Utanıram, inanmaq istəmirəm ki, Bakı kimi bir şəhr, Qars tərəfindən göndərilən 40-45 yetim uşağı saxlaya bilmiyə. Saxlaya bilmiyə də qazimat ilə aləmə elan edə ki, “cəmiyyətin işi çoxdur, yetim uşaqlara, eylə xırda işlərə baxmağa vaxtı yoxdur. Hər kim nökərliyə nə qədər uşaq istəyirsə, gəlsin aparsın!”
Cəmiyyət burda bir şeyi yaddan çıxarmış: əgər gözə gələn qız və oğlanları pul ilə nökərliyə versəydi və ya bir kərəlik satsaydı, cəmiyyət sandığına xeyli pul yığışardı və bu vasitə ilə cəmiyyət üzvlərini ianə yığmaqdan qurtarardı.
Vay cəmiyyəti-xeyriyyə! Vay milyonlu şəhər! Vay bədbəxt millət! Məgər quru adın varmış!
Mən öylə bilirdim ki, Bakı nəinki 40-45 yetimi, bəlkə bir neçə yüzünü də saxlamağa hazırdır.
Halbuki min zəhmətlərə yığılan və Bakının mərhəmət qucağına sığınan 5-10 yetimi də başdan dəf etmək, onun-bunun qapısına tullamaq istəyir.
Aman yarəbbi, nələr eşidirik, nələr görürük. Nə demək, bu nə demək ki, 4-5 milyonluq bir camaat 1 -2 yüz yetim balasını bir yerdə saxlamağa gücü çatmaya!
Of, doğrudan da ölmüşük, doğrudan da yalançı bir adımız qalmış! Doğrudan da milli dirilik, mədəni insanlıq adına bir qəpiyə dəymərik.
Nədir bu rəzalətlər? Nədir bu alçaqlıqlar, bu murdar xasiyyətlər?
Sizdən soruşuram: 40-50 yetim uşağı bir yerdə saxlamağı bacarmayan bir millət nə cür insanca yaşamaq xəyalında, hələ “ağalıq” iddiasında ola bilər?
Bir düşününüz! Sizin qucağınıza can atan balalar kimlərdir: evi-eşiyi talan olunmuş, anası-atası boğazlanmış, 11-12 yaşındakı bacısı aylarca canavarların əlində qala-qala dəlilənib axırda tələf olmuş, bütün qohumu yox edilmiş, yan canda qalmış öz millət balalarınızdır. İnsan sevdiyi itin balalarını belə bir dərəcə alçaqlamaz ki, “İsmailiyyə” binasının padvalında belə bir neçə həftə saxlana bilməyib çöllərə tullanmaq istənir!
Nə