Stefana olan sevgimin hər kitabda qat-qat artması normaldı? Əsər keçmişdə yaşayanlara həsr olunub, deyə bilərəm. Maraqlıdır, görəsən, həqiqətən, duyğuların qarşısında zaman çarəsizdir? Yoxsa duyğular zaman qarşısında çarəsizdir? Məncə, vəziyyət bunu paradoksa salır. Oxuyarkən görəcəksiniz , onsuz da o paradoksu. Zamandan bəzən bizi sağaltmasını gözlərkən, öldürücü ,ən ağır zərbəni ala bilirik. Stefan , təbii ki, əsərdə bunları həmişəki kimi, çox gözəl şəkildə təsvir edib. Adam resmen bizim adını qoymadığımız, səbəbini anlamadığımız şeyləri belə elə gözəl, aydın və vurucu izah edir ki, qələminə, ruhuna aşiq olmamaq əldə deyil. Gecə-gecə övgüm bu qədər idi , təşəkkürlər :d