Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
288 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
...Ethel Lilian Voynich...Ovod... Hər bir insanın, düşünürəm ki, onun kimi olmağa çalışan, daim xatırladığı, sevimli bir ədəbi qəhrəmanı olmalıdır.https://1000kitap.com/ovodsever in Ovodu sevmesinin neticesidir ki mende bu kitabla tanis oldum.cox tesekkur https://1000kitap.com/ovodsever) Beləliklə, yazmağa davam edirik, vaxt gəzir! Ədəbiyyat dünyanın döyünən qəlbidir. İnsanın düşüncə
Ovod
OvodEthel Lilian Voynich · Şərq-Qərb Nəşriyyatı · 20061,828 okunma
408 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bu kitabı oxuyanlar niyəsə obrazların çoxluğundan və iki nəsil boyu davam edən süjet xəttindən şikayətlənir. Amma nəsillər və ailələr arasında gedən söhbətlər və qeybətlər bizim gündəlik həyatmızın bir parçasıdır... Ona görə bu tip əsərlərdən ən çox elə şərq insanı zövq alar deyə düşünürdüm. Hadisələri obrazlardan biri digərinə nəql etdiyi üçün
Uğultulu Tepeler
Uğultulu TepelerEmily Brontë · Can Yayınları · 202142,1bin okunma
Reklam
520 syf.
·
Puan vermedi
·
4 günde okudu
Lev Tolstoy demişdi ki "İstər acı olsun istər şirin, fərq etmir, xatirələr insana əzab verər." Bir zamanlar sevdiyimiz insandan qalan kiçik bir əşya xatirəsi də elə. Bu kitabın hələ oxumadan məndə bam-başqa bir yeri var idi. Ağır şəkildə xatirələrlə yaşayan və onları (uşaqlığımı, məktəb, universitet illəri, sevgimi, dostlarımı,
Masumiyet Müzesi
Masumiyet MüzesiOrhan Pamuk · Yapı Kredi Yayınları · 202241,2bin okunma
122 syf.
10/10 puan verdi
·
Beğendi
•İlin son təhlili "Hərbistan" olsun...♡♡
Hardan başlayım necə yazım bilmirəm. Bir şey məni xoşbəxt edirsə bunu sözlə ifadə etməyə çətinlik çəkirəm. Necə deyərlər bəzi hisslər sözlə ifadə oluna bilmir. Eynən bu kitabın mənə yaşatdığı hisslər kimi. Yenədə əlimdən gələn qədər yazmağa çalışacam. Kitabı ilk dəfə bu platformada görmüş və adından, üz qabığından müharibə mövzulu olduğunu
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
244 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 günde okudu
Son günlər cəmiyyətimizdə intihar hadisələrinin sürətlə artması səbəbindən "Libraff" və "TeasPress" ortaq layihəyə imza ataraq məhz bu kitabı oxuculara hədiyyə olaraq təqdim etdi. Bu, olduqca düşüncəli və təqdirəlayiq addımdır. Ümid edirəm ki, kitabı əldə edən oxucular həqiqətən də psixoloji dəstəyə ehtiyacı olan oxucular
Sağ Qalmaq Üçün Səbəblər
Sağ Qalmaq Üçün SəbəblərMatt Haig · Teas Press · 20181,046 okunma
464 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Hər yazarın bir şah əsəri var" deyirlər. Bəlkə də elədir, bunu inkar edə bilmərəm. Markus Zusak daha çox hamımıza "Kitap Hırsızı" romanı ilə tanışdır. Kitabını oxuyan və filminə baxan biri kimi deyə bilərəm ki, həqiqətən də, möhtəşəm idi. O dövrün ağır, çirkli, barut dolu havasını oxuyarkən hiss etmişdim. "Hiç kimse sıradan değildir" kitabı isə çox insan tərəfindən bəyənilməsə də, deyəsən, qəribə bir şəkildə mənim daha çox xoşuma gəldi. Kitab həm macəra romanı, yeri gəldikdə detektiv, bəzən isə şəxsi inkişaf təəssüratı bağışladı məndə. Çox axıcı idi. Gec bitsin deyə əlimdən gələni etdim, amma olmadı . Əsas obrazımız, 19 yaşında Ed Kennedy, taksi sürücüsü işləməkdədir və 3 yaxın dostu var. 4 sıradan insan. Həyatlarında baş verən hər şey, hər birimizin başına gələ biləcək bir şeydir. Ta ki... Ed Kennedy bankda kredit ödəməyə çalışarkən oğruluq hadisəsi olur və oğrunun tutulmasında yaxından iştirak edir. Bundan sonra isə bütün həyatı dəyişir. Evinə üzərində mesajlar olan oyun kartları gəlməyə başlayır və bunları etmək məcburiyyətində qalır. Kartların kim tərəfindən göndərildiyi, orda yazılanları niyə etmək məcburiyyətində qaldığını bilmir, amma hər dəfəsində fərqli hadisə ilə qarşılaşır və həll etməyə çalışır. Zaman-zaman güldürən, bəzən üzücü hadisələrin baş verdiyi, bəzən isə detektiv formada davam edən bir kitab idi. Müəllifin verməyə çalışdığı mesaj isə kitabı daha da gözəl edirdi. Xoş mütaliələr!
Hiç Kimse Sıradan Değildir
Hiç Kimse Sıradan DeğildirMarkus Zusak · Martı Yayınları · 20205,5bin okunma
Reklam
264 syf.
9/10 puan verdi
·
6 günde okudu
TARİXİMİZİN QARA SƏHİFƏLƏRİNDƏN BİRİ...
Açıqcası, "Buqələmun" əsərilə Ülviyyə xanımın qələmini kəskin şəkildə qırmışdım. ALJİR.i oxumağıma vəsilə olan müzakirə olmasaydı, yəqin ki, çox çətinliklə müraciət eləyərdim yaradıcılığına. Lakin ALJİR bir başqa oldu və yazıçının qələminin nə qədər püxtələşdiyini göstərdi. Araşdırmalar əsasında yazılması, tarixi materiallardan,
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019191 okunma
140 syf.
7/10 puan verdi
·
3 günde okudu
Kitab ürəyində "ağrılar" hiss edən, dərdli, həm ruhi, həm də fiziki cəhətdən xəstəliklə mübarizə aparan bir adamın ağır, kədər verici, yorucu və bəzən də qorxuducu düşüncələrindən bəhs edir. Dərin, qaranlıq bir romandır "Kör Baykuş". Oxuduqca təəccüblənə və nə oxuduğunuzu anlamaya bilərsiniz. Çünki əsərdə zaman anlayışı yoxdur. Xəyallarla gerçəklər, keçmişlə gələcək bir yerdədir, bir-birinə qarışmışdır və eyni anda bir-birinin içində davam edirlər. Ki bu da həyatını intiharla sonlandıran yazıçının ruh halı ilə bilavasitə əlaqəlidir. Bəyəndiklərim sırasına girməsə də, olduqca fərqli və maraqlı əsər idi. Xoş mütaliələr.
Kör Baykuş
Kör BaykuşSadık Hidayet · Yapı Kredi Yayınları · 202328,2bin okunma
436 syf.
·
Puan vermedi
·
Beğendi
·
11 günde okudu
Corc Oruell'in həyatı və qələmi ilə ilk tanışlığım oldu. Yazıçının onsuzda çox qısa sürən ömrü olduqca ağrılı keçib. Corc Oruell həm də jurnalist olub. O, totalitar rejimə qarşı təkcə kitablarında yox, eyni zamanda jurnalistika sahəsində də öz kəskin mübarizəsini sona qədər davam etdirib. "1984" Corc Oruell'in ən sonuncu və haqqında ən
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019165,7bin okunma
99 syf.
·
Puan vermedi
·
3 saatte okudu
Cox agir bir kitabdi.oxumaq istedim ama davam etmeye gucum catmadi...belke ne vaxtsa seni bitirecem,ama bu gun yoxx.... Vee...Azerbaycanin Xocali Soyqirimini,Xocalida toredilen vehsilikleri lente alan Azerbaycan Milli Qehremani Cingiz Mustafayev.....Allah sene rehmet elesin....Allah butun sehidlere rehmet elesin... P.s.kitabi yarimciq qoyma sebebim ,bir nece ay once Seriyye Muslumqizinin _Olumden o yandaki Xocali kitabini oxuyub uzun muddet tesirinden cixmamagimdi.Seriyye xanim sexsen Xocalinin sahidi olub, qeleme alib oxuyarken o anlari yasamamaq elde deyil. Allah bir daha Tariximize Qanli sehifeler yazdirmasin........
Mənim Erməni Oğlum
Mənim Erməni OğlumAkşin Xəyal ·  Baki Kitab Klubu · 0103 okunma
Reklam
25 syf.
8/10 puan verdi
Çexovdan bir “yasak aşk” hekayəsi. Çexovun bu kiçik hekayəsində hər ikisi evli olub,lakin xoşbəxt olmayan iki insan arasında yaşanan bağlılıqdan bəhs edilir.Qadınları “ikinci sinfə”aid edən Qurov öz xoşbəxtliyini Anna Sergereyevnada tapır.Aralarındakı bu münasibətin adi bir sevgi macərası olmadığını isə bir-birlərindən ayrı qaldıqda başa düşürlər.Annanın daxili müharibələri,vicdan əzabı və iztirabları da bu sevginin qarşısında dura bilmir.Nə evliliklərini,nə də bu münasibəti sonlandıra bilirlər və böyük ehtimal ki,ömürlərinin sonuna qədər bu belə davam edir. Ümumiyyətlə Çexovu fərdin daxili dünyasını,iç çaxnaşmalarını ifadə etməkdə usta sayıram.Bu qısa hekayənin mövzusu hər nə qədər gündəlik həyatda rastlanan klassik xəyanət kimi düşünülsə də,əxlaq,şərəf,empatiya,vicdan əzabı,peşmanlıq və iradə(və ya iradəsizlik) kimi mövzularda güclü analizlər də mövcuddur. Yazar hekayənin sonunu oxucuya buraxır.Xəyanət üzərinə qurulmuş bu sevgini Çexov nə qədər mükəmməl şəkildə təsvir etsə də,onun gətirdiyi iztirabların sevginin verdiyi xoşbəxtlikdən daha ağır gəldiyini dərk etmək oxucuya qalır. Kitab səhifə cəhətdən çox az olsa da,insana təsir etməyi bacarır.Oxuduğum digər Çexov əsərlərindən bir qədər fərqlənirdi,daha çox romantizm və psixologizm cərəyanlarını da hiss etdim. Görəsən bütün insanlar bir gün həqiqi sevgini tapır?Bəs onun üçün hər şeydən imtina etmək nə qədər doğrudur?Sevgi bütün əngəlləri aşmağa qadirdir mi?-Bu suallar ətrafında uzun müddət düşündürən bir kitab idi.Oxumağa dəyər :)
Küçük Köpekli Kadın
Küçük Köpekli KadınAnton Çehov · BZ Yayınları · 20141,034 okunma
520 syf.
10/10 puan verdi
·
12 günde okudu
Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, qarşımızda adi, sıravi roman dayanmır. İkinci növbədə əsəri oxumaq kifayət etmir. Şübhəsiz ki, çox şey oxuyub qurtardıqdan sonra ortaya çıxır və əsəri dərk etmək üçün müəyyən ədəbi təcrübə tələb olunur. Təcrübə baxımından nə zənginəm, nə də kasıb. Odur ki, özüməməxsus tərzdə əsəri dərk etmək potensialım
Usta ve Margarita
Usta ve MargaritaMihail Bulgakov · Türkiye İş Bankası Kültür Yayınları · 20207,1bin okunma
508 syf.
9/10 puan verdi
·
Beğendi
·
436 günde okudu
Düzdür biraz gec bitirdim bu kitabı. Mövzusu və hekayəsi ağır-ağır davam edirdi. Bu kitab özündə “Tarix, sevgi, mərhəmət, intiqam, haqsızlıq və daha bir çox şeyi” cəmləşdirib. Bir film kimi davam edən kitabdır. Eyni adlı filmini də izləyə bilərsiniz. Çox yazmaq istəmirəm spoiler kimi olacaq yazacaqlarım da. Carton və Charles biri-birinə çox bənzəyir. Madam Defarge intiqamı üçün hər şeyi edir. Doktor Manette Sirli bir keçmişə sahib. Mr. Lorry bu hekayədə ən saf obrazlardan. Luice, Cartonun aşiq olduğu, Charlesin yoldaşı, Doktorun qızı. Hekayə ağrılı acılı, yarı şən, yarı hüzn davam edir. Sonda Carton öz canını fəda edir Charlesin yerinə ölümə gedir. Bunu ustaca, mənalı bir şəkildə edir. Kitabı daha yaxşı anlamaq üçün filmini də izləyə bilərsiniz. Oxuyanda daha yaxşı təsəvvür yaranar.
İki Şehrin Hikâyesi
İki Şehrin HikâyesiCharles Dickens · Türkiye İş Bankası Kültür Yayınları · 202258,6bin okunma
472 syf.
4/10 puan verdi
Gözləntilərimin aşağısında qalan bir kitab. Kitabın müsbət tərəfləri bəzi dərin fikirlərə yer verilməsi, maraqlı idea seçilməsidir. Kitabın əvvəli daha həyəcanlıdır. Bir tərəfdən obrazların əvvəlki həyatı bir tərəfdən də onların "enkaz altımdakı" həyatını görürük. Enkaz altından çıxarılması hissəsi mənim üçün boşluq olaraq qalır. Yəni həmin hissəyə qədər onların nə cür nə şəkildə çıxacağını düşünürük, ancaq bir anda özümüzü xəstəxanadakı Kumrunun yanında tapırıq. Hətta inandırıcılıq payı orda itir ki , uzun müddətdir polis eləcə də ailələr işin içindədir, ancaq bir anda hər şeydən Araz xəbər tutur və bilmədiyimiz şəkildə xilaskar olur. Əsər bir anda Kumru Uraz sevgisinə dönür , daha dərin daha həyəcanlı idea gözləyərkən,kitap belə bəsitləşdirilir. Obrazların aralarındakı dialoqlar normaldır,zaman zaman gülümsədir. Ancaq təkrar təkrar eyni zarafatlar olunur. Əsərdə 2 dəfə ağır komadan möcüzə əsəri çıxan iki obrazın olmadı(Kumyr,Azar) və bu obrazların Urazın həyatında mühüm rol oynaması təkrar əsərdəki reallığı itirir. Hər hansı obrazın ölməsi və ya Kumrunun hekayəsinin yarımçıq qalması və bu hekayəni Urazın davam etdirməsi mənim üçün daha uğurlu sayılardı.Yazıçı isə sanki heç kəsin qəlbi qırılmasın ,hamı cütlük olsun ,hamı yaşasın, hamı xoşbəxt olsun məntiqi ilə yanaşıb. Ancaq deyəsə bir Bulut ögəydir)))İkinci kitab məndə heç həyəcan doğurmur ,sırf bu kitabı oxuduğum üçün oxuya bilərəm, ama gözləntilərim aşağıdır
Enkaz Altındakiler
Enkaz AltındakilerBeyza Alkoç · İndigo Kitap · 20224,823 okunma
352 syf.
·
Puan vermedi
·
10 günde okudu
Gününüz xeyrli və bərəkətli keçsin inşallah. Ümid edirəm ki, hər şey qaydasındadır. Qardaş toyunun hazırlıqları, havaların soyuması, işdə imkanın olmaması və toy abu-havası derken kitab oxumaq hevesim bir az geridə qaldı. Qarın yağması Kış bahçesi kitabını açmağıma səbəb olsa da, bu qədər işin arasında 500 səhifəlik kitabı bitirə bilmədim. Araya FRİDA KAHLO aldım və bir həftəyə nəhayət ki, bitdi. Daimi izləyicilərim qadın həyatından bəhs edən kitablara düşkünlüyümü bilir. Daha öncə də bir çox qadının həyatı ilə tanış olmuşam. Adını çox eşitsəm də, araşdırmağa çox da maraq göstərmədiyim Frida Kahlonun da həyatı olduqca ağıır keçib. 17-19 yaş ərəfəsində keçirdiyi ağır yol qəzası ilə ölümdən dönsə də, illərlə yataq şəraitində müalicələr alır. Bu ağır günlərdə o özünü rəsm çəkərək motivasiya etməyə başlayır və daha sonralar olduqca bacarıqlı rəssam olur. Frida öncə ailəsinin, həkiminin və daha sonra da özünə inamı sayəsində yenidən ayağa qalxır. Qəzada onunla bərabər yaralanan Alexandro isə onu ilk eşqin verdiyi ürək ağrısı ilə tanış etdi. Sevgilisinin onu tərk etdiyi gerçəyini qəbul edib həyatına davam etməsi Frida üçün bir az çətin oldu. Dieqo ilə tanışlığı isə ona yeni bir eşqin və evliliyin qapısını açır. İlk hamiləliyi isə ona unutmaq üzərə olduğu ağır günlərini yenidən qaytarır. Keçirdiyi qəza onu ana olmaq hüququndan məhrum etmişdi və o bunu illər sonra ilk övladını itirəndə öyrənir. Həyatda özümün də yaşadığı ağrılara da toxunan kitab mənə çox təsir etdi. Əslində hər qadının içində bir Frida Kahlo var....
Frida Kahlo
Frida KahloRauda Jamis · Qanun Nəşriyyatı · 20204,701 okunma
132 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.