Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qürur və Qərəz

Jane Austen

Yorumlar ve İncelemeler

Tümünü Gör
408 syf.
9/10 puan verdi
Sevgini çoxda romantikaya girmədən( belə desək vıcıxlaşdırmadan), lakin bütün hissləri gözəl ifadə edərək anladan bir eşq kitabı idi. Bir çoxlarına görə çox sıxıcı bir kitabdır. İlk başlarda mənə də elə gəlirdi. Kitab ilk başlayan zaman hadisələr o qədər sakit cərəyan edir ki, istər istəməz sıxıcı gəlir kitab. Ancaq kitaba davam elədikcə sevdim. Kitab daha çox "evlilikdən başqa dərdiniz yoxdu sizin?" dedirtən kitab kimi gəlir, lakin mənə görə diqqətlə oxunarsa daha çox şey öyrənmək olar. Kitab da sevmədiyim qızların evlilikdən başqa xəyalları olmaması. Hər qızın bir idealı, məqsədi olmalıdır. Evlənmək, həyat yoldaşı olmaq, ana olmaq- bütün bunlar əlbəttə vacib məsələlərdir, lakin bir ideal, məqsəd deyil. Atadan mirasın qızlara qalmaması, oğlan övladının vacibliyi, oğlun yoxsa bütün mirasın qohumlardan olan bir oğlana veriləcək olması- bunlar o dönəmdəki qadın haqqının olmamasını göstərir. Kitab da kişi obrazları içərisində ən sevdiyim Mister Darsi oldu. Kollinz obrazını isə heç sevmədim-_- Qadınlarından isə Missis Bennet və Lidiya obrazından iyrəndim. Ceyn isə hər zaman öz sakit təbiətini qoruyan bir obraz. Əsas obraz Elizabet isə özümə yaxın bildiyim və ən sevdiyim qız obrazlardan oldu. Romanda olan hər obraz real həyatımızda qarşılaşdığımız, var olan xarakterlərdir. Məncə hər kəsin bir şans verməli olduğu kitablardandır. İndidən oxuyan hər kəsə xoş mütaliələr :)
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
Reklam
372 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Spoiler ola bilər! Elizabet, qürur mücəmməsi. Sanki, özümü oxuyurdum. İki "inadçı keçi"nin eşq hekayəsidir "Qürur və Qərəz". Ailənin ikinci övladı olan Elizabet doğulduğu ailənin üzvlərindən demək olar ki, fərqlənir. (Elizabetə yaxın xasiyyətdə olan Ceyni nəzərə almasaq). Bir ana düşünün fikri-zikri qızlarına uyğun nişanlı tapmaq olsun. Bütün ailə planlarını isə bu fikir üzərində həyata keçirtsin. (Əlbəttə ki,bu ana Elizabetin anasıdır) Elizabet və Darsinin eşqi "Dağ qayaya rast gəlib"misalını xatırladır mənə.Amma mükəmməl cütlük deyə bilərəm. Roman əsasında film də çəkilib. Birincisi, 1813-cü ildə, ikincisi isə müasir dövrdə, 2006-cı ildə. Hər ikisini kitabdan sonra izlədim. Ancaq ikinci filmi izləyərkən sanki, kitabı oxuyarkən zehnimdə canlandırdıqlarımı izləyirdim. Oxumamısınızsa,çox şey qaçırtmışsınızdır.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
372 syf.
8/10 puan verdi
·
5 günde okudu
Roman biraz ağırdı. Romanı oxuyanda sıxılmadım desəm yalan olar. 97-ci səhifədən etibarən isə roman çox axıcılıq qazandı və demək olar ki, əlimdən yerə qoymaq istəmirdim. Romanı oxuyanda o dövrün düşüncə tərzini tam olaraq başa düşürsünüz. Qadınların qarşısında mühüm problem dayanır: "ər tapmaq". Kitabı oxuyarkən görürük ki, analar üçün qız övladlarının ər tapması necə vacibdir. Ancaq ər sayılıb-seçilən və mümkün qədər çox varlı olsa daha yaxşı olar həm analar, həm qızlar üçün. Romanda sosial bərabərsizliyə toxunulub. Varlı və kasıb təbəqələrin arasındakı uçuruma, yüksək zümrələrdəki insanların alt təbəqəyə münasibətinə romanda geniş yer verilib. Romanda ən sevdiyim obraz Elizabet oldu. Özünü əzdirməməsi, Ceyn kimi hər şeyə müsbət yanaşmaması və s. Elizabeti mənə sevdirdi. Romanı oxumağınızı tövsiyə edərdim :).
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
372 syf.
·
Puan vermedi
·
Beğendi
Şəxsi anlayışının olmayıb gələn məktubların ailə içində bərkdən oxunduğu, qızların evlənməmiş olmalarının ən böyük problemlərdən birinin olduğu bir dövrdən bəhs edən bir əsər. Əsərdə ən bəyəndiyim obraz əksər oxucunun əksinə Darsi obrazı oldu, çünki onda olan dəyişikliklər daha inandırıcı idi: Əsər boyunca onun düşüncələrində yaranan təlatümlər gözəl şəkildə cümlələrə hopmuşdu. Həmçinin insanlara davranış şəkli də mənə görə məntiqli idi. Niyə bəyənmədiyimiz insanlarla sünii şəkildə yaxın imişik kimi davranmalıyıq ki? Bennet ailəsinin ən bəyəndiyim fərdi isə Ceyn idi. Optimizmi çoxmuş kimi görünsə də, onun da həyatla mübarizə tərzi yaşamaq üçün həqiqətən əlverişli idi. Çünki heç kəsin qəlbini qırmamağa diqqət edirdi. Lizzi obrazına gəldikdə isə hisslərinin dəyişməsinə inam hissi yaranmadı məndə. Amma düzünü desəm, müəllifin özünün yaşadığı və əsərdə təsvir edilən dövrü nəzərə alaraq ən azından kimlərinsə öz iradələriylə hörmət etdiyi və həqiqətən həyatını bölüşmək istədiyi insanla olması təqdir ediləndir.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
Reklam
·
Puan vermedi
Qürur və Qərəz ( Gurur ve Önyargı )
Bu əsəri çox maraqla oxuduğumu deyə bilərəm Qızların ballara getməsi ,əyləncələr ,rəqs bütün bu şən va boş həyat Tolstoyun "Anna Karenina " əsərində də qarşıma çıxmışdı .Kübarlara məxsus olan ballar ,rəqslər bu əsərdə də öz əksini tapıb .BeIə bir mühitdə qadınlara xarici görünüşünə görə dəyər verilir .Hər bir qızın arzusu yaraşıqlı bir kavaler tapıb rəqs etmək ,varlı birinə ərə getməkdir .Tolstoy da "Anna Karenina" əsərində Kitinin dili ilə bu mühiti ifşa edir .Bu mühitdə qadın bəzənib şənliklərə gedir ,bazara çıxarılmış mal kimi satışa çıxarılır . Elə bu əsərdə də ananın tək məqsədii qızlarını varlı ,adlı -sanlı insanlarla evləndirməkdir. Qızlar içində Elizabet öz düşüncəsi ilə digərlərindən fərqlənir . Düşünürəm ki ,belə bir qız sağlam mühitdə mütləq təhsil alardı . Mister Darsi və Elizabetin sevgisinə gəlincə bu iki obrazın qovuşmasına sevindim .Sevdiyin üçün qüruru bir kənara atıb hisslərini büruzə verməsən onu itirə bilərsən .Amma qürur maneəsini aradan qaldıranda bunu hansı bir xarakter insan üçün etdiyini bilməlisən .ZərərIi insanlardan uzaq durmaq üçün bir qürurun da olmalıdır Daha az göster
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
372 syf.
8/10 puan verdi
·
Beğendi
·
11 saatte okudu
"Qürur və Qərəz" (Pride and Prejudice), İngilis yazıçı Jane Austenin ən tanınmış və sevilən romanlarından biridir. Ədəbiyyat dünyasında klassiklərdən biri olaraq qiymətləndirilən bu əsər, ilk dəfə 1813-cü ildə dərc edilmişdir. Roman, əsas qəhrəmanı Elizabeth Bennet və onun ailəsini mərkəzə alan bir aşk və cəmiyyət məsələlərini əhatə
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
372 syf.
8/10 puan verdi
·
Beğendi
Hər kəsə salam Necəsiniz?İşləriniz necə gedir?Bu gün sizlərlə ingilis klassikləridən biri olan "Qürur və Qərəz" haqqındakı fikirlərimi paylasacagam Əsərdə hadisələr 18ci əsr İngiltərəsində baş verirQısaca bu dövr İngiltərəsini təsvir etsək,deyə bilərik ki,şəhərlərdə ballar təşkil olunur,cavan qızlar və oğlanlar rəqs edir,tanış
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
”Sadə və olduqca şərəfli”
Bütün bu kədərli əhvalat Qürur və Qərəzin nəticəsidir. Ancaq yadda saxlayın: dərdlərimiz Qürur və Qərəzdən qaynaqlanırsa, onlardan xilasımız üçün də Qürur və Qərəzə borcluyuq. Çünki dünyada xeyir və şər arasında ecazkar bir tarazlıq var. Əsəri oxuduqca çıxarılan nəticələrdən biri də odur ki,bəzən ilk görüşdə qətiyyən sevmədiyimiz,xoş gəlməyən,həyatımızda ola biləcək ən son şəxs olaraq gördüyümüz insan yaxından tanıdıqca bizə çox doğmalaşır və gün gəlir həyatımızın ayrılmaz parçasına çevrilir. Elizabet Bennett və Mister Darsi hekayəsinə özünəməxsusluğu verən də budur. Qürurun və Qərəzin verdiyi uzaqlıq əslində onları bir birilə birləşdirirdi...
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
Reklam
372 syf.
7/10 puan verdi
qəşəng kitab idi, ancaq etiraf edim ki ortaları çox sıxıcı idi, ona görə də üç balı kəsdim. və anladım ki klassik kitabları düşündüyüm qədər çox sevmirəm
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 075,4bin okunma
408 syf.
9/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Çeviri kitapların da en çok sıkıntı yaşadığım şeylerden birisi içinde fazlaca isim olması. Bu kitapta da o kadar çok isim vardı ki ara ara geri dönüp hangi isim kime ait diye bakmak zorunda kaldım. Bir ara karmaşa ile baş edemeyip isimlere Ayşe Fatma Ahmet Mehmet falan bile yazmayı düşünmedim değil. Çünkü Mr'ler Mrs'ler havada
Gurur ve Önyargı
Gurur ve ÖnyargıJane Austen · Türkiye İş Bankası Kültür Yayınları · 202375,4bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.