Gözümdə başqa bir adam gizlənib,
Mən özgə gözlərə baxa bilmirəm.
Ətrin bu şəhəri bürüyüb gedir,
Daha küçəyə də çıxa bilmirəm.
Mən ki, mən deyiləm, bir quru daşam,
Yoxdu hərarəti buz əllərimin.
Yandır şəkilləri, yandır bu axşam
İsin istisində şəkillərimin.