:)
Kitab ən uzun müddətə oxuduğum kitablardan biri oldu , amma indi bitirəndən sonra yenidən darıxdım.
Kitab Mütəhhərinin seminarlarından yığma olduğu üçün o qədər mövzuya toxunulub, o qədər problemlərə izah gətirilib ki, mükəmməl idi. Klassik Mütəhhəri kitabları kimi əvvəli bəsit və ləzzətli , sonra isə qəliz və ləzətli idi.
Bir yerdən sonra artıq başa düşə bilmədiyim məqamlar artı , təkrar-təkrar oxudum. Mütəhhərinin izahları o qədər qane edici olur ki , səhv desə belə -ki məncə, demir- qəbul edəcək qədər tətmin olur insan. Həm də irad tutduğu və ya tənqid etdiyi fikirlərə “burada haqlıdırlar” , “burada düz deyirlər” kimi qərəzsiz yanaşımı, haqq sözləri mükəmməldi.