Şəkk, Şübhə... İçini tamamilə bir qaranlığa bürüyən, bütün xislətlərlə içini dolduran və səni, adəta, bir şeytana çevirən bir başlanğıc. Elə bir başlanğıc ki, hər kəsə qarşı hər zaman yarana bilən. Ən dəyərli olanlara, ən qıyılmaz insanlara qarşı belə... Dəlili olmasa belə, insanı gözdən salacaq və sonuna səbəb olacaq iblisimsi toxumlar... Elə bir toxum ki sübutla deyil, içini gəmirən ziddiyyətlərlə var olan və get-gedə böyüyən... Elə bir toxum ki onu yox etməyə heç kimin gücü çatmayan... Elə bir toxum ki sənin qüdrətinin qarşısında belə məhv olmayan... İçində var oldu mu səni yaşarkən belə öldürmədən əsla bitməyən... Ruhuna cəhənnəmi belə çox görüb, səni arafda yaşamağa məcbur edən bir toxum... Beynində dumanlara və əsla silinməyəcək ən dəhşətli xatirələrə, qəlbində ən kəskin ağrı və acılara, çiyinlərində daşıyamayacağın, lakin heç bir zaman da qurtula bilməyəcəyin yüklərin var olmasına səbəb olan şeytansı qığılcımlar... Ya içində bu qığılcımı yox etməlisən, ya da onun səni bitirməsini izləyəcəksən.
16.04.2023
Sultan Süleyman və Sədr-Əzəmi İbrahim Paşa dostluğundan təsirlənərək...