Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
198 syf.
·
Puan vermedi
“Pek çok insanın hakkında konuştuğum için üzgünüm. Bildiğim tek şey; size anlattığım herkesi biraz özlüyorum. Bizim Stradlater’ı ve Ackley’i bile, sözgelimi. Sanırım o lanet Maurice’i bile özlüyorum. Sakın kimseye bir şey anlatmayın. Herkesi özlemeye başlıyorsunuz sonra.” Çavdar Tarlasında Çocuklar”, Salinger’ın tek romanı. Ergenlik çağının içinde, yetişkin dünyanın düzenine karşı isyankar bir çocuğun, bir Noel öncesi başına gelenler… Bu sürecin bir psikiyatri kliniğinde noktalanışı. Holden Caulfield’in masumiyet arayışının iç burkucu romanı. Belki de Salinger’ın. 1993’te Franny ve Zoey ile Dokuz Öykü adlı kitaplarını yayımladığımız Salinger, 1963’ten buyana yeni bir yapıt yayımlamamasına ve neredeyse efsane haline gelmiş bir gizlilik içinde yaşamasına karşın, dünya edebiyat gündemindeki yerini hep koruyor.
Çavdar Tarlasında Çocuklar
Çavdar Tarlasında ÇocuklarJ. D. Salinger · Yapı Kredi Yayınları · 202159,3bin okunma
9/10 puan verdi
·
Beğendi
Kaş daha öncə oxusaydım.
Kitab haqqında qısacacı nə yazacağımı bilmirəm. O qədər bəyəndim ki kitabı.. axıcılığını,hər bölümdə keçirdiyim müxtəlif hissləri necə izah edəcəyimi bimirəm. Anne' obrazını kitabın ortalarında sevməsəm də.. Westry'ə olan dərin məhəbbəti və çəkdiyi acılar içimdə ona qarşı rəğbət oyatdı. Westry'nin illərcə adaya gəlib məktublar yazması..Anne'ni hələ də ilk gün olduğu kimi sevməsi... Kaş fərqli olardı. Kaş Parisdəki o xəstəxanada Anne daha ağıllı davranardı.. Kitabın sonlarında ağlamamaq üçün özümü tutsam da bacarmadım. Bütün hissləri yaşatdı mənə kitab.. Bu kitabı oxumağıma səbəb olan insanlara da təşəkkür edirəm.
Sahildeki Kulübe
Sahildeki KulübeSarah Jio · Pena Yayınları · 201718,1bin okunma
Reklam
220 syf.
10/10 puan verdi
·
Beğendi
Gülüşlərin altında yatan həqiqətlərlə dolu bir kitab desəm sizə tam yeridir məncə. Çünki oxuyarkən həm çox əyləndim həm də bəzi reallıqların fərqinə vardım. Məsələn Greg əslində heç də saf deyil. Sadəcə həmişə şanssız olduğunu düşünür və hər işində şans ondan qaçır. Bu mövzuda Greglə çox bənzər olduğumu düşünürəm təəssüf ki. Biz əslində hadisələri
Saftirik Greg'in Günlüğü 1
Saftirik Greg'in Günlüğü 1Jeff Kinney · Epsilon Yayınları · 20122,456 okunma
210 syf.
10/10 puan verdi
·
Beğendi
Fugui
Oxuduğum ən gözəl kitablar sırasında sözsüz ki ilk onluqa qoyduğum bir kitabdır. Kitabın əvvəllərində Fugui obrazına nə qədər nifrət etsəm də, sonra həyatta qalma mübarizəsi, hərşeyə rəğmən güclü qala bilməsi.. Tək istəyi sadəcə ailəsi qarınladı tox və üzləri təbəssümlə dolu yatsınlar. Həyat çox ağır sınaqlara çəkirdi Fugui'ni və eynən sınaq yox sınaqlara.. Həyatın onunla bir problemi vardı sanki.. Sanki həyatın sevgilisi var və o həyatı Fugui ilə aldadır. Həyat da Fugui'nin xoşbəxt olmaması üçün əlindən gələni edir. Kitabı oxuyanlara "Metin kemal Kahraman - Ferfecir" musiqisini tövsiyyə edirəm. Musiqiylə kitab oxumaqı sevməyənlər belə məncə bu kitabla o musiqinin uyumunu çox sevəcəklər.
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201633,5bin okunma
128 syf.
·
Puan vermedi
·
Beğendi
Əslində kitabı dünən bitirdim, amma 1k-da olmadığı üçün indi əlavə edirəm.Dünən istək bildirdim,bu gün artıq əlavə ediblər.Duzlu desert kitabında da qeyd etdiyim kimi (Duzlu desert kitabı olmadığı üçün başqa kitabın(
Tomas Oleynik və Həmkarları
Tomas Oleynik və Həmkarları
)"inceleme"yerində yazmışam.Həmin kitabda Aqneşka Stelmaşikindir) oxumağı bacaran hər kəsə məsləhət görürəm.Uşaq dedektif janrdadır.Kitabda uşaqlara öyrədilir ki,yalanını nə qədər gizlətməyə çalışsan da əvvəl-axır ortaya çıxır.Böyükdən kiçiyə hər kəs bu oturuşa bitirə bilər.Fikrimcə, balaca uşaqlarda oxuma həvəsi yarada biləcək kitabdır. Bu seriya 7kitabdan ibarətdir,4-nü oxumuşam və digər 3-nü də oxumağı düşünürəm.
Oğurlanmış Kolleksiya
Oğurlanmış Kolleksiya
Aqneşka Stelmaşık
Aqneşka Stelmaşık
Oğurlanmış Kolleksiya
Oğurlanmış KolleksiyaAqneşka Stelmaşık · 3 Alma Nəşriyyatı · 03 okunma
235 syf.
·
Puan vermedi
Bir neçə saatdır fikirləşirəm ki, birinci haradan başlayım, necə başlayım. Sadəcə onu deyim ki, kitabı bəyəndim və axıcı olduğuna görə rahat bir şəkildə oxuyub qurtardım. Ağlamadan bitirəcəm dedim, amma olmadı. Xüsusilə, Nemecsek obrazı ən sevdiyim kitab obrazları arasına daxil oldu. Pál küçəsində yaşayan həmin bu uşaqlar cəsarətləri ilə insana zövq verirlər. Hər zaman oyunlar oynadıqları bir torpaq sahəsini öz vətənləri kimi qoruyurlar. Başqa küçənin sakini olan uşaqlar bu sahəni ələ keçirmək istədikdə də, əllərindən gələn hər şeyi edirlər. Həmin bu torpaq sahəsi üçün cəsur, ədalətli bir şəkildə mübarizə aparırlar. Vicdanlı bir şəkildə necə qalib gəlmək lazımdır onu da oxuculara göstərmiş oldular. İnsanlar üçün vacib olan dəyərlər uğruna aparılan mübarizədə şərəfli bir şəkildə Boka, Nemecsek kimi obrazlar cəsarəti, dürüstlüyü, mərhəmətləri ilə seçilirdi. "Arkadaşlarımın düşmanlarıyla ittifak kurmaktansa, bir yıl bu soğuk suyun içinde kalmaya razıyım ben! Ne olmuş suya batırdınızsa? Geçen gün kendim düştüm bu göle." Bu cümlələr Nemecsek tərəfindən deyilmişdi. Nemecsek, sən necə mərhəmətli, cəsur, sadiq idin həqiqətən. Necə böyük və gözəl ürəyin var idi.♡ Uşaq ədəbiyyatı kateqoriyasında olsa da, bu kitabdan hər kəsin ala biləcəyi dərs olduğuna əminəm. Yaşları kiçik olsa da, ürəkləri böyük olan "Pál sokağı çocukları" ♡♡
Pal Sokağı Çocukları
Pal Sokağı ÇocuklarıFerenc Molnar · Yapı Kredi Yayınları · 201924,7bin okunma
Reklam
424 syf.
10/10 puan verdi
·
28 günde okudu
Məktubda imza yox idi, lakin kağızın sonunda, hələ uşaqkən bir yerdə öyrəndikləri kiçik bir şeir yazılmışdı: Mən xoşbəxt bir kəpənəyəm, Yaşasam də, ölsəm də...
Ovod
OvodEthel Lilian Voynich · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20221,835 okunma
96 syf.
·
Puan vermedi
Kısacası, bana göre değil tüm insanları seven.
Moliére oyunları arasında nisbətən daha fərqli olan "İnsandan kaçan" kitabı haqqında bir neçə fikrimi bildirmək istərdim. Yazıçımız bu oyunda elə bir mövzuya toxunub ki, həmin problem indiki zamanda da çox qlobal olan bir problemdir. Alceste adlı baş obrazımız cəmiyyətdən uzaqlaşmaq istəyən, insanların səmimi olmayan davranışlarına, yalanlarına zərrə qədər dözümü qalmayan dürüst, açıqürəkli bir insandır. Ətrafındakı insanlara daim dürüst olduğu, fikirlərini açıq bir şəkildə, olduğu kimi ifadə etdiyi üçün bir çox problemlə mübarizə aparmaq məcburiyyətində qalır. Alceste hər kəsə nifrət etmir, dürüst, ağıllı, cəsarətli, səmimi olan insanları sevir. Qaçıb uzaqlaşmaq istədiyi insanlar bu keyfiyyətlərə sahib olmayanlar idi. Hər kəsin tərifləndiyi o dövrdə ona edilən tərif də səmimi gəlmir. "Herkes övülüyor günümüzde, Günümüz modası, şaşılacak bir şey yok bunda. Herkes büyük değerlerle bezenmiş, Övülmek artık bir erdem değil." İnsanlardan qaçıb getmək mümkündür? Hara qədər qaçmaq olar ki? Təbii ki, hər insan eyni deyil, amma bu da bir həqiqətdir ki, indiki zamanda heç tərifə layiq olmayan insanlar yaltaqlıq uğruna təriflənirlər. Bizimlə xoş rəftar edib, daha sonra isə arxamızdan demədiyini buraxmayanları da hər birimiz əminəm ki, görmüşük. "Herkese değer vermek, değer vermemektir." ☆ Xoş mütaliələr. ☆
İnsandan Kaçan
İnsandan KaçanMolière · İş Bankası Kültür Yayınları · 20131,291 okunma
320 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bobweb kuruldu, insanlık farklı bir boyuta taşındı bütün hepsinin ayrı ayrı kişilikleri ve görevleri var. Evrenin büyüklüğüyle beraber artık insan olmadıklarını acı şekillerde gördüler. Tam da her şey güzel gidiyor gibi gözükürken o da ne öyle? :D İlk Bob'dan bu yana bobweb yani bütün bu klonların ağı fazlaca büyüdü. İnsanlığı kurtarma telaşı alevlenirken bunu baltalamaya çalışan çıkmaz mı? Tabii çıkar! Çok üzücü bir sonuca vardı bu baltalama maalesef fakat her şeyi toptan yok edecek kadar değildi. Bir kişinin kişiliğinden kaç farklı kişilik çıkar gördüm gibi vallahi. Ve makineyle insan arasındaki farkı acı şekilde öğrendi birisi. Hala şu oyun oynuyormuşum hissiyatı üstümden gitmedi okurken. Godus oyunu da katıldı gibi içine. Farklı gezegenlerdeki akla sahip olan ırklara tanrıcılık oynayan karakterimiz oldu. Ama nereye kadar?
For We Are Many
For We Are ManyDennis E. Taylor · 20171 okunma
176 syf.
·
Puan vermedi
Kitabda əsas obrazımız Jay Gatsby adlı varlı bir milyonerdir. Lakin onun istəyi illər əvvəl sevgili olduğu Daisy adlı qız ilə qovuşmaqdır. Çünki sahib olduğu heç nə onun ürəyindəki boşluğu doldura bilmir. Keçmişdə olduğu kimi yenə də Daisy ilə qarşılaşıb yenidən onunla münasibətə başlamaq, onun gözündə yüksəlsin deyə nələrə sahib olduğunu ona da göstərmək istəyir. Amma Daisy evlidir. Qarşılaşdıqlarında belə heç nəyin əvvəlki kimi olmadığını və ola bilməyəcəyini zamanla acı bir şəkildə anlayır. Necə bir xəyal qırıqlığı yaşadığını isə təəssüf ki, başa düşə bilirəm. "Neredeyse beş yıl! O öğleden sonra bile Daisy'nin onun düşlerinin yüceliğine erişemedeği anlar olmuştu mutlaka; bu da Daisy'nin hatası olmaktan çok Gatsby'nin yanılsamasının muazzam canlılığı yüzündendir." Sevdiyimiz və buna layiq olmayan insanları bəzən gözümüzdə çox böyüdüb, bəlkə də, onları əslində olmadıqları biri kimi zənn edirik. Nəticədə də xəyal qırıqlığından qaçmaq mümkün olmur. Bundan əlavə olaraq isə kitabda insanların necə nankor olduqlarını bir daha görmüş oluruq. Yaxşı günlərində ətrafında nə qədər insan olmasına baxmayaraq, pis gündə həmin insanlardan əsər əlamət qalmadığının şahidi olduq. Düzdür, indiki zamanda yaxşı gün dostu da çox azdır. Bu da ayrı bir məsələ. :) "Bir kimseye dostluğumuzu sağken göstermeyi öğrenelim, ölünce değil."
Muhteşem Gatsby
Muhteşem GatsbyF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202220,9bin okunma
Reklam
·
Puan vermedi
1 həftəmi geri qaytarın
Bəli, çox təəsüflər olsun ki, bu kitabı oxumuşam. 14 yaşım olanda sinif yoldaşlarımın " çox super kitabdır" deyib tərifləməsi nəticəsində oxumuşam. Haradasa 1 həftəyə oxuyub qurtardım bu kitabı. Kitabdan bir nəticə əldə edə bilmədim.Kitabın mənə öyrətdiyi bir şey var, o da hər insanın təriflədiyi kitabı oxumamaq lazımdır. Düşünürəm ki,
Karantina: Mahşerin Dört Atlısının Hikayesi
Karantina: Mahşerin Dört Atlısının HikayesiBeyza Alkoç · İndigo Kitap · 201620,3bin okunma
206 syf.
·
Puan vermedi
·
16 saatte okudu
Ailə’nin dəhşətli Sonu.
Spoyler ola bilər! Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən Heçbiriniz haqqlı deyilsiniz. Salam 1k ailəsi. Bu ay oxuduğum bir kitabın daha sonuna gəldim, dedektiv kitabları sevsəmdə doğrusu çox oxuyan deyiləm. İlk başlarda əsəri çox bəyənirdim.Ananın,Atanın fəryadı,Ailənin ard-arda başına gələn dəhşətli hadisələr ama sonu məni təccübləndirmədi deyə bilərəm.Cinayətkardan şüphələnmiştim ama şüphələnmə səbəbim dedektiv kitablarda qatil həmişə ağla gələ bilməyən biri çıxır deyəydi. Bəlkə ona görə də çox təəccüblənmədim.Gəldi ki Cinayətkarın bu cinayətləri törədmə səbəbinə fantastik kimi gəldi mənə, elə cinayət özüdə bir tərəfdən dəhşətli digər tərəfdən fantastika kimi idi. Sözün Açığı Əsərin sonunu bəyənmədim.Cinayətkarın Cinayəti kodlamasını bəyənmədim. Əsər haqqında əsas fikrim isə Həmişə Dediyim bir söz var Nə Tanrı nə İnsanlar Valideyinlərin cəzasını övladlarından çıxmasın.Burada Nə Kərimin,Nə Kamranın, Nə də Nurlanın heç bir günahı da qəbahəti də yox idi. Hər birinizə xoş mütaliələr. Ümid edirəm real həyatda Nə Qurban müəllim kimi mala-mülkə Sevdiyi Qadını tərk edənlərə, Nə də cinayətkar kimi əqrəblərin oyununa gəlmərik. Sağlıqla qalın.Növbəti kitab incələməsinə qədər görüşənədək
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
332 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
İçimizdəki hansı meymun?!
Kitab çox geniş müşahidəyə və təcrübəyə əsaslanaraq qələmə alınıb.
İçimizdəki Meymun
İçimizdəki Meymun
meymunlara, şimpanzelərə, təkamülə baxış bucağımı tamamilə dəyişən, bonoboları dərindən kəşf etməyimə imkan verən kitab oldu. İnsan sosial heyvandır, amma tək sosial heyvan insan deyil. Kitabda sosiallığın, birgə yaşamaq ehtiyacının təkcə insanlara məxsus olmaması, şimpanze və bonobo cəmiyyətləri arasındakı fərqlər, xüsusilə də, yaranan münaqişəni həll etmə üsullarındakı başlıca fərqlər əks olunub. Primatoloq oranqutan, qorilla, şimpanze, bonobo meymunları barədə müşahidələrini təsvir etdikdə onları insanla, insan davranışı və təbiəti ilə o qədər ustalıqla əlaqələndirir ki, növbəti hissələri oxuyarkən artıq oxucu özü bu əlaqəni başa düşməyə səy göstərir. Üstəlik bu əlaqə insan təbiətinin hardasa bütün ünsürlərini əhatə edir. Hər əlaqələndirmədə səbəb-nəticə bağlılığını, yaxın qohumlarımızla bu qədər ortaq tərəflərimizin olduğunu, yalnız insana məxsus olduğunu düşündüyümüz xüsusiyyətlərin əslində bizdən daha öncə onlarda yarandığını görmək ayrılıqda heyrətamizdir. Bu isə kitabı inanılmaz dərəcədə maraqlı edir. Təxminən ən çox alıntı yazdığım və uzun müddətdən bəri oxuduğum ən gözəl kitablardan biridir. İlk cümləsi - “meymunu meşədən çıxara bilərsiniz, amma meşəni meymunun içindən çıxara bilməzsiniz” barədə belə saatlarla düşünmək olar. Hə, bəs içimizdəki hansı meymun? Şimpanzelər Yanus kəlləsinin qəddar tərəfidirsə, bonobolar empatiya hissi yüksək olan mülayim tərəfidir. Məncə, içimizdəki meymun bonanze, ya da şimpobodur…
İçimizdəki Meymun
İçimizdəki MeymunFrans de Waal · Teas Press Nəşriyyatı · 0232 okunma
164 syf.
10/10 puan verdi
·
2 saatte okudu
Əvvəl “Ön söz”ü oxumamışdım. Şeirləri oxuduqca düşündüm ki, şair niyə nağıldan şeiri götürüb bura yazıb? Sən demə, elə o nağıllardakı, filmlərdəki şeiri də Ramiz Rövşən yazıbmış. Hətta Tıq-tıq xanım cizgi filmindəkiləri belə…Ramiz Rövşəni bu qədər sevib bilmədiyim üçün utandım :(
Bu Dünyanın Hər Sifəti
Bu Dünyanın Hər SifətiRamiz Rövşən · Teas Press · 041 okunma
233 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.