Ey varlığı ən təmiz ruhlardan daha təmiz!
Ruhuna canım fəda! Ulu peyğəmbərimiz!
Sənsən rəhmət yurdunun tən ortası, mərkəzi,
Qələminlə silindi hər zəhmətin nöqtəsi.
Sən Əcəm şahlarının həmişəlik şahısan,
Ərəb yolçularının Ayısan, pənahısan.
Yolu göstərməsən də, yol tapırlar sayəndə,
Baş kətxuda özünsən, kəndə heç dönməsən də.