Əsərdəki hekayələr qısa olmağına baxmayaraq, insan üzərində təsiri böyük olan hekayələrdir. “Pişiklər” hekayəsində 33 illik evli olmalarına baxmayaraq, yoldaşının “Pişiklər, yoxsa, mən?” sualına “Pişiklər!” cavabını verən, qadın ilə kişinin həyatından bəhs edir.“Arlezyalı” hekayəsində isə, gənc bir oğlan bir qıza aşiq olur. Lakin nişanlanacaqları zaman, qızın başqa biri ilə münasibəti olduğunu öyrənirlər. Və bu hadisədən sonra oğlanın halı getdikcə pisləşir. O səviyyəyə gəlir ki, ailəsi “Sen istəsən o qızı sənə alarıq” deyir. Lakin oğlan qəbul etmir. Ailəsi üzülməsin deyə yaxşı imiş kimi görünür. Amma hekayənin sonunda ihtihar edir.“Pandomima” hekayəsi, hər kəsi güldürən məşhur Paskalın bir qıza aşiq olmasından bəhs edir. Lakin qız onu sevmirdi. O, daima qızın xəyalı ilə yaşayırdı. Hisslərini nəinki qıza, heç kəsə aça bilmirdi. Və onun aşiq olduğu qız Eftelya günlərin bir günü evlənir. Hətta, Paskalı izləmək üçün oraya gəlir. Elə Paskal həmin səhnədən sonra otağına gedərək orada özünü asır və ölür. Lakin onu görənlər onun ölü halına hələ gülürlər. Hekayə bu cümlə ilə bitir:“Həyatında hər kəsi güldürdüyü kimi ölümündə də heç kəsi ağlatmayan yazıq Paskal'ın bu dəfəki halı təqlid deyil,ölüm qədər həqiqət idi.”