"İnsan bazen en imkansız, en çılgın düşünceye, sanki bir şeyler olacakmışcasına öyle bir inanır ki, gerçek olması için olmadık fikirler geçer aklından."
İlk bununla başlayım ki Dostoyevski sevdiyim yazarlardandı. Amma əsrlərində sevmədiyim bir nüans var ki, o da kitab qəhrəmanlarının öz talelərini əllərində saxlaya bilməmələri, üzləşdikləri çətinliklərdən dərhal sonra həyatlarındakı hər şeyi axarına buraxımalarıdır. Digər əsərlərində başa düşmək olar ki, qəhrəmanlar acınacaqlı vəziyyətdə yaşayırlar və hadisələr onlardan asılı olmayaraq yaşanır. Lakin "Qumarbaz" əsərinin baş qəhrəmanı olan Aleksey İvanoviç bu qəhrəmanlar kimi deyil, varlıqlı bir ailənin başçısı olan General üçün işləyir, onun uşaqları üçün müəllimlik edir. Lakin yenə də nə olur olsun Dostoyevski ənənəyə sadiq qalır, Aleksey İvanoviç sevdiyi Polina Aleksandrovnaya bir növ qovuşa bilmir.
Bu vaxta qədər oxuduğum digər əsərindəki kimi Aleksey İvanoviç də zəif iradəli insan idi, elə buna görə də öz taleyinin iplərini əlində saxlaya bilmədi.