Maraqlıdır ki, təbiət canlıları təkamül etdirərək, cinsiyyətsiz və hermofodrit canlılardan, ayrı - dişi və erkək canlılara qədər böldü və əbədi olaraq daima birlikdə olmaq, birləşmək əmrini verdi. Məni düz başa düşün. Təbiət heç də bizi düşünüb bunu etməyib. O kifayət qədər eqoistdir, sadəcə və sadəcə özünü düşünərək zənginləşməyi fikirləşir. Bizdən istifadə edir. Təbiətin qarşısında qadınlar və kişilər, erkəklər və dişilər, hermofodrit canlılar, bölünmə ilə çoxalanların hamısı eynidir.
Əslində isə Şopenhauer "cinsel aşkın metafiziği " ilə insan instinktlərinin onun şüuru ilə olan münaqişəsi haqda yazıb. Yazılanları oxuyub yaxşı-yaxşı düşünmək lazımdır. Mövzulara müasir cəmiyyətin həyat prinsipləri çərçivəsində baxdıqda ortaya çox daha maraqlı nəticələr çıxa bilər.