Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
480 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
"Oğuz Atay, iyi olan her şeydi. İyiliğe ilişkin her şey."
İncələmə deməyək də, Oğuz Ataya və əsərlərinə olan hislərimin ifadəsi deyək:D Kitaba başlamağım biraz ani oldu. Həmişə bir kitabı oxuyarkən bundan sonra hansı kitaba başlayacağıma qərar verib elə oxumağa başlayıram. Bu dəfə ən yaxın dostumun mənə bu kitabı hədiyyə eləməsi ilə bir Oğuz Atay kitabının rəfdə gözləməsinə dayana bilmədim və dərhal
Tehlikeli Oyunlar
Tehlikeli OyunlarOğuz Atay · İletişim Yayıncılık · 202231bin okunma
150 syf.
8/10 puan verdi
·
14 günde okudu
N.Makiavelli və "THE PRINCE" (Hökmdar) əsəri.
Monarxiyaların olmadığı bir dövrdə Makiavellinin Hökmdar əsəri nə qədər vacibdir? Nikolo Makiavelli 15,16- cı əsrlərdə yaşamışdır. Yaşadığı dövrdə öz dövləti də daxil olmaqla monarxiyaların sayı çox idi, və onun “Hökmdar” əsəri həmin dövr üçün olduqca əhəmiyyətli idi. Bəs indi necə, Makiavellinin “ Hökmdar” əsəri nə qədər vacibdir ? Makiavellini
Hökmdar
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201814,7bin okunma
Reklam
345 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Bu kitab həssas qəlblər üçün cəhənnəmdir"(Spoiler)
Bu kitab insanı ağladır.. Çox rast gəlinən bir haldır ki, oxuduğumuz əsərlərdə hansısa obrazın həyatında nəsə bir kədərli hadisə baş versin, biz də oxuyaq, bəzən biz də kədərlənək. Fəqət Ovod.. Əmin olun ki, bu kitabı oxumaqla kifayətlənməyəcək, Ovodun hiss etdiyi dərin acıları, çarəsizliyi, sevgini bəzən cəsarəti siz də hiss edib,
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,829 okunma
112 syf.
·
Puan vermedi
Dostayevskinin maraqlı əsərlərindən biri .Oxumaq həqiqətən zövq verən bir əsər idi. Obrazları ayrı ayrılıqda təhlil edəcək olsam:Baş qəhrəman olduqca xəyalpərəstdir. Həqiqətən əsər boyu onun saf duyğuları hiss olunur. Nastya ilə olan münasibəti o qədər səmimidir ki , insana xoş duyğular aşılayır. Nastyaya qarşı hisləri yaransa da bunları gizlətməyi bacarır , heç bir qarşılıq gözləmədən ona mənəvi yardım göstərir. Nastya əsərin əvvəlində baş qəhrəmana ona qarşı nəsə hiss etməməsini demişdi, lakin sonda əslində qəlbində keçmiş sevgilisi olduğu halda baş qəhrəmanın sevgisinə cavab verir.Bu baş qəhrəman üçün həyatındakı ən böyük ümid idi. Lakin Nastya müəyyən qədər eqoist xarakterdir düzdür bəzən onu başa düşmək olar ,ancaq sadəcə özünü öz xoşbəxtliyini düşünməsi heç də haqq qazandırılacaq xüsusiyyətlər deyil. Bir anda baş qəhrəmana sevgi etirafı edib onu zirvələrə çıxardıb , böyük xoşbəxtlik vəd edib , keçmiş sevgisini gördüyü anda onu tərk etməsi olduqca təsirli səhnədir.Bütün bunlara baxmayaraq baş qəhrəman Nastyanı bağışlayır ,hətta onu sevməyə davam edir. Əsər boyu baş qəhrəmanın nə qədər fədakar olduğunu görürük və sondakı bu addımı belə nə qədər fədakar olduğunu deməyə yetir. Ümumilikdə gözəl əsərdir, oxunmağa dəyəcək əsərdir. Və deyə bilərəm ki reallığı göstərən əsərdir.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 202374,2bin okunma
416 syf.
·
Puan vermedi
·
5 günde okudu
Spoiler var!
"Mənim Payım" əsəri İranda baş verən hadisələrin cərəyan etdiyi zamandan bəhs edir. Əsər olduqca təsirlidir. Əsərin ilk səhifələrini oxuduqca hiddətlənirdim. Çünki yenə bir gənc yeniyetmə qız öz rızası olmadan evləndirilir, həyatdan gözlədiyi xoşbəxtliklər onun əlindən alınırdı. Əsərdəki Qadın qəhrəmanımız Məsumə həqiqətən də Qəhrəman
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20231,541 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
•Qarmaqarışıq.
Salam,1K ailəsi. Az öncə bitirdiyim kitabın incələməsiylə gəldim. Kitabı ilk oxuyanlardan, ilk incələmə yazanlardan olmaq mənim üçün sevindiricidir. Kitaba gəldikdə isə yazarın ilk kitabı olmasını və gənc olmasını nəzərə alsaq uğurlu yazılmışdı. Mövzusu maraqlı və düşündürücü idi. Kitabda günümüzün aktual mövzularına toxunulması ayrıca təqdirə layiqdir. Özəlliklə günümüzdə müəllimlərin şagirdlərlə davranışının, məktəbə elm,savad öyrənib gələcək qurmaq üçün yox, dələduzluq etmək üçün gedənlərin,sevgi adı altında hər cür iyrənclik edənlərin,xüsusi orqanların hər zaman öz işlərinə laqeyd yanaşmasının tənqid olunmasını bəyəndim. Hər hadisənin arxasınca müəllifin fikirləri,iradı mənim üçün bəyənilən oldu. Yazar obrazların hiss və duyğularını oxucuya ustalıqla çatdırıb.Kitabı oxuduqca yenidən əmin oldum, gerçək dost deyə bir şey yoxdur. Hər kəs özünü,öz mənfəətini düşünür. Neçə il dostum deyib,arxalandığın insan gün gələr gözünü belə qırpmadan sənə ən ağır zərbəni vurar. Oxumaq istəyənə tövsiyyə edirəm,peşman olmazsız.Ümid edirəm kitab layiq olduğu dəyəri görər. İncələmə bura qədər. Vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm. Xoş oxumalar kitabla qalın...
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024109 okunma
Reklam
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Nastenkanı qınama, o bir yeniyetmə idi!
Fyodor Dostoyevski həqiqətən qəlbə toxuna bilməyi bacarır da. Şablon sözlərdən istifadə edib təhlil etməyəcəm. Nastenkanı qınayanlar olsada, mən qınaya bilmədim. Çünki Nastenkanın 10 sözündən 9-u elə kirayəşin idi, xəyalpərəstlə elə ancaq onun haqqında, ona olan məhəbbəti haqqında danışırdı. Xəyalpərəstin sanki bəxtinə elə təklik yazılıbmış. Nastenka da yeniyetmə qız idi, elə bu səbəbə görə də Nastenkanın "ümidverici" sözlərinə, vədlərinə inanmırdım, insan gənc olanda fikirləri çox tez dəyişir, nəyin ki, yeniyetmə olduqda. Nastenka kaş sonda xəyalpərəstə vədlər verməzdi, yoxsa hər şey əla gedirdi, amma bunuda Nastenkanın uşağlığına bağışladım))). Yeniyetməlik dövründə olur belə şeylər. Dostoyevskinin qələmini çox sevdim, elə yazırki sanki onu mən yaşayırmışam kimi hiss edirəm, amma Tolstoyun kitablarında elə olmadı, ona görə yarım buraxdım. Amma sonra Xəyalpərəstə də acımadım, çünki o xəyallarında həmişə xoşbəxt idi, bəlkə də elə onu yaşadan onun sevgi dolu xəyalları idi. Spoyler ola bilər! Amma bundan daha pisini yaşayan elə yeniyetmələr var ki, onlar qərarlarında daha ağıllı davranırlar. Amma təbii ki, bunu hər adam bacarmaz. Nənəsinin bu hərəkətinə görə kim zərər çəkmiş oldu sonda? Xəyalpərəst((. Məncə Nastenka kirayəşini də sevmirdi, sadəcə sancaqlı qalmış balaca otaqdan canını qurtarmaq istəyirdi, buna vasitə kimidə kirayəşini görmüşdü, bilmirəm bəlkə də həqiqətən sevirdi, amma Nastenkanın sevgisi həqiqi olsaydı ondan sonra elə Xəyalpərəstə verdiyi vədi tutardı.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201974,2bin okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Kitaba arxa cəbhədən baxış
Salam 1k oxuyucuları! İlk dəfədir ki, bir incələmənin məsuliyyəti var çiyinlərimdə. 44 günlük Vətən müharibəsini özündə qismən də olsa əks etdirən bir kitaba qazi bacısı olarak incələmə yazmaq o qədər də asan deyil. Əvvəlcə o günlərə bir nəzər yetirmək istəyirəm. 27 Sentyabr, zəfərə gedən yolun ilk addımı atıldığının elan olunduğu günə gözümü
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0143 okunma
285 syf.
9/10 puan verdi
Güvən... Bu həyatdakı ən çətin şeydir bəlkədə...
Salam, əziz 1000kitap ailəsi. Sizinlə ilk başlarda oxumaqda çox qərarsız qaldığım bir kitabın incələməsini bölüşəcəm. Doğrusu, ilk dəfədir hansısa kitabı oxuyub oxumamaqda qərarsız qaldım. Bu qədər qərarsız qalmağımın səbəbi isə kitabın mənə elə çoxda bir şey qatacağını düşünmədiyimdən idi. Bunun da səbəbi, kitaba qarşı olan yersiz önyargım idi.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024109 okunma
285 syf.
7/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Düşündüyümdən daha yaxşı idi
Hərşey 4 yaxın dostun olduğu məktəbdən qızların qaçırılması ilə başladı.Daha sonra isə məsələ gözlənilməz bir yerə doğru getdi.Bizə dost dediklərimizdən gələ biləcək xəyanəti göstərdi. İlk başda deyim,əsər maraqlıdı.Ən çox sevdiyim hissəsidə günümüzün məsələləri haqqında maraqlı cümlələrin olması idi.İlk başlarda normal maraqlı, ortalarda mənə görə marağın itirsə də son 50 səhifəyə yaxın çox maraqlı olmağa başladı.Hətta dayana bilməyib sonun öyrənmək üçün uni.də dərslərdə də oxumağa başladım. Dedektif janr olduğundan hadisələrin reallığın çoxda sorğulamaq istəmirəm. Həmişə ki,şüarım ölkəmizdə yeni ədəbiyyatın inkişafı üçün biz gənclər oxumalı və dəstək olmalıyıq.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024109 okunma
Reklam
109 syf.
9/10 puan verdi
·
11 saatte okudu
Yenə bir Dostoyevski əsəri oxumağın xoşbəxtliyini yaşadım. Dostoyevskinin bu əsəri çox da irihəcmli bir əsər deyildi, lakin hər zamanki kimi oxucunu özünə çəkirdi. İndi isə bir az əsərdən danışım: Dostoyevski əsas qəhrəmanımıza bir ad verməyib və əsər qəhrəmanın dilindən nəql olunur. Bu qəhrəmanımız bir xəyalpərəstdir, yəni gerçək dünyadan daha çox öz xəyal dünyasında yaşayır. Heç kəslə əlaqəyə girmədiyi halda Nastenka adlı bir qızla tanış olur. "bazen insanlara sadece bizimle yaşadıkları için minnet duymaz mıyız?" Hər ikisinin özlərinə məxsus, yalnız olduqları dünyaları var. Əsərdə də onların dörd gecə boyunca danışmaları göstərilir. Qəhrəmanımız bu gecələri "bəyaz gecələr" adlandırır. Əsər haqqında bir az spoiler verdim, buna görə daha da çox spoiler vermək istəmirəm. Sadəcə olaraq, onu deyə bilərəm ki, əsərin sonu heç də gözlədiyim kimi olmadı. "Gecelerim bir sabahla sona erdi." Sonunda böyük bir təəccüb hissi yaşadım. Bunu deyə bilərəm ki, əsər bir az üzüntü içerir. Kitabı tövsiyyə edirəmmi? - Mütləq.. Bir Dostoyevski fanatı olaraq hər kəsin oxumasını məsləhət görərdim. Kitaba puanım: 9/10 "Neden en iyi insanlar bile diğerlerinden bir şeyler saklıyorlar ve onları bir şeyden mahrum bırakıyor gibi görünüyorlar?.."
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Ren Kitap · 202074,2bin okunma
72 syf.
7/10 puan verdi
·
7 saatte okudu
Nikolay Gogol
Nikolayın fərqli tərzi var, bu əsəri 3cü şəxs dilindən deyil də, daha çox dost kimi üzbəüz, sizə nəyisə nəql edirmiş kimi təəssürat yaratdı. Fərqli bir yazarla tanış oldum, kitabın bir yerində: "indi ki bu dərzinin arvadının adını çəkdik gərək ki, ona da 1-2 söz deyək" hissəsində gülümsədim. Yəqin ki, mənim kimi çoxları da
Şinel
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201836,9bin okunma
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
şəxsi inkişaf kitabı deyil, amma 1000 şəxsi inkişaf kitabına bərabərdir
Bu kitab vaxt öldürmək üçün oxunacaq kitab deyil, bu kitab elə-belə oxunulub kənara qoyulacaq kitab deyil. Bir sözlə bu kitab elə-belə kitab deyil. Kitabda əvvəllər "Bataqlıqlar ölkəsi" olan Finlandiyanın necə "Ağ Zanbaqlar Ölkəsi"nə çevrilməsindən bəhs edir. Yazıçı Qriqori Petrovun ən məşhur əsəridir. Bu əsəri müəllif XIX
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Fabula · 202199,3bin okunma
119 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.