Leyli ilə Məcnun, Romeo ilə Cülyetta ölməyib qovuşsaydılar, nə baş verərdi? Cavab hər zaman eynidi: Onları məişət öldürərdi.Siz qovuşmaq üçün dağları yarın, qan tökün, qanınızı töksünlər, zəncir taxıb səhraları dolaşın, özünüzə heyvanları yoldaş seçin, ayı, günəşi şahid göstərin sevginizə...
Sonra məişət adlı mənasız xırda, gözəgörünməz bir şey, bir... nəsnə yerin altından səssizcə, incə-incə sızıb tədricən ətrafı palçığa çevirən su kimi girsin aranıza və... sevgi kaput! Bu qədər sadə və asan..