Mehriban Məmmədova - "Səsimi kim eşidər?"
Kitab satışa çıxdığı andan maraq dairəmdə olsa da, oxumaq elə bu günlərə qismət imiş. Kitabın real hadisələrə əsaslanması, xüsusən də baş obrazın elə yazıçının özü olduğunu bilə-bilə oxumaq hekayəni ikiqat təsiredici edir. Kitab o qədər duyğusal idi ki, mənim kimi daşürəkli bir insanın belə bəzi səhnələrdə gözünü doldurmağı bacardı. İnsan oxuduqca düşünür ki, biz sadəcə oxuyanda bu qədər təsirləniriksə, gör bu bədbəxt hadisələri yaşayan və sonra yenidən qələmə alan müəllif hansı travmaları yaşamalı olub...
Kitab, gənc bir qızın - Nərgizin valideynləri tərəfindən erkən nikaha məcbur edilməsi və onun keçməkeşli həyat mübarizəsi ilə başlayır. Bu, valideyn səhvlərinin günahını övladın çəkdiyi, heç kim tərəfindən dinlənilməyən və istəmədiyi həyata məhkum edilən bir qızın hekayəsidir. Kitabı oxuduqca XXI əsrdə hələ də belə düşüncəli insanların var olduğunu bilmək mənə ikiqat əsəb verirdi. Qadını sıxan, "oğlana hər şey olar, qız susmalıdır" deyən və qızların təhsilinə mane olan bu düşüncə tərzi cəmiyyətimizin ən büyük yarasıdır.
Sözsüz ki, kitabda bəzi nöqsanlar var idi. İlk səhifələrdən etibarən bəzi səhnələr bir az sönük və süni təsir bağışlayırdı. Cümlələr bədii ədəbiyyatdan uzaq, daha çox loru danışıq dilinə yaxın idi. Məsələn, iki baş obraz arasındakı dialoqların demək olar ki, 70%-i eyni - "ürəyim" sözü ilə başlayırdı, bu təkrarçılıq isə həmin dialoqdakı heç bir hissi, məncə, oxucuya tam şəkildə ötürmür. Bundan əlavə, kitabdakı hərf səhvləri də bəzən yorurdu insanı, amma hekayə maraqlı olduğu üçün o yoruculuq bir yerdən sonra kənarda qalırdı. Hekayədəki bəzi söhbətlərin təkrarlanmasını isə yazıçının keçirdiyi ağrının, aldığı travmanın çox güclü olması ilə bağlayıram. Yoxsa bu qədər təkrar olmazdı deyə düşünürəm...
Kitabda