- Müharibə həm də ölüm deməkdir, -dedi. - Uşaqlarının anasız qala biləcəyindən qorxmursan?
Arəstənin səsi titrədi:
- Əlbətdə,çox qorxuram.Allah heç bir uşağı ata-anasız qoymasın.Ancaq düşünəndə ki,burada uşaqları yetim qala biləcək neçə-neçə hərbçimizi ölümdən qurtarıram...Bunun müqabilində mənim 2 övladımın anasız qalması nədir ki?...