Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Bu Şəhərdə Kimsə Yoxdur

Rövşen Abdullaoğlu

Yorumlar ve İncelemeler

Tümünü Gör
376 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Hər kəsə salam. Rövşən Abdullaoğlunun qələmə aldığı "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı həyata çox fərqli baxışları olan 2 nəfərin qarşılaşması ilə başladı. Başlayan zaman öz-özümə düşünürdüm axı bu kitab niyə bu qədər sevilir. Və oxuduqdan sonra buna tam əminliklə cavab tapdım. Villi- həyatı uşaqlıq vaxtlarından bəri çətinliklə keçən, hal-hazırda isə ailəsi olmağına baxmayaraq, həyatdan üz döndərən bir gəncdir. Visam-isə onun əksinə. Bu qədər çətinlik yaşamağına baxmayaraq, ən ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, həyata nikbin gözlə baxan biridir. Və Visamın Villinin həyatına daxil olması ilə bir ailənin həyatı tamam dəyişir. Əsər o qədər gözəl yazılıb ki. Bəzi hissələrdə göz yaşlarımı artıq saxlaya bilmədim. Əsərin mənə qatdıqları çoxdur. Ən əsası insanın hər gününə şükür etməyi, günləri sanki son günü imiş kimi doya-doya yaşamağı və ən əsası ailəmin dəyərini bilməyi öyrətdi. Oxuyacaq olanlara xoş mütaliələr. 10/10
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
Reklam
376 syf.
10/10 puan verdi
·
6 günde okudu
Bu şəhərdə kimsə yoxdur?
Bir kitabında belə sonuna gəldik. Yazarın qələmindən oxuduğum ilk kitabdır. Kitab məndə dərin bir iz qoydu. Əminəmki oxuyan hər bir gənc bu kitabda özünü görəcək.Baş obrazlar Villi və Vissamdı. Elə həyatdada insanlar iki yerə ayrılır Villilər və Visamlar.....Bu şəhərdə kimsə yoxdur! Bizi anlayan dərdimizi bölüşəcəyimiz kimsə yoxdur. Kimisi Villi
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
Rövşən Abdullaoğlunun qələmindən oxuduğum ilk əsər idi. Ümumi olaraq bəyəndim, sadəcə dini ideyalara, fikirlərə həddindən çox yer verildiyi üçün sıxdı həmin hissələr məni. Amma fikirlər maraqsız idi deyə yox, sadəcə həddən çox olduğuna görə. Lakin Visam və Villi arasındakı dostluq o qədər təsir etdi ki mənə, anlamaq üçün kitabı mütləq oxumalısınız. İnsanın son aylarını, günlərini yaşaması, amma buna baxmayaraq başqa bir insanı həyata bağlamaq üçün son nəfəsinə qədər çırpınmaq...Əsəri oxuduqdan sonra üz qabığındakı şəklin nə məna ifadə etdiyini çox yaxşı başa düşəcəksiniz.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
8/10 puan verdi
·
Beğendi
·
45 günde okudu
Həyatımız bir insanla dəyişə bilər təsadüflərə inanın.
Müəllifin ikinci kitabı idi oxdum. Kitab real həyatdan yazılıb.Əvvəlləri bir az sıxıcı ola bilər ancaq sona doğru axıcı şəkildə davam edir. Həyata çox fərqli baxan iki nəfərin Anderson xəstəxanasında tanış olması ilə başladı. Özünü dəyərsiz bilən keçmiş Amerikan futbol oyunçusu olan Villinin həyatı ailəsnə görə çox dəyişir. Hər zaman ailəsinin sevgisini və diqqətini gözləyirdi. Ancaq gözlənilən sevgini ailəsi heç cür ona vermirdi. Nəticədə öz dünyasına çəkilir illər keçir öz ailəsini qurur ancaq heç cür xoşbəxt ola bilmir. Hər şeyə negatif tərfindən baxır. Təsadüfən həyatına daxil olan Visam, Villinin həyatına toxunuşlar edir. Visam gənc yaşlarında xərçəng xəstəliyinə tutulduğu üçün Anderson xəstəxanasında müalicə alır. Ölüm döşəyində olan gənc hər zaman gülərüzlü və hər kəslə mehriban olur. Villi ilə dostluqları Anderson xəstəxanasında başlayır. Visamın düşüncələri çox fərqli idi. Onun sayəsində Villinin həyatı kökündən dəyişir insanlara güvəni yenidən qazanır, özünü daha dəyərli görməyə başlıyır. Aralarındakı bağ onları daha çox bir- birinə bağlayır. Kitab əsasən xərçəng xəstəliyi ilə mübarizə aparmaq, həyatda baş vermiş çətin anlar və hər nə olursa olsun heç bir zaman ümidini itirməmək lazım olduğunu xatırladır . Bəzən həyatımız bir insanla dəyişə bilər təsadüflərə inanın. Və nə olursa ümidinizi itirməyin. Öz “mələyi” ilə qarşı­laşmadan heç kəs bu həyatı tərk etməz. Xoşbəxt olmaq üçün on saniyə yetərdi.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
Reklam
376 syf.
10/10 puan verdi
·
4 günde okudu
Villi əvvəllər tanınmış amerikan futbolçusu indilərdə isə Anderson onkoloji xəstəxanasında xidmətçi personalıdır. Ailəsi ilə yaşadığı sıxıntılar onun futboldan ayrılmasına, insanlara güvənməməsinə və içinə qapanıq biri olmağına səbəb olmuşdur. Bir gün Anderson xəstəxanasının mələklər şöbəsinə gələn Livanlı Visam ilə tanışmağı bütün həyatını dəyişdirir. Xərçəng xəstəsi olan Visam yaşadığı bütün çətinliklərə baxmayaraq həyat dolu və ətrafına xoşbəxtlik saçan bir gəncdir. Kitabda ailə münasibətləri, dostluq, inanc o qədər gözəl qələmə alınıb ki, tək kəliməylə möhtəşəmdi. Eyni zamanda Villi və Visamın ailələrinin də hekayəsini oxuyuruq. Əsasən də Visamın ailəsinin hekayəsini oxuyarkən qəlbim parçalandı. Kitabda həmçinin Con Braun, Angerran de Marini, Mariya Antuannetta və s. kimi tanınmış şəxslər haqqında məlumat, Saydanın tarixi və bir çox maarifləndirici hədislərə də yer verilib. Fərqli aspektlərdən baxacağımız və həyatı sorğulayacağımız ümid dolu bir hekayə.. Visam ruhumda çiçək açdıran o qədər möhtəşəm bir personajdır ki, mənim nəinki qəlbimdə hər zaman ruhumda da yaşayacaq. · ⋆
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
10/10 puan verdi
·
10 günde okudu
Kaş ki,daha öncədən bu kitabı oxumuş olsaydım... Roman Rövşən Abdullaoğlunun oxuduğum ilk əsəridir.Əsəri oxuduqca sözlərlə ifadə edə bilməyəcəyim həm ağrılı,həm xoş hisslər keçirdim.22illik həyatımda yaşadıqlarımdan bir parça tapdım bu kitabda.Özümə qarşı etdiyim haqsızlıqlar məni çox düşündürdü.Bir vaxtlar həyata,dünyaya,insanlara qarşı başqa cür düşünən mən,bu kitabı oxuyub bitirməklə sanki fərqli biri oldum.Həyata Visam kimilərin gözü ilə baxmağı öyrəndim.Anladım ki,bu həyatda yaşadığımız heç nə,tanışdığımız heç kim təsadüf deyil.Bunlar olmalı imiş deyə olub. Həqiqətən əlimdə şans olsaydı qapı qapı gəzib hər kəsin bu kitabı oxumağını istəyərdim.Bəlkə də bu əsər həyatdan tamamilə əlini üzmüş,zərrə ümidi qalmayanlara bir işıq olardı düşüncəsi ilə
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
6/10 puan verdi
·
20 günde okudu
"Bu şəhərdə kimsə yoxdur ?!"
Bu şəhərdə kimsə yoxdur ?! Məncə var. Bu şəhər bir-birindən gözəl insanlarla doludur. Sadəcə ətrafımıza baxmalıyıq, yeni insanlar tanımalıyıq. Hər birimizin həyatını dəyişəcək bir mələk mütləq olacaqdır. Bu bəzən bir insan olar bəzən də bir kitab. Biz Visamdan nə olursa olsun pozitif olmağı həyatın çətinlikləri ilə mübarizə aparmağı öyrənirik. Visamın Villiyə öyrətdiyi ən əsas şeylərdən biri də bizim sevinmək üçün xoşbəxt olmağımız üçün hər zaman bir səbəbimiz var. Sevdiklərimizin qədrini vaxtında bilməliyik necə ki Helen öz qayğısını oğlu Villidən əsirgədi və bir ömür peşmanlıqla yaşayıb öldü. Biz Visamın və ailəsinin timsalınnda insanın bir inanca necə sadiq qala biləcəyini gördük. Qazi Bədr öz doğru bildiyi yolda oğlunu qurban verdi. Heç nəyə zahirə əsasən hökm vermək olmaz. İnsanları insan edən onların dinləri və məzhəbləri deyil mənəviyyatlarıdır. Həyata ümidlə baxdığımız anda həyat bizim üçün yeni qapılar açacaq. Amma İnsan bağlı qapılara o qədər baxır ki üzünə açılmış qapıları görmür. Visam kimi acınacaqlı bir həyat yaşamış xəstə bir gənc həyata bu qədər nikbin baxarkən xırda problemlərimizə görə bizim bu qədər üsyan etməyə sizcə haqqımız varmı?
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
10/10 puan verdi
·
14 günde okudu
Ölmədən öncə mütləq oxunmalı kitablardan
İlk öncə onu qeyd etməliyəm ki, bu müəllifin oxuduğum ilk əsəridir. Uzun müddətdir ki, oxumağı planlaşdırdığım, amma heç cürə başlaya bilmədiyim kitablardan biri idi. Düzünü desəm, oxumağa başlamamışdan kitaba qarşı gözləntilərim çox böyük idi. Amma kitabın ilk səhifələrindəki sabit süjet xətti, təkrarlanan eyni məzmunlu dialoqlar ürəyimi sıxmağa başlamışdı deyə heç cürə davam edə bilmirdim. Lakin oxuduqca adam fərqinə varır ki, oxumadığı üçün çox şey itirib. Əsərin süjet xətti geniş olmasa da müəllif sitatlarını və sözlərini elə peşakarlıqla seçib ki, obrazlar tam aydın şəkildə insanın beynində canlanır. Ailə sevgisindən məhrum olanların, yaxınlarını itirərək psixoloji sarsıntılar keçirənlərin, həyata qarşı üsyan edərək ümidsizliyə qapılanların, həyatın monotonluğundan şikayət edənlərin mütləq oxuması lazım olan kitabdır məncə. Kitabın sonunun əvvəlcədən təsəvvür oluna bilən olmasına baxmayaraq oxucular sanki kitabı oxuduqca obrazlarla birlikdə yaşayırlar olanları və sözlərin elə həssalıqla seçilməsi istəmsizcə də olsa onları gözyaşlarına qərq edir. Və əminəm ki, bundan sonra da müəllifin digər əsərlərini də oxumağa davam edəcəm.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
Reklam
343 syf.
7/10 puan verdi
·
8 günde okudu
Yenə Rövşən Abdullaoğlu və yenə oxşar ssenari. Paralel olaraq iki həyat hekayəsindən bəhs etmiş bir roman. Nə qədər sarsıdıcı, məlumat və ibrət dolu, bir çoxları üçün örnək həyatlar olsalar da mənə maraqsız gəlmişdi. Əsərin çox yerlərində yazarın daha öncəki kitablarından oxşar yazılar, məlumatlar, anlayışlar, izahlar gördüm. Dialoqların arasına yeridilmiş psixoloji məqalələrə, dini əhvalatlara sırf öncəki kitablarda olmasa da fərqli yerlərdə rast gəlmişdim. Nə qədər maraqlı ssenari olsa da bu maddələrə əsasən monoton bir kitab kimi gəldi. Və fikrimcə bu kitaba yazıçı ilə tanışlıq olaraq başlamaq daha yaxşı olar. Fərdi inkişaf kitablarını sonraya da saxlamaq mümkündür ki, mən o kitablarda elə də məna görmürəm, sadəcə həyatdolu sitatlardan ibarət kitablardır. Ondansa həmin şeylərin də içində olduğu bir romanı oxumaq daha mənalıdır, məsələn "Bu şəhərdə kimsə yoxdur?"
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
10/10 puan verdi
·
Beğendi
Oxuduğum ən gözəl kitabdır deyə bilərəm . Belə ki əvvəl ən sevdiyim kitab Rövşən Abdullaoğlunun "relslər üzərində uzanan adam" kitabı idi . Düşünürəm ki Rövşən Abdullaoğlu var olduqca onun kitabları qəlbimizi fəth etməkdə davam edəcək . Kitabı oxuduqca bir daha başa düşdüm ki insanın ailəsi onun həyatında böyük rol oynayır və bir daha əmin oluruq ki ailənin işlədiyi günahlar bir zaman onun evladlarını tapır. Bu kitabı hər kəsə tövsiyə edirəm . dostluq , ailə münasibətləri çox gözəl təsvir edilmişdir . bundan əlavə kitab gələcəyə ümidlə baxılmasını , dərdin və kədərin olmasına rəğmən həyatda qalmaq və mübarizə aparmağı aşılayır.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə Yoxdur
.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
10/10 puan verdi
·
Beğendi
·
38 günde okudu
Düşüncəmdə, həyata baxışımda kökdən, ciddi dəyişiklik edən kitab... Ən kiçikdən, ən böyüyə bütüb obrazlar yol göstərən dostum oldular , oxuduğum müddət ərzində. Hər birimizin həyatında, evində yaşananları müəllif ustalıqla qələmə alaraq bizə, sanki güzgü tutmaq istəyib. Səhv edirsən– demədən səhvlərimizi bizə gösərmək istəyib, yarqılamadan öz əməllərimizi tərəziyə qoymağa bizi vadar edib. Hər kəsin alacağı dərsi öz ixtiyarına verib. Dostluğun, sevginin, ailədə sədaqət və güvənin, gələcəyə ümid və inamın insan üçün çox güclü məfhumlar olduğunu, onlarsız özümüzü tənha hiss etdiyimizi Visamın timsalında yazıçı psixoloq özü bizə çatdırıb. Zaman-zaman özümü Villi obrazına çox bənzətdim. Hətta dünyasını dəyişən valideynlərimdən bitib-tükənməyən gözləntilərimin , məni də o yolla gedən valideyn olmağa vadar etdiyini aydın dərk etdim. Düşündürücü yöndən o qədər çoxşaxəli mövzuya malik əsərdir ki, nəticə çıxarmaq üçün yalnız oxumaq lazımdır– deyə düşünürəm.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
·
Puan vermedi
·
3 günde okudu
Sən, mən, bir də bu şəhər…
“Bu şəhərdə kimsə yoxdur, milyonlar arasında sən təksən” deyir ömrünün sonlarına çatmış bir qoca… Üzücüdür… Bir ömür bitirmisən, amma sənə görə səni anlayan, yanında olacaq, çiyninə söynəkib güc alacağın, yorulanda ağlayıb sarılacağın biri yoxdur. Bəs nədir buna səbəb ? İnsanlarmı? Ya bizmi? Bəzən o qədər sərt divarlar hörürük ki ətrafımıza pisdən qorunmaq istəyəndə yaxşını da itiririk. Sonra isə bu şəhərdə kimsə yoxdur deyirik. Bəhanələrə sığınıb özünü aldatmaq asandır. Çətin olan o divarları aşıb başqa bir həyatın var olduğuna inanıb daha yaxşı bir gələcək üçün çalışmaqdır. Villi həyatı boyu bunu edə bilməmişdi. Keçmişinə, həyatın ondan aldıqlarına bağlı qalıb, ona verilənləri görə bilmirdi. Düşünürdü ki, bu həyata gəlməyi elə ən böyük günahdı. Özünü sevməsən heç kimi sevə bilməzsən. Ata və ana sevgisindən məhrum qalmış Villidən nə gözləmək olardı ki? Sağalmamış uşaqlar sağlam olmayan ailə başçısı olur. Elə məsələ bu idi ki, Villi öz travmalarını ailəsinə yansıdıb xoşbəxt ola bilmirdi. Bəzən bir sözlə, bəzən bir baxışla, bəzən bir insanla həyatımız dəyişir. Villi bir gün Anderson xəstəxanasında Visam adlı ağciyər xərçəngi olan xəstəylə tanış olduqdan sonra onun həyatı tamamilə dəyişir. Öləcəyini bilərək yaşayan gənc ətrafındakı hər kəsin həyatına toxunur. Visamla dost olan, bir tək onu yaxınına buraxan Villi dünyaya başqa gözlə baxmağı ondan öyrənir… Xoş mütaliələr.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
376 syf.
·
Puan vermedi
Tanrı bizim ruhumuzu büsbütün əhatə edib.
"Hamı gizli, həm də hiss olunacaq qədər aşkar bir qüvvənin daim ona nəzarət etdiyini, onu izlədiyini, heç bir zaman tək buraxmadığını hiss edir, Villi. Ruhumuz gecələrin zülmətində, ən ağır tənhalıqda belə tək olmadığını, onunla daim birgə olan varlığın isti və mehriban nəfəsini hiss edir. Hamı yatanda belə O yatmır. Həmişə... Eşidirsən, Villi? Həmişə bizimlə bərabər olan biri var. Tanrı bizdən ayrı deyil. O, bizim ruhumuzu büsbütün əhatə edib." Uzun zamandır oxumaq istəyib, fürsət tapa bilmədiyim kitabın təsadüfən bu səhifəsi açıldı. Tam da ehtiyacım olduğu zamanlarda nöqtə atışı, sanki suallarıma cavab olan bu kəlmələri yəqin ki, yazıçı da həyatında bir fırtınadan çıxandan sonra təcrübə edib yazıb. Hürufilərin dedikləri ilə səslənən bu fikir-"Tanrı bizim içimizdədir" - məni həyata təkrar bağladı. Həqiqətən Tanrını niyə daim göylərdə məskunlaşan və qorxulması lazım gələn varlıq deyə təsəvvür edirik ki?! O bizi sevir, bizə şah damarımızdan daha yaxındır. Nə xoş Tanrını sevərək ibadət edənlərə...
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,671 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.