Tam da gözlədiyim kimi, çox depressiv bir kitab. Kitabdan çarəsizlik və yalvarış yağır. Kitabda yalnız Kafka'nın məktublarına yer verilmiş, bu da sanki boşluqla məktublaşırmışız kimi bir aura yaratır. Çünki ən azından Milena'nın bir iki məktubunun da araya sıxışdırılması bəlkə bu qaranlıq, depressiv məktuplardan çıxmağımıza kömək edərdi. Kafka, əslində Milena'ya cavab məktubunda özünün ən son məktuplarına cavab verir, bu da oxucuya Kafka ilə bir çayxanada masa arxasında dərdləşirmiş kimi bir hiss yaradır. 1920-ci illərə təsadüf edən bu hadisə, demək olar ki, 1920-ci ildə sona çatır. Kafka'nın vəziyyəti getdikcə ağırlaşır və son illərdə (1922-23) bir iki məktupla əslində bir növ gəlinbacımıza vida edir. 1924-də isə vəfat edir.
Əgər sevgi məsələlərində içinə qapanıq biri isəniz və yaşadığınız şeylər hələ də beyninizdə sizi yeyirsə, əmin olun bu kitab sizə daha çox təsir edəcək. Çünki Kafka bir növ iç səsimizi məktublara döküb. Sadəcə məsləhətim, bu kitabı oxumazdan əvvəl ilk öncə Kafka'nın digər kitablarını oxuyun, həyatı haqqında az da olsa məlumat edinin, sonradan bu kitabı oxuyaraq hissləri (ən azından Kafka tərəfindən) daha yaxşı anlaya bilərsiniz.