Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Eserleri 2. Cilt

İsmail Şıhlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
400 syf.
10/10 puan verdi
·
4 günde okudu
Spoiler var. :) İsmayıl Şıxlı qələmini çox sevirəm. Köhnə adət-ənənələrimizi, milli kimliyimizi təsvirlərlə mükəmməl şəkildə xatırladır. İstər digər əsərləri, istərsə də "Dəli kür" olsun, hər birisində bu epizodlar mütləq ki, yer alıb. Əsərin baş qəhrəmanı Cahandar ağa oğlunun xeyir işinə görə şəhərdən parça almağa gedir, gələndə isə
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005743 okunma
Reklam
400 syf.
9/10 puan verdi
·
4 günde okudu
Unudulmayacaq kitablardan biri
Kitab çox bəyəndim , Dialoqları çox təbii idi , sanki məndə Göytepede yaşayıb baş verən hadisələr izleyirdim :) Oxumağınızı tövsiyə edirəm !
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005743 okunma
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Hər şeydən öncə milli, doğma, sətirləri arasında gözəl xatirələr oyadan möhtəşəm bir əsər. Azərbaycan xalqının bir parçası, keçmişimizin və nisbi mənasında bu günümüzün Azərbaycan xalqını geniş şəkildə təsvir edir. Sadəcə xalqın müsbət tərəflərini göstərməklə qalmır, sosial ədalətsizliyi, bir tərəfdə ağaların kef çəkməsi, digər tərəfdə ayağına çarıq tapmayan camaat. Süleyman Sani Axundovun
Süleyman Sani Ahundov
Süleyman Sani Ahundov
əsərlərində geniş çaplı tənqid olunur bu nöqtə, amma İsmayıl Şıxlı bunu açıq bir üsyanla deyil, sadə yaşantıları təsvir edərək göstərir. Əsərin əsas obrazlarından biri Cahandar ağadır. Cahandar ağa mərdliyin, cəsarətin, xalq mübarizə ruhunun, əzəmətin simvolu kimi təsvir olunur, eyni zamanda Cahandar ağa ideal bir obraz deyil, xətaları olan və bəzən bunlarla üzləşmək istməyən bir obrazdır. Əsərdəki obrazlar hər biri ayrı-ayrılıqda bir bağ qurur. Sadəcə roman kimi deyil, gerçək bir yaşantı kimi qəbul edirsən. Çünki əsər bizim bir parçamızı əhatə edir. Əsər boyu əksik olmayan bir gərginlik var, oxuduğum ən gərgin roman ola bilər. Obrazların təsvirində sapı özümüzdən olan baltalar kimi, düşmənlər içində olan dostlar da təsvir olunur. Xalqını, vətənini sevən insanların mübarizəsini az və öz izahı olan bu roman, eyni zamanda bu yolda olan fədakarlıqları təsvir edir. Hər şeyi ilə birgə hər bir azərbaycanlının oxumalı olduğu romanlardan biridir.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005743 okunma
400 syf.
10/10 puan verdi
·
17 günde okudu
İsmayıl Şıxlı - Dəli Kür
Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, yəqin ki, ən güclü romanlardan biri elə Dəli Kür'dür. Oxuduğum günlərdə Göytəpə kəndinin sakinləri ilə, Qori seminariyasinin müəllim və tələbələri ilə o qədər doğmalaşdım ki, düzünü desəm kitabdan ayrılmaq mənim üçün çətindi oldu. Hətta daha sonra İsmayıl Şıxlının kiçik bir müsahibəsini, hətta digər şəxslərin roman haqqında fikirlərini də oxudum. Müəllifin özünün də dediyi kimi, obrazlar hədsiz canlı, yaddaqalan təsvir edilib. Sanki oxuduqca onlarla söhbətləşir, hadisələrin yaxın iştirakçısı olursan. Bildiyimiz kimi, əsər Cahandar ağanın başqa kənddən olan Mələyi qaçırması ilə başlayır. Kiminə görə mənfi, kiminə görə müsbət obrazdır Cahandar ağa. Ancaq düşünürəm ki, Cahandan ağa obrazını ya mənfi, ya da müsbət deyib məhdudlaşdırmaq olmaz. Çünki müəllif həm müsbət, həm də mənfi xüsusiyyətləri ilə bir insan yaradıb. Molla Sadığa qarşı mübarizə aparanların tərəfindədir və onun kənddə ağalıq etməsinə qarşıdır. Digər obrazlar rus Əhməd, Aleksey Osipoviç, Dmitri Dmitriyeviç romanda maarifçilik ideyalarının təmsilçiləridir. Onlar millətlərin təhsil alması üçün, şüurlarının oyanması üçün çalışırlar və bu yolda hər cür çətinliklə üzləşirlər. Mütləq oxunması gərəkən romanlardan biridir. PS. Roman əsasında film də çəkilib, lakin hədsiz çox fərqliliklər var.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005743 okunma
Reklam
400 syf.
10/10 puan verdi
·
22 günde okudu
Tütəkbazı, şarlatanları,ziyalıları,evinin-qeyrətinin keşiyini çəkən insanları, rejimə baş qaldıranları izah edən bir kitab oxuyacaqsınız. Kitabı hələ də günlük həyatlarımızda yaşamağımız məni daha çox məyus etdi. İstərdim ki, oxuduğum şeylərə təəccüblə baxam. Təbiəti təsviri digər möhtəşəmliyidir.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005743 okunma
372 syf.
10/10 puan verdi
·
3 günde okudu
Hayatımda Okuduğum En İyi Kitaplardan Biri!
YouTube kitap kanalımdaki Azerbaycan edebiyatı videosunda bu muhteşem kitabı önerdim: ytbe.one/FM7RoOXGSok Son zamanlarda okuduğum en iyi kitaplardan biriyle tanıştırmak istiyorum sizi bugün. Çünkü bu kitabın içinde neredeyse her şey var. O halde neden
Deli Kür
Deli Kür
daha fazla okunmasın? Şimdiye kadar Azerbaycan edebiyatında
Anar Rzayev
Anar Rzayev
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008743 okunma
512 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Salam. Bu gün “Dəli kür” romanı haqqında fikirlərimi bölüşəcəm. Bu roman Azərbaycan ədəbiyyatının seçilən əsərlərindən biridir. İsmayıl Şıxlı bu əsəri 9-10 il ərzində yazıb bitirib (1956-1966, 67-ci illər). Bəziləri deyir ki, Cahandar ağa İsmayıl Şıxlının babası olub, bəziləri də dayısı olduğunu qeyd edir. Yəni bu əsər həqiqətlər əsasında yazılıb.
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014743 okunma
372 syf.
·
Puan vermedi
Əsər Cahandar ağanın Mələk adlı birisini qaçırması ilə başlayır. O Mələyi qaçırır,lakin bu ona baha başa gəlir. Ailə parçalanır, oğlu ona üz çevirir. Cahandar ziddiyyətli bir obrazdır. Bir tərəfdən insanlığa uyğun olmayan hərəkətlər etdiyi halda digər yandan tam əks bir insandır.Əsərin sonunda Cahandar Mələyi qaçırdığına peşman olur. İsmayıl Şıxlı universitetdə dərs keçərkən tələbələri ondan nə üçün belə bir əsər yazdığını soruşurlar və oda bu əsəri dayısının həyatından götürdüyünü deyib. Yəni, əsər həqiqi bir həyat faciəsini əks etdirir. Məncə, əsərin əsas ideyası "ailədəki pərakəndəlikdir"
İsmail Şıhlı
İsmail Şıhlı
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008743 okunma
Reklam
512 syf.
·
Puan vermedi
Azərbaycan klassiyi çox tərəddüdlə oxumağa başlamışdım kitabın qalınlığı və klassik olması qorxudurdu biraz.. kitab çox axıcı irəlləyir, mövzudan mövzuya çox incəliklə keçməyi başarır qətiyyən ağır kitab deyil. Önyargılı davranıb indiyə kimi oxumamağımın səbəbi də bu idi deyəsən. Əsər cahilliyimizi üzümüzə vurur, Cahandar ağanımı günahlandırsam Şamxalımı Mələyimi yoxsa Zərnigar xanımı qərar verə bilmədim. Bir səhv neçə doğrunu yıxa bilər görəsən? Cahandar ağa kimi kənddə toxunulmaz biri ama bir səhvi bütün həyatını alt üst etmədi mi? Hansı səhv? Axı dədə baba adətlərinə görə hərəkət etmişdi burda səhv nə var? Bəlkə zəmanə dəyişir və artıq bəzi dədə baba adətlərini unutmaq lazımdı. İndiki insanların dədə babalara nisbətən daha yaxşı qavrama və düşünmə qabiliyyətləri olduğunu necə inkar edək? Poçt Əhməd yoxx rus Əhməd yoxx uçitel Əhməd elə buna görə uşaqlara yazıb oxumağı öyrədib, onlara təmiz gələcək bəxş etmək istəyirdi. Cahandar ağanın oğlu Əşrəf Qori məktəbində oxuyarkən düşüncələri dəyişmiş insanlara qarşı daha mərhəmətli davranır və sadəcə özünü deyil digər insanları da düşünməsi, ən əsası artıq qılıncın yox qələmin daha güclü olduğunu dərk edir və bunu deməyə cəhd edirdi sanki. Əşrəfin Pakizəyə duyduğu təmiz sevgi ..və qoca dayının məsum və mərhəmətli ürəyi insanın qəlbinə toxunmağı bacarır. Əsərin filmi 1969 cu ildə çəkilib, film əsərlə müqayisə belə edilə bilməz, film çox dəyişdirilib. youtu.be/zNtf0E3ROF0
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014743 okunma
512 syf.
·
Puan vermedi
·
11 günde okudu
Əsəri əvvəlcə ixtisarla oxumuş biri olaraq bu qədər möhtəşəm olacağını düşünmürdüm. Düşünürəm ki, əsər dövrün hər bir incəliyini tam şəkildə əks etdirib. İstər ailə-məişət məsələlərində, istərsə də cəmiyyətdəki sosial problemlərdə. Əslində o vaxt olduğu kimi insanlar arasında danosbazlığın olması, bir tərəfdən xalqın maarifi, digər tərəfdən xalqın aşağı çəkilməsi üçün çalışanların mövcudluğu, “Molla Sadıqlar”ın satqınlığı bir növ indiki dövrdə də mövcuddur, nə qədər üzücü də olsa. Ən əsas orası qəribədir ki, Cahandar ağanın tutduğu bütün pis işlərə baxmayaraq mən bu obraza qarşı nifrət hiss edə bilmədim. Əksinə, hər səhnədə, xüsusilə də son səhnələrdə ona qarşı mərhəmətim artırdı...Bu da, yəqin ki, yazıçının məharətindən - Cahandar ağanın pis əməlləri ilə onun başına gələn və oxucuda mərhəmət hissi doğuran hadisələrin tarazlıqda olmasından qaynaqlanır. Belə. Bir sözlə, möhtəşəm. Yaradılan obrazlar, ən əsas da Cahandar ağa unudulmayacaqlar mənim tərəfimdən...
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014743 okunma
512 syf.
10/10 puan verdi
·
Beğendi
Ədəbiyyatımızın incilərindən...
Bu cür tanınmış və çox bəyənilmiş kitablara qarşı istəmsiz bir antisimpatiyam var. Bu kitabı bir təsadüf əsəri satın aldım. Yaxşı ki, alıb oxumuşam dediyim kitablardan biridir. Əsəri oxuduqca əslində 19-cu əsrdəki düşüncə tərzinin indi də çox dəyişmədiyini anladım və buna çox təəssüf etdim. Əsərin baş rolu Cahandar ağa obrazı əsərdə diqqəti ən çox cəlb edən obrazlardandır. Belə ki, Cahandar ağa o dövrdə yaşayan orta statistik bir Azərbaycan kişisi idi. Namus, qeyrət, ad-san yolunda öz doğma bacısını, ən yaxın dostu olan atını - Qəməri qətl etmiş bu obraz eyni zamanda başqa bir kişinin namusuna toxunaraq onun arvadını qaçırır. Əslində ölümünə yaxın öz səhvini anlayır. Lakin gec olur... Əşrəf, poçt Əhməd, A.O.Çernyayevski və digər maarifpərvər obrazların maarif üçün apardıqları mübarizə çox gözəl təsvir olunub. Maarifin, elmin, təhsilin önəmini əsəri oxuyarkən dəfələrlə anladım. Hər kəsin oxumalı olduğu kitablardan biridir. Tövsiyə edirəm...
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014743 okunma
512 syf.
10/10 puan verdi
·
8 günde okudu
Dəli Kür
Sanki həmin dövrün güzgüsüdür.Güzgü insanın xarici görünüşünü necə əks etdirirsə, kitab da daxili dünyanı əks etdirir.Dostluğu, sevgini,nifrəti,insanın özü ilə mübarizəsini, fikir və düşüncələrin çarpışmasını və yola getməsini,formalaşmasını və s kimi şeyləri filmdə tam olaraq çatdırmaq mümkün deyil.Əgər yazar ustadırsa bunların hamısını çatdıra bilir. Səthi oxusaq sadəcə yaxşı bir roman oxumuş olarıq.Amma biraz dərinə gedib,düşünərək oxusaq romandan əlavə olaraq xalqın yaşayış tərzini, adət-ənənələri, toplumun əxlaq normalarını və digər şeyləri öyrənərik Bu kitab hamısı birindədir.Yəni həmin dövrdə nə varsa kitabda əks olunub. Bəs bunları öyrənməyin nə faydası var?
Farabi
Farabi
belə deyirdi:İnsanın taleyi bildikləriylə birbaşa əlaqəlidir.Bilmək insanı seçimlərini daha yaxşı etməsini təmin edir. Xoş mütaliələr! Kitabla qalın!
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014743 okunma
372 syf.
10/10 puan verdi
·
Beğendi
Ədəbiyyatımızın ən dəyərli nümunələrindən Əsərdə müxtəlif obrazların həyatı fonunda 19-cu əsr Azərbaycanının ədalətsizlikləri, rus müstəmləkəçiliyi, cahillik və sadə kəndlilərin həyatının çətinliklərini görürük. Təhsilin insana qatdıqları iki qardaş olan Əşrəf və Şamxalın təzadlıqlarında müşahidə olunur. Cahandar ağa, Şamxal, Mələk kimi obrazların həm mənfi həm müsbət tərəfləri insan təbiəti çox gözəl təsvir edir. Əsər ilk başda sadəcə bir ailənin həyat hekayəsi kimi görünə bilər amma əsas da əsərin sonuna doğru yüz illər əvvəldən bugünə kimi cəmiyyətimizdəki qüsurlar və problemlər kitabda baş rolu oynayır. Mütləq oxunmalıdır
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008743 okunma
435 syf.
·
Puan vermedi
·
45 günde okudu
Kitabdakı hadisələrin çoxşaxəli və təsirli olmasını çox bəyəndim. Kitab 435 səhifə olsa da, bitəndə yarımçıqlıq hissi qalır. Əsas obrazın hekayəsi sona çatsa da, ikinci dərəcəli qəhrəmanların da həyat gedişatının sona qədər təsvir olunmasını istərdim. Kitabı oxuyanda, təsvir olunan dövrdəki cəhalətin, qadınlara vurulan damğanının hələ də dəyişmədiyini görürsən.
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Pedaqogika Nəşriyyatı · 2004743 okunma
512 syf.
10/10 puan verdi
·
7 günde okudu
Spoiler ola bilər. İsmayıl Şıxlının 10 ilə yazdığı şah əsər də bitdi. Kitabda o dövr Azərbaycanının həyat tərzindən bəhs edilir. Hadisələr Göytəpə kəndində cərəyan edir və əsərin sonuna yaxın Qori seminariyasında baş verən hadisələri də oxuyuruq. Göytəpə kəndinin sayılıb-seçilən insanı olan Cahandar ağanın ərli bir qadını qaçırmasıyla başlayır əsər. Cahandar ağaya qarşı həm müsbət, həm də mənfi düşüncədə olan insanlar tanıyıram və mən mənfi düşünən tərəfdənəm. İllərlə evli qaldığı, uşaqlarının anası olan qadını heçə sayır və onun üstünə qadın gətirir və yetməzmiş kimi Zərnigarın bunları sakit qarşılamağını gözləyir. Niyə? Çünki dədə-baba belə görüb, belə olub. Bir kişi bunu edəndə qoçaq, igid olar, gör e, kişiyə bax, gedib qadın qaçırıb, qorxmayıb! Amma qadın başını qaldırıb harasa baxsa, namussuzdur. Qadın-kişi bərabərsizliyini gözlər önünə sərib bu kitab. Əsərdə təhsilin önəmindən danışılır. Zülməti yaracaq tək işığın təhsil olmasından danışılır. Amma buna əngəllər var, əlbəttə ki. İlk əngəl elə özümüzünkülər, sapı bizdən olan baltalar, mollalardır. Kitab-dəftər deyəndə özlərindən çıxan, öz xeyirlərini güdən, din adı altında insanları dustaq edən "mollalarımız" insanlarımızın oxumasına ən çox etiraz edənlərdir. İsmayıl Şıxlı bu yerdə mollaları Əhmədin dili ilə belə izah edir: "Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.". Roman haqqında daha çox şey yazmaq olar, amma yazını burada bitirim. Şiddətlə romanı oxumağınızı tövsiyə edirəm:)
Dəli Kür
Dəli Kürİsmail Şıhlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 2014743 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.