Bir qadının həyatından 24 saat

Stefan Zweig

Yorumlar ve İncelemeler

Tümünü Gör
80 syf.
6/10 puan verdi
Stefan Svayq-"Bir qadının həyatından 24 saat əvvəl" Yazardan oxuduğum 5-ci kitab oldu.Ahhh bu yazarın qadın hisslərinə,duyğularına bələd olmasına heyranam.Yazar elə ustalıqla bunları qələmə alırki,heyran olmamaq mümkün deyil.Kitabı bəyəndimmi?bəyəndim oxumağıma da peşman deyiləm.Yazardan oxumağa davam Kitabın mövzusu Əsər müxtəlif millətlərdə ibarət pansionatda evli bir xanımın erini və uşaqlarını ataraq,bir günlük tanıdığı oğlanla qaçması ilə başlayır.Ingilis xanım Missis K. bu hadisə ilə özünün 25 il əvvəl yaşadığı hadisə yadına düşür və pansionatda qalan bir nəfərə danışır.Missis K. orta yaşlarında ikən 2 uşaqla dul qalır və gününü ölkələrə gəzib-dolaşmaqla keçirir.Bir gün əri ilə getdiyi qumarxanada qumar oynayan gənc yaşlı bir oğlan onun diqqətini çəkir.Oğlan oyunu uduzub skamyda intahar etmə dərəcəsinə çatdığını görən Missis K. ona yardım etməyi,qalacaq yer tutmağı bir sözlə oğlanı intahar etməkdən danışındırmaq fikrinə düşür.Oğlani qalmaq üçün otelə aparır,səhərisi gün ona ölkəni tərk edib getməsi və bilet alması üçün pul verir.Missis K. oğlanla bir gün gəzir,söhbət edir və içində bir hiss yaranır.Oğlanla bir gedib onunla daim bir olmaq.Lakin Missis K. qatara gecikir və sonra nə baş verir?Bunu oxusanız özünüz görəcəksiniz
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0128bin okunma
Reklam
53 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
İnsan təbiətinə xass olan saf duyğular nəticəsində yaşadığımız elə anlar olub ki, uzun müddət iradlardan və qınaq obyekti olmaqdan çəkinərək heç kimə deməyə curət etməmişik. Bəs başımıza gələnləri artıq qorxmadan, heç bir mühakiməyə məruz qalmadan danışa biləcəyimiz bir insanla qarşılaşsaydıq? Bəs onda necə? Nə hisslər keçirdərdik? Hekayədə cəmi 24 saatı əhatə edən, yaşadığı dəhşətli hadisənin üzərindən artıq 20 il keçmiş 67 yaşlı Missis K.-nin dilindən bu duyğuların izahının aydın şahidi oluruq! "Mən qayğısız keçirdiyim o qırx ilə nisbətən bu on saatlıq həyatımdan daha çox şey öyrəndim..."
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0128bin okunma
112 syf.
7/10 puan verdi
·
3 günde okudu
Saf bir qadının həyatında qarşılaşdığı qəddar bir gündən bəhs edən bu əsər bəzi insanların içində olan caniliyi və bir yaşıl qumar masasının insan həyatını necə dəyişdiyini aydın və güclü şəkildə təsvir edir. O qadının kömək etmək istəyindən başqa heç bir səhvi olmamışdı. Sadəcə saf hisslərinin əsiri oldu bu xanım. Yarı təsirli bir əsər demək olar. Dünya ədəbiyyatından gözəl bir hissədir. Oxuya bilərsiniz..
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0128bin okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.