəvi şiddət çox açıq şəkildə göstərilib. Üzücü olan çox səhnələr var idi ki, məndə gərginlik yaratmağa bəs
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200561 okunma
361 syf.
8/10 puan verdi
·
Beğendi
·
105 günde okudu
Külleri bitirdim. Kitab mənim sevə biləcəyim bir tərzdə idi. Elektromaqnit dalğa sonrası bütün telefonlar, planşetlər, maşınlar işləmir, işıqlar kəsilir falan filan. İnsanların da bir hissəsi zombiyə çevrilir. Kitabda iyrənc qanlı səhnələr filan var əgər bu tip səhnələr sizi narahat edirsə, oxumağınızı tövsiyə etmirəm. Məni o qədər də narahat etmədi düzü. Ümumi olaraq kitab insanı gərgin saxlayır. Bəzən gecələr oxuyandan sonra azacıq qorxdum da. Amma təbii ki, qorxu deyil. Fantastik gerilim demək olar. Xoşuma gəlməyən tərəflər Alex-in aşkları idi. Dünyanın sonudu ne aşkı kardeşim demədən dayana bilmədim kitabı oxuyanda. Öz də 1 nəfərə yox 2 nəfərə. Nəysə... Kitabda çox şey yarımçıq qaldı. Onu da 4 kitablıq seriyanın ilk kitabı olması ilə əlaqələndirirəm. Belə ümumi olaraq bəyəndim. Bu tərz kitabları sevirsizsə məncə oxumağa dəyər. Küller Gölgeler ilə davam edir... P.S. Spoiler vermədən fikir bildirmək çox çətindir
Küller
KüllerIlsa J. Bick · Dex Yayınevi · 2011243 okunma
104 syf.
7/10 puan verdi
·
Beğendi
·
33 saatte okudu
Bu Dostoyevskidən oxuduğum üçüncü kitabdır. Əvvəla qeyd edim ki,kitab axıcı dillə yazılmışdır. Əsərdə süjet xəyalpərəst biri ilə Nastenka arasında dövr edir. Nastenkanı heç sevə bilmədim. Nə istədiyini bilməyən biri olaraq,elə bu səbəbdən də onu sevən birinə də boş ümid vəd etdi. Boş deyirəm,çünki hislərindən əmin olmayaraq bir qərar verir və sonra da heçnə olmamış kimi öz yoluna davam edir. Və ardınca da yazdığı məktubla,qismən vicdanını rahatladır. Xəyalpərəstə gəlincə isə,bu xarakter sadəcə sevgi aclığı çəkir. Tənhalığına son vermək istəyir. Elə düşünürəm ki,onun üçün fərq etmirdi,bu aclığı Nastenkayla da doldura bilərdi,ya da bu başqası da ola bilərdi. Nastenkadan daha çox xəyalpərəstdə saflıq hiss elədim. Nastenka gerçəktən sevirdisə,elə məhz əvvəlki sevdiyini də gözləməli idi. Vəd etdiyi vaxtdan da artıq gözləyə bilsəydi birinə də boş ümid verməyə tələsməzdi. Xəyalpərəstin isə sevgisi gerçək idi. Nastenka onu yox kimi bir kənara qoysa da,onun haqqında tək bir pis fikir düşünmək bir yana,hətta yeni həyatında sadəcə xoşbəxt olmasını dilədi.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201973,8bin okunma
Reklam
150 syf.
8/10 puan verdi
·
14 günde okudu
N.Makiavelli və "THE PRINCE" (Hökmdar) əsəri.
Monarxiyaların olmadığı bir dövrdə Makiavellinin Hökmdar əsəri nə qədər vacibdir? Nikolo Makiavelli 15,16- cı əsrlərdə yaşamışdır. Yaşadığı dövrdə öz dövləti də daxil olmaqla monarxiyaların sayı çox idi, və onun “Hökmdar” əsəri həmin dövr üçün olduqca əhəmiyyətli idi. Bəs indi necə, Makiavellinin “ Hökmdar” əsəri nə qədər vacibdir ? Makiavellini
Hökmdar
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201814,7bin okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
İlk manga oxuyuşum idi. Çox sevdim, mükəmməl bir şeydi. Hekayə Cross Akademisində başlayır. Akademidə həm vampirlər, həm də normal insanlar oxuyur. Vampirlər əsasən gecəcilərdir, onlar gecələr dərslərə qatılırlar, gündüzcülər isə normal insanlar olur. Lakin gecəcilərin vampirlər olduğu sirr kimi saxlanılır. Gündüzcülərdən iki tələbə bu sirri gizlətmək üçün çalışırlar. Yuki və Zero. Ancaq iş orasındadır ki, ailəsi vampirlər tərəfindən qətlə yetirilən Zero vampirlərə qarşı böyük nifrət hissi bəsləyir. Bununla yanaşı Zeronun hər kəsdən gizlətdiyi bir sirri var...
Vampire Knight, Vol. 1
Vampire Knight, Vol. 1Matsuri Hino · VIZ Media: Shojo Beat · 2011448 okunma
104 syf.
·
Puan vermedi
·
22 saatte okudu
Bəyaz Gecələr
Baş qəhrəmanımız xəyalları ilə yaşayan və bundan zövq alan biridir. Lakin bir gecə gördüyü bir qadına vurulur və artıq onunla birgə xəyallarda yox reallıqda yaşamaq istəyir. Qadına aşiq olduğunu qəbul etmək istəməsə də nəhayət bunu özünə və ona etiraf edir. Və sonda sevgisi qarşılıqsız qalır... Kaş belə bitməsə idi...
Bəyaz Gecələr
Bəyaz Gecələr
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201973,8bin okunma
420 syf.
9/10 puan verdi
Çox gözəl bir kitab idi. Bir qadının yaşadığı çətinliklərdən danışan bir kitabdı.O qədər çətinliyə rəğmən hər şeyin üstəsindən gələnən bir güclü qadından qanının nə qədər güclü oluğunu iləri sürü. Qadın istəsə hər şeyin üstəsindən gələr təki qadın istəsin....) Oxumanızı tövsiyyə edirəm..♡
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,531 okunma
116 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.