Bir gözəl əsərin daha sonuna gəldik. Çoxumuz həyatımızdan şikayətlənirik, lakin necə həyatlar yaşayan insanlardan xəbərsizik. Təəsüf ki, oxumağı mənasız bilən, qızını zorla evləndirən ailələr hələ də mövcuddur. Bu əsərdə də görüldüyü kimi bir qadının həyatından bəhs olunur. O oxumaq eşqi ilə alışıb yanır, amma müəyyən yaşa çatdıqdan sonra "oxumaq mənasızdır, qadının hədəfi evlilik olmalıdır" sözləri ilə ona ər axtarmağa başlayırlar. Əli heç bir oğlan əlinə dəyməmiş, saf sevgi ilə sevən qıza namussuz adı damğası vurub zorla evləndirirlər. Fədakar övlad, fədakar həyat yoldaşı və sonunda fədakar ana. Ama çox təəsüfki dəyəri bilinmir. Fazla fədakarlıq fazla vəfasızlıq gətirir deyirlər, bax bunu desək yerində olar.
Həqiqətən, çox gözəl bir əsər idi. Hər kəsə xoş mütaliələr arzu edirəm, kitabla qalın ♡