"Don Kixot" əsərində bir neçə obraz var ki, həmin obrazlar vasitəsilə biz əsəri tam təhlilə çəkə bilərik.Bu obrazlar elə birinci növbədə "Don Kixot" , " Sanço Panso" dur. Don Kixotla məhvə düçar olan cəngavərliyin bədii sübutunu sezə bilərik.Yəqin ki, Servantes məhz bu əsəri yaratmaqla tam da bunu ifadə etməyə çalışmışdır.Əsər boyu onun başına gələn əhvalatlar, ondan çıxış yolları axtarması ,bununla bərabər Dulsineya ilə xəyali olaraq danışması bir növ daxili dünyasını bizə göstərir. Reallıq və qeyr-realliq vardır.Reallıq Alonso Kixanodursa , onun həyatıdırsa, yaşayışıdısa, qeyri-reallıq Don Kixotun elədikləri ,dəxlisiz çaba göstərmələri, ona aid olmayan işlərə "qarışmasıdır" . Fikrimcə, Servantes də elə bu " özünə aid olmayan işlərə burun soxan" cəngavər nümayəndələrini bir növ əsərlə qamçılayır.Sanço Panso daim ona dəstək durmağa çalışır. Lakin hiss olunur ki, artıq o da Don Kixotun uğursuz hərəkətlərindən yorulmuş vəziyyətdədir.