Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qış Gecəsi

Salam Qadirzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
286 syf.
·
Puan vermedi
Salam Qədirzadənin əsərlərinin hər birində qəribə bir duyğu var. Yazarın kitablarını hər oxuduğumda kimsə mənə nağıl danışırmış kimi hiss edirəm, mənə bu nağıllarla həyatın bir çox üzləri ilə tanış etmək istəyir.. Və əsərlərinin hər biri bir birinə oxşayır bu dediyim o qəribə duyğudanmı irəli gəlir ya yox bilmirəm. Ama nə də olsa kitabların oxunulacaq səmimi bir havası var. Kitaba gəlincə o qədər xoş olan sadə dillə yazılıb ki, kitabdan danışmağa qalxsam gərək məndə sizə Qış gecəsini nağıl edim :) Sadəcə bunu qeyd edim ki Ceyran üçün üzüldüyüm qədər Mənsurə üçün sevindim. Adil üçün sevindiyim qədər İsa üçün üzüldüm. Sanki hər şey elə belədə olmalı idi.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
Reklam
286 syf.
7/10 puan verdi
·
4 günde okudu
Daha bir axıcı kitab. Düzü, Salam Qədirzadənin qələmi ilə heç tanış olmadığım üçün həmişə onun əsərlərini oxumaq istəmişəm. Maraqlı sujet xətti var. Baş qəhrəman Adilin başına gələnlər, çəkdiyi vicdan əzabları çox gözəl şəkildə təsvir edilib. Oxuyanda bir ailənin necə uçuruma getməsi adama pis təsir edir. Kitabda Adilin ətrafında və həyatında olan qadın obrazlar bir-birilə ziddiyyət təşkil edir. Atasının isə o dərəcədə dəyişməsi Adili sarsıtsa da, fərd kimi yetişməsinə zərər vermədi. Ümumiyyətlə, insanların bir az çətinliyə düşən kimi asan yola əl atması burada da təsvir edilib. Bu yolun da fərsiz olduğu aydın şəkildə göstərilib. Sonluğu lap ürəkaçan oldu. Diləfruzun öhdəsindən kimsə gəlməli idi. Əsərdə sovet təfəkkürü də sezilir. Bəyənmədiyim tərəfi isə bu idi.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
9/10 puan verdi
Bu gün Salam Qədirzadənin “Qış gecəsi” romanından yazmaq istəyirəm. O qədər maraqlı sujet xətti var ki, bəyənməmək mümkün deyil. Bəzi kitablar var ki, real həyatın tam özüdür. Oxuduqca, o real hadisələrin şahidinə çevrilirsən. Xoş olmayan acı reallıqları görürsən. Elə “qış gecəsi” də o kitablardan idi. Roman sovet dövründə yazılıb. Ona görə o dövrün bəzi qayda-qanunları, ideologiyası bu kitabda özünü göstərir. Yeniyetmə gəncin həyatından bəhs edir. İlk səhifələrdə Ceyranın gözlərinin gözəlliyindən bəhs edilir. Sonra isə “qırmızı kirəmitli evdə” baş verən hadisələri oxuyuruq. Adilin həyatı uşaqlıqdan gətirməyib. Anası öləndən sonra atası ikinci dəfə evlənir. Bu qadının gəlişi ilə “qırmızı kirəmitli evdə” hər şey dəyişir, Adilin həyatı alt-üst olur. Adil sevgisindən, atasından, doğma evindən, uzaq düşür. Və bir də övladına laqeyd qalan ata məni təəccübləndirdi. Sanki arvad bu, ər isə Diləfruz idi. O evdə yalnız onun sözü keçə bilərdi. Bir də heç atalıq hissini yaşamayan Saleh müəllim var idi ki, Adilə elə əsl ata qayğısı ilə yanaşırdı. Elə ən çox əsəb keçirdiyim obraz da Diləfruz oldu. Elə bil mələk cildində şeytandır. Yazar necə bir qadın yaradıbsa heç rəhm hissi verməyib ona. Amma sonluq çox əla bitdi. Çox da yazmaq istəmirəm. Daha yaxşı olar siz də bu əsəri oxuyun
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsərin qəhramanları bizdən biridir, bizim kimidilər. Bəzən Adil kimi çox həssas davranıb çox istədiyimiz hər şeydən keçib, sonra peşman oluruq. Bəzən Ceyran kimi unutmaq üçün bir şeylər etsəkdə heç vaxt unutmuruq. Əsər Ceyranın gözləri ilə başlayəb Adilin sözləri ilə bitir; " Görəsən, çağırsam, gələrmi, Ceyran?..." Əsər xoşbəxt sonluqla bitsədə mən bir nisgil duydum.
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
Reklam
286 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Adili qınamağa haqqımız yoxdur! Kim deyə bilər ki, mən sevgilimin ilk görüşünə vaxtından qabaq getməmişəm? Bunu qızların yanında etiraf etməsək də, birinci dəfə görüş yerinə necə getdiyimizi hamımız çox yaxşı xatırlayırıq. O yer, o görüş, o gün edilən söhbətlər insanın həyatında heç vaxt unudulmayacaq ən əziz yer, ən əziz görüş və ən əziz söhbətlər kimi əbədi bir xatirə olaraq qalır. Gəncliyin mənası da o yerdən, o görüşdən, o söhbətlərdən sonra başlayır
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Qış Gecəsi (Salam Qadirzade)
Film kimi əsər. Həqiqətən söz tapmaq olmur. tövsiyə edirəm oxuyun vaxtınız boşa getməyəcək. kiçik yaşlarında anasını itirən Adil, sonralar evə Diləfruz adında ögey anası gəlir. ilk başlarda Adil onun səmimiyətinə inanmır,hətta atasının qəlbini qırmaq istəməsin deyə sakit durur. ilk başlarda Diləfruz, Adil- can deyə- deyə sevsədə sonra Məmməd
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Fəsillərdən bahardır. İki mərtəbəli, qırmızı kirəmitli ev. Evin ikinci mərtəbəsindəki balkondan görünən mənzərə. Nərgiz, Rəhman və balaca Adil çay süfrəsi arxasında. Hüzurun tablolaşmış halı... Kitabın ən çox sevdiyim tərəfi bu oldu: limitsiz təsəvvür. Ötən əsrin 50-ci illərinin Bakısına səyahət etmək necə fərqli hiss etdirir. Bakı bağları,
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
10/10 puan verdi
·
Beğendi
Adil kiçik yaşlarından anasını itirir.. Bir müddət sonra Adilə ögey ana gəlir.. Onun gəlişi ilə "qırmızı kirəmitli ev"-də heçnə əvvəlki kimi olmur... Adil böyüyür həyatında baş verən yeniliklər, dost-tanışla münasibəti, sevgi münasibəti çox çətin olur.. Bunun səbəbi Diləfruz "xanım"-dır, bəli.. Amma necə? O necə bir neçə insanın həyatını puç edə bildi?? Əsərdə ən çox sevdiyim qəhrəman Saleh müəllim və Mənsurə oldu.. Çox az hissədə olmağına baxmayaraq Nərgizi də çox sevdim.. Adilin bəzi hərəkətlərini mənasız olaraq düşündüm, ona hirsləndim bəzən Açıq sözlü olsaydı, ürəyindəkiləri gizlədib özü özünə cəza verməsəydi hərşey daha fərqli ola bilərdi.. Ən çox əsəbləşdiyim isə Diləfruz oldu təbii ki.. Onun tərbiyə etməyə çalışdığı lakin edə bilmədiyi uşaq, öz davranışları, düşüncələri və s. Laloçka haqqında da fikirlərim əlbəttə mənfi oldu, lakin Diləfruz qədər nifrət etmədim ondan.. Ən çıxılmaz vəziyyətdə qalan isə Ceyran və Rəhman idi deyərdim.. Borya, Nataşa və Xalidə də əsl dostluq, sevgi nümunələri idi.. Romanda yazıçı hərdən bir oxucularına müraciət edirdi, öz yazdığına özü fikir bildirir, yeri gələndə öz xatirələrini, həyatından fraqmentləri də əlavə edirdi.. Bu da əsəri daha çox maraqlı edirdi.. Çox çox çox gözəl idi.. ❤
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
Reklam
194 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
" Qış gecəsi " əsərini bəyəndim. Hadisələr olduqca anlaşılan, axıcı bir dillə təsvir olunub. Hər kəsin zövqünə uyğun bir əsər olduğunu düşünürəm......
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
194 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
XX esrin 50-ci illerinde yazilmis "qis gecesi" eseri Azerbaycan edebiyyatinda genis yayilmisdir.Ve bu gune qeder de sevilmektedi.Yazici Salam Qedirzade İkinci Dunya muharibesi dovrunde istirak etmis, yuksek sucaetliyine gore ucuncu dereceli "sohret" ordeni ve 12 medalla teltif olunmus, muharibeden sonra yaradiciligina baslamis ve eserleri ile boyuk oxucu kutlesi qazanmisdir. "Qis gecesi" eserinde iki gencin nakam sevgisinden behs edilir.Huquqsunas olmaq isteyen Adil, evde olan problemlere, qanunsuz alver eden atasi ve ogey anasinin etdiklerine gore sevdiyi qiz Ceyran buna gore onu bagislamaz deyib, onu atib Moskvaya oxumaga gedir.Ve onlarin sevgisi bas tutmur.Adil Ceyrani atib getmeseydi,ne olur olsun sevgisi ugrunda mubarize aparsaydi bele olmazdi...Sonradan elediyine gore pesman olsa da,amma artiq gec idi..."İnsan sevdiyi ugrunda mubarize aparmadisa onda onun yasamaginin ne faydasi..." −Görəsən çağırsam, gələrmi Ceyran?..
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
6/10 puan verdi
·
7 günde okudu
Salam Qədirzadə-Qış gecəsi
Ümumilikdə, əsər baş obraz- Adilin həyatının müəyyən bir dövrünü əhatə edir. Yazıçı Adilin həyatındakı bütün qadınların müxtəlifliyini təsvir etmişdir. Diləfruz - Əks cinsi ələ keçirmək üçün əlindən gələni edib, daha sonra matriarxat hökmü ilə yaşamağa çalışan ərköyün uşaq böyütməyi valideyn vəzifəsi sayan qadın. Rəhman - Əslində pis olan xarakterinin, içindəki mənfi düşüncənin pulun və ətrafındakı insanların təsiri ilə üzə çıxdığı, valideynlik xüsusiyyəti olmayan ata Adil - Hissləri qarşısında addım atmalı olduğu anlarda geri çəkilən, işi ilə bağlı isə heç bir yaxınlığı nəzərə almadan münasibət ortaya qoymağa çalışan baş obraz
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
4/10 puan verdi
Sovet dövrünün sərt qanunlarından, gənc oğlanın ögey anadan çəkduklərindən, pul para düşkünü Diləfruz xaanımın yəni ögey ananın bitmək bilməyən harın arzularından, gözünün doymamağından, bu ailədə böyüyən gəncin nakam məhəbbətindən ceyran adlı qıza qovuşa bilməməsindən, və hüquqşunas olmaqçün Rusiyaya təhsil dalınca getməsindən bəhs olunur
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
·
Puan vermedi
·
Beğendi
İlk dəfədir ki, bir əsərdə bir qadına (Diləfruz) bu qədər nifrət edirdim. Elə əsərin ilk səhifələrində özünüz də bunu hiss edəcəksiniz. Rəhman obrazına əvvəl çox yazığım gəlirdi. Niyə bu qadının acı dilinə bu qədər səbir edir deyə düşünürdüm. Amma o, sadəcə öz əkdiyini biçirdi. Adil obrazını çox sevdim. Onun dürüstlüyü, doğru yoldan dönməməsi, ən yaxını belə olsa, ədalətli davranması o qədər gözəl idi ki. Təəssüf ki, dövrümüzdə belə insanlar barmaqla sayılacaq qədər azdı Əsərdə Sovet dövrü haqqında da bir çox məlumat öyrənmək mümkündü. O dövrün qayda-qanunları, insanların yaşam tərzi və s. məsələlər çox gözəl təsvir edilirdi Saleh müəllim obrazı isə ideal müəllim obrazlarından sayılır. Şagirdlərinə qarşı mehribanlığı, onlar üçün daim çalışması, təhsilləri bitdikdən sonra belə onlara dəstək olması çox gözəl haldı
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
286 syf.
7/10 puan verdi
·
Beğendi
Bu əsər, bu qış gecələrində mənə bir "Qış gecəsi" ruhunu hiss etdirdi. Oxuduqca içim həm soyudu, həm də Salam Qədirzadənin sevgi təsvirlərindən içim isindi - bir qış gecəsində bir fincan çayla , qəhvəylə içimizin isindiyi kimi. Adillə Ceyran arasındakı sevgi əsas sujeti təşkil etsə də, mənə çox özəl və gözəl təsir bağışlayan Mənsurənin Adilə olan səmimi sevgisi oldu. Əsər Ceyranın gözləriylə başlayır, qırmızı kirəmitli evdəki hadisələrlə və Adilin bir anda bütün həyat xəttini dəyişəcək qərar verməsiylə davam edir. Qısası, yerli ədəbiyyatımızdan oxunulacaq kitablardan biridir. (Kitabı oxuyarkən yadıma "Melekler korusun" serialındakı "Aşk bir rüya" mahnısı yadıma düşdü. Aşk bir rüya, uçarsın-uçarsın geçilmez ki, Sıcak bir şerap, yanarsın-yanarsın içilmez ki. Aşk bir kapı, çalarsın- çalarsın açılmaz ki)
Qış Gecəsi
Qış GecəsiSalam Qadirzade · XAN · 2015209 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.