Çexovun qısa hekayələrindən biri olan Kara Keşiş əsərində gənc alim Kovrinin həyatının müəyyən dönəmləri və sonu ilə tanış oluruq.Əsərdə dörd əsas xarakter var:Kovrin,həyat yoldaşı Tanya,onun atası Yegor Semyoniç və hekayəyə adını verən Kara Keşiş.
Əsərdə Kovrinin dahilik və dəlilik arasındakı sərhəddə dayandığının,bəzən bir tərəfə,bəzən isə digər tərəfə daha çox yönəldiyinin şahidi oluruq.Çox düşünən və çox çalışan əsas xarakterimiz tez-tez xəyali keşişlə görüşür,söhbətlər edir.Kovrinin keşişin real olmadığının bilincində olması da buna hər hansı psixoloji xəstəlik və ya şizofrenik bir hal kimi baxmağımıza mane olur.Keşişlə görüşdüyü hər an Kovrin özünü daha xoşbəxt hiss edir.Keşişin verdiyi suallar və tam olmayan cavablar düşünən insanın yaradılışla bağlı sorğulamalarına uyğun şəkildə qurulub.Suallar verilir,lakin əsaslı və tam əhatəli cavablar yoxdur.Bu mənada keşişin fəlsəfi bir obraz kimi hekayədə yer aldığı düşünülə bilər.
Hekayənin hansı hissəsində Kovrinin dəli,hansı hisəsində dahi olduğunu müşahidə etmək maraqlı idi.Sonda yazar çox yüksəlmiş personajın necə düşdüyünü,bitdiyini ustalıqla təsvir edir.
Hekayədə zaman və məkan anlayışlarında ciddi problem hiss etdim.Hadisələr arasındakı keçidlər çox ani və sürətli verilir.Həmçinin əsas xarakterlərin uşaqlığına,travmalarına,yaşadıqlarına toxunulmaması bir qədər əksik təəssürat yaradır,personajın gözündən hadisəyə baxmaq mümkün olmur.Bunu Altıncı Koğuşda da hiss etmişdim,konkretlik Çexovun kiçik hekayələrinin spesifik xüsusiyyətlərindəndir deyəsən.