Çoxdandı oxumaq istədiyim kitab idi , həqiqətən də oxumağıma dəydi deyə bilərəm. Alleqorik əsərdir , xeyli dərin mətləblərə toxunulur. Totalitarizm ,stalin rejimi, kaptalizm tənqid olunur . Əsərlə bağlı onu deyə bilərəm ki , toplum həqiqətən küyə gedəndir və asanlıqla tarixini unutdurmaq, saxtalaşdırmaq ,dəyişdirmək mümkündür. Benjamin obrazı reallıqları görən obrazdır , diqqəti cəlb edir. Əyər daha yaxşı bir yaşayış ,sosail rifah , layiqli həyat tələb olunursa kütlə şüuri cəhətdən inkişaf etməli , həmin inqilabın tələblərinə cavab verə bilən olmalıdır. Xalqın içindən çıxan nümayəndə belə hakimiyyətin verdiyi gücə qapılır ,və daha çox güc istəyərək yenidən totalitarizmi bərqərar edir. "Bütün hayvanlar eşitdir,ancak bazıları daha eşitdir" 7 maddənin bu şəkildə dəyişdirilməsi həqiqətən də kütlənin necə asanlıqla manipulyasiya edilə bildiyini göstərir.