Kitabı artıq 2 ci dəfədir ki oxumuşam, və yenidən oxusam yenə nəzərimnən yayınan faydalı məlumatın olduğuna əminəm. İnsanlara təsir etmənin çox maraqlı bir o qədər asan (hərçənd bizim çox vaxt etmədiyimiz) yolları qeyd olunur. Təbii ki bunları gündəlik həyata tətbiq etməklə çox faydalı nəticələr əldə etmək olar. Əsasən insanın öz eqosunu , əsəblərini,hisslərini tənzimləyərək , çətin vəziyyətdə soyuqanlı davranmağı aşılayır. İnsanlara təsir edətkən məcburetmə, zor tətbiqetmə, cəzalandırma kimi vasitələri yox inandırma , mükafatlandırma kimi üsulların faydası vurğulanır. Təbii ki hər prinsip haqqında xeyli fikir irəli sürmək mümkündür. Buna görə də bu kitabdan faydalanmağı tövsiyə edirəm