İndicə bitirmiş olduğum bu kitabın, məndə hansı hislərə səbəb olduğunu yəqin ki, sözlərlə ifadə bilməyəcəm. İlk səhifələrindən dili o qədər ağır, cümlələr o qədər qarışıq və uzun gəlmişdi ki, anlamaq üçün bir cümləni 3 dəfə oxuduğum yerləri oldu. Amma sonra, yəni əsas hekayəyə keçdikdən sonra kitabı əlimdən buraxmaq istəmədim. Bəlkə də, mənə bu qədər təsir edən, bütün bunların gerçək həyat hekayəsi olmağı idi.
Normalda klassik romanları oxuya bilməyən mən, bu kitabla bütün önyarğılarımı dağıtdım deyə bilərəm.
Oxuyarkən düşündüyüm, daha doğrusu sıx-sıx ağlımdan keçən tək cümlə var idi:
“Biz insanlar, doğurdan da, sadəcə öz yaşadıqlarımızı, öz hislərimizi önəmli sayan, qarşımızdakı insanı anlamaq üçün çaba sərf etməyən “bencil” varlıqlarıq.
Not: Bu düşüncələrimi kimsə oxuyar deyə deyil də, gələcəkdə məni təsiri altına salan kitabları xatırlamaq istəyəndə özüm oxuyum deyə yazıram.