"Değirmen" hekayəsi ilə başlayan, hər hissəsində müxtəlif hekayələr olan, 3 hissədən ibarət olan və sonda "Esirler" oyunu ilə bitən bu kitab Sabahattin Alinin ən üstün əsərlərindən biridir. "Değirmen - Esirler" kitabı çağdaş dövrün dərin olan hər bir məsələni əhatə edirdi: Sevgi, şərəf, namus, ədalətsizlik, vicdan, saflıq, kömək, əxlaq, insanlıq, vətən, təmiz və çirkli duyğular və daha nələr, nələr. Və hətta dövrün hüquq sistemi, ədalət sistemi, hüquq-mühafizə orqanlarının fəaliyyəti, rüşvətxorluq bəlası, vəzifədən sui-istifadə, qanunsuz və hüquqazidd əməllər çox incə və dərin şəkildə göstərilir. Hər bir hekayəsi haqqında məlumat verərək spoiler vermək istəmirəm, amma mütləq oxuyun deyirəm. Hətta Sabahattin Alinin bütün kitablarını oxumağı tövsiyə edirəm.