Uca kürsüsündə oturur hakim,
Bilinmir müqəssir kimdir, haqlı kim?!
Cani arxalanır hakimə bəzən,
Hakim günahkara çıxır havadar.
Pozğunluq hökm edir, bir də görürsən:
Müqəssir haqlıdır, haqlı günahkar!
Az qalır düz-dünya, dövlət məhv ola.
Sönür həqiqət də, saf düşüncə də.
Canilər çoxalır və nəticədə
Namuslu adam da düşür pis yola.
Cəza vermədikdə cinayətkara,
Hakimlər də olur caniyə yoldaş.