Başlıq: Don Kişot
Yazar: Cervantes
Səhifə: 229
Nəşr: Anonim
Janr: Dünya kassikləri
Oxudum: 23.05/01.06.23
Hərkəsə salam
İllərdir ki,oxumaq istədiyim,lakin heç cür oxuya bilmədiyim kitablardan biri də bu kitab idi.Niyə bu qədər geciktirdiyimi özüm də bilmirəm.Maraqlısı budur ki,mən də oxumayan digər insanlar kimi bu adı ilk dəfədir eşitmirdim.
Don Kişot-hərkəsin barəsində bildiyi bir əsərdir.Öz yazarından daha çox tanınan kitablar silsiləsinə daxil etmək olar.
Əsəri olduğundan tamam fərqli təsəvvür edirdim.Başlarda uşaqlara xitab olunmuş bir əsərmiş kimi oxumağa başladım.Daha sonra,dərin mənalı fikirləri,sözləri ilə bunun belə olmadığını gördüm.
Həm çox komik,həm də eyni zamanda insanı düşünməyə vadar edən bir kitabdır.Bəzi cümlələri başa düşmək üçün dəfələrlə oxuduğumu xatırlayıram.
Əsərin qəhrəmanı ədəbiyyat sevgisi olan və macərapərəst biridir.Əsər boyunca dayanmadan fərqli macəralara atılır.Şəxsən mən,sonunu biraz bəyənməsəm də ümumi olaraq çox bəyəndim.Əsərdə ən az Don Kişot qədər Sanço Panzanı da bəyəndim.Əsərə rəng qatan əsas personajlardan biridir.
Not: Cervantesin (yazar) Osmanlılara qarşı vuruşduğunu və bir qolunu itirdiyini bilirdiniz?