Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Min Möhtəşəm Günəş

Khaled Hosseini

Yorumlar ve İncelemeler

Tümünü Gör
455 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Keşke bitmeseydi..
Min möhtəşəm günəş, nə mükəmməl bir əsərsən. İndiyə qədər oxuduğum ən mükəmməl dramatiq bir şah əsər! Bu kövrəldici hekayə o qədər qüsursuz yazılmışdı ki, özümü kitab boyunca əsərin içində buldum. Sanki yaşananları kənardan görürəm, seyr edirəm ki, hissettirir. Bu, yazarın oxuduğum ikinci kitabıdır və məni çox təsirləndirdi.Oxucuların nəzərinə çatdırmaq istədiyim əsas məqam, kitaba əsaslanan teatr səhnəsinin canlandırılmasıdır. Bəlkə də aranızda bu səhnədən xəbərsiz olanlar var sizi bu gözəl tamaşa ilə tanış etmək istəyirəm. Səhnə o qədər mükəmməl hazırlanmışdı ki, bu dərin acı dolu həyat hekayəsini çox gözəl şəkildə tamaşaçılara çatdıra biliblər. İzləmək üçün buradan daxil olub izləyə bilərsiniz youtu.be/XImVhXnIbn4?si=... İkinci hissəsini rəylər bölümündə paylaşacam. Hər birinizə xoş mütaliələr və xoş izləmələr arzulayıram.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
Reklam
455 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Min möhtəşəm günəş oxumaq üçün gecikdiyimi düşündüyüm kitablardan biri oldu. İlk öncə "Çərpələng uçuran" kitabını oxuyub çox təsirlənmişdim, eyni hissləri bu kitabda da keçirdim. Müharibələrin acımasızlığı, insanın sevgiyə,doğmalığa və bağlılığa necə ehtiyac hiss etdiyi, sevginin sağaldıcı gücü, mərhəmət, məhrumiyyət, çarəsizlik - bunlar hamısı kitabda çox gözəl şəkildə əks olunub.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
5/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Bismillah.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm Günəş
Khaled Hosseini
Khaled Hosseini
Deməəək. Kitab Əfqanıstanlı Məryəm və Leyla adlı iki qızın(qadının) həyatını, ümumiyyətlə,Əfqan xalqının, xüsusilə, qadınlarının çəkdiyi zülmləri ələ alır. Məryəm çətin bir yaşamdan sonra həyatının irələyən dönəmində Leyla ilə tanış olur.Məryəm doğulduğunda istənməyən uşaq,Leyla isə evinin tək qız uşağı və sevinci
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
·
Puan vermedi
·
5 günde okudu
Xalid Hüseyninin oxuduğum ikinci əsəri olan "Min möhtəşəm günəş" elə birinci kimi - "Çərpələng uçuran" - məni çox təsirləndirdi. Eyni dövrlər ərzində eyni bir ölkədə baş verənləri bu iki əsər nisbətən fərqli mövqelərdən nümayiş etdirir. Min möhtəşəm günəş'də yazıçı müharibənin ən şiddətli, ən ağır məqamlarını oxucunun gözü
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
Reklam
455 syf.
·
Puan vermedi
·
11 günde okudu
Əsər haqqında fikirlərimi bölüşmək mənə hal-hazırda çətin gəlir. Haqqında çox zaman eşitdiyim, "oxuyacam" deyib, amma hər dəfəsində təxirə salaraq oxumadığım, nəhayət oxuyub, dərindən təsirləndiyim əsər... Anna Karenina əsərində "Din əhalinin vəhşi təbəqəsi üçün cilov kimi bir şeydir" cümləsinin altından xətt çəkmişdim. "Min Möhtəşəm Günəş" əsəri isə tamam əks fikirləri beynimdə oyatdı. Daha sonra anladım ki, din, inanc məsələlərini istəyən istədiyi formada insanlara yeridir. İtirən və ya qazanan kim, yaxud kimlər olur, heç bir fikrim yoxdur, lakin acı həqiqət- əsərdə də deyildiyi kimi, "şimalı göstərən kompas əqrəbi kimi, kişinin şəhadət barmağı həmişə qadını göstərir. Yadda saxla, qızım, günahkar həmişə qadın olur".
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
9/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Min Möhtəşəm Günəş
Roman müəllifin “Və dağlardan səda gəldi” əsərindən sonra oxuduğum ikinci romanıdır. Müharibə dövründə qadınların keşməkeşli həyat yolu, onlara verilən işgəncələr, erkən nigahların acınacaqlı sonu kimi bu və digər problemlər tam açıq şəkildə qələmə alınıb. Kitabın bəzi səhifələrini oxuduqca tüklərimin necə biz-biz olduğunu xatırlayıram, təsirlənməmək qeyri-mümkündür. Sadəcə kitabda sevmədiyim iki məqamı da qeyd etmək istəyirəm. İlk öncə elə ilk səhifələrdən yazıçı vətəninə bağlı olduğunu açıq şəkildə hiss etdirir, lakin kitabda siyasətə, hakimiyyət dəyişikliklərinə bir qədər üstünlük verilməsi bir müddət sonra oxucunu yorur. Sevmədiyim ikinci məqam isə Leyla və Tariqin illər sonrakı görüşünün belə quru təsvir edilməsi idi, məncə o daha təsirli şəkildə qələmə alına bilərdi. Həmin görüşdən sonra məncə Tariq Leylanın ərinin necə qəddar biri olduğunu Rəşidin və bu görüşdən xəbər tutduqdan sonra Leylanın başına gətirəcəklərini təxmin edib onun Rəşidlə üz-üzə gəlməsinə mane ola bilərdi.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
8/10 puan verdi
·
Beğendi
Hər sınağın,hər dərdin bir səbəbi var.
Roman Əfqanıstan müharibəsinin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.Roman axıcı və çox güclü təsirə malikdir.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
·
Puan vermedi
·
24 saatte okudu
Bəlkə də çoxları bu kitabı oxuyub, bəlkə də çoxlarına tanışdır bu kitab: Xalid Hüseyninin “Min möhtəşəm günəş”i. Bu əsəri çoxdan oxumaq istəyirdim, amma mütləq araya ya hansısa kitabı salıb oxuyur, ya da nəsə baş verirdi ki, həmin kitabın varlığını unudurdum. Bir az da son günlərdə Əfqanıstanla bağlı sosial şəbəkə və xəbər saytlarından
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
Reklam
455 syf.
10/10 puan verdi
“Qızım,şimal səmti göstərən kompasın əqrəbi kimi,kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır.Hər şeydə.”Necə də doğru cümlədi. Məlalə mənəm və Min möhtəşəm günəş kitabında kişi və qadın ayrıcalığı ilə qarşılaşdım və təəsüflər olsunki hələdə bu tip şeylər davam edir və bu hal məni çox üzür. Məlalə mənəm kitabında olan bəzi məlumatları oxuyarkən şok içərisindəydim.Pakistanda bişirilən yeməkdə belə qadın və kişi ayrıcalığı qoyurlar.Düşünə bilirsiz?!yemək də belə!Sadəcə dəhşətdir... Min möhtəşəm günəş kitabında isə ata öz qızını(Məryəm)özündən yaşca böyük olan bir kişi ilə evləndirərək həyatını puç edir.ancaq sonra atası vicdan əzabı və peşmançılıq çəkir.Necə deyərlər sonraki peşmançılıq nəyə yarar.Leylanın həyatını isə müharibə puç edir. Həyat,iki qadını müharibə və bir kişinin həyat yoldaşı kimi birləşdirir.İki qadının çətin həyatı ürək parçalayır.Həyatları çətin olsa belə,bir birinə kömək və fədəkarlıq edərək,güclü olaraq bir çox şeyin üstəsindən birlikdə gəlirlər. Kitabı gözəlləşdirən tərəfləri Məryəmin fədəkarlığı və saflığı,Leyla ilə Tariqin sevgisi idi. ”Amma daha çox Leylanın qəlbindədir Məryəm,o yerdə ki Məryəmin özü,onun xatirəsi min günəşin işiğı kimi şəfəq saçır.”O qədər toxunmuşduki bu cümlə mənə. Məryəmin fədəkarlığını,Leylanın isə sevgisini heç vaxt unutmayacağam.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
10/10 puan verdi
·
Beğendi
İlk öncə kitab haqqında fikirlərimi çatdırım ki , olduqca maraqlı və axıcı bir romandır. Kitabda əsasən ailə həyatı , sevgi , təhsilin önəmi və müharibə dövründən bəhs olunur.Kitabın ilk səhifələrindən , günahkar olaraq ilk qadınların göstərildiyini və çətin həyat sürdüklərini görmək olar . Kitabda həmiçinin təhsilin tək oğlanlar üçün deyil qızlar üçün də önəmindən danışılır . Əsasən iki qadının həyatından bəhs olunur ki, tamam ayrı bir həyat yaşayıblar . Onların həyatı çox fərqlənir amma həyatları gələcəkdə birləşir və eyni həyatı yaşamağa məcbur olurlar. Birlikdə çətinliklərə güc gəlib , ayaqda durmağa çalışırlar . Bundan əlavə müharibənin çətinliklərini və müharibənin insanlarda necə travma yaratdığını görürük . Kitabı oxuyarkən belə nəticəyə gəldim ki insanlar və əsasən də qadınlar üçün təhsil çox önəmlidir və hər qaranlıq gecənin bir aydın sabahı vardır .
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
·
Puan vermedi
·
13 günde okudu
"Çərpələng uçuran" kitabını oxuduqdan sonra dedilər bu daha təsirli və ağır kitabdır. Oxumağa başladım. Həqiqətən də elə idi. Hər oxuduğumda içimdə qəzəb, kədər, acı olurdu. Kitab Əfqanıstanda baş verən ölkədaxili və xarici müharibələri bundan təsirlənən çoxlu günahsız insanın çəkdiyi əzabları əsas da qul gözü ilə baxılan, davranılan qadınları anladırdı. Qadınların alçaldılması, tapdalanması və əşya kimi istifadə olunması həqiqətən də bir zamanlar elə indi də bəzi yerlərdə bunun olması kitabın təsirini daha da artırırdı. Dini nə qədər müqəddəsləşdirsələr də onu öz xeyirlərinə görə istifadə edirdilər. "Şimalı göstərən kompas əqrəbi kimi, kişinin şəhadət barmağı həmişə qadını göstərir. Yadda saxla, qızım, günahkar həmişə qadın olur." Bəzən iki cümlə belə gerçək həqiqətləri deyildə Toplumun görmək istədiyi həqiqətləri sənin də onlar kimi görməni istədikləri yoxsa toplum tərəfindən əxlaqsız gözü ilə baxıldığını deyirdi. Kitabı tez bitirmək mümkün deyildi. Çünki bəzi hadisələr elə təsir bağışlayırdı kı, o təsirdən uzaqlaşmaq üçün zamana ehtiyacın olurdu.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Kitabı yeni bitirdim və istədim hisslərimi bölüşüm. İndiyə qədər oxuduğum ən yaxşı romandır və mənə çox təsir etdi. Yazıçının ilk kitabı idi oxuduğum. Bu qədərini gözləmirdim. Əsər iki əfqan qadının həyatından bəhs edir. Ayrı həyatları olsa da bir gün həyat onların yolunu birləşdirir. Məryəm on beş yaşında bir qızdır. Özündən böyük biri ilə evlənir və həyatı tamamilə dəyişir. İllər, yaşanmışlar onu yorur. Leyla on beş yaşında ağıllı, tərbiyəli qızdır. Kabildə baş verən müharibə nəticəsində qadınların həyatı dəyişir. Leyla və Məryəmi sevgi bir- birinə daha çox bağlayır. Qadın olmaq çox çətindi məkanın heç bir önəmi yoxdur. Bir sözlə möhtəşəm bir əsər idi.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
·
Puan vermedi
·
6 günde okudu
Acı dolu iki həyat.
Kitabı bitirər-bitirməz, təsiri hələ də ürəyimdə ikən incələməni yazmağa başladım. Yazarın digər iki kitabını oxumuşam "Və dağlardan səda gəldi" və "Çərpələng uçuran". Amma səbəbini özümdə bilmədən üçüncü və sonuncu kitabı olan "Min möhtəşəm günəş" kitabını oxumağı həmişə başqa zamana saxlayırdım. Lakin sonunda oxumaq
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
455 syf.
·
Puan vermedi
Əvvəla hamıya salam. Bu gün Qələmindən ikinci kitabını oxuduğum Xalid Hüseynin “Min Möhtəşəm Günəş” kitabı haqında yazacağam.Əvvəlcə onu qeyd etmək istəyirəm ki,müharibə dövrlərində yazılmış kitabları oxumağı sevməsəm də,bu kitab mənə çox xoş və məyusluq hissi bağışladı. Məzmununa keçid etdikdə isə Əfqanıstan dövrünün ən şiddətli müharibənin getdiyi zaman atasının evlilikdən kənar qızı olan Məryəm öz anası ilə sakit həyat sürür. Bir zaman gəlir və Məryəm özündən 15 yaş böyük kişi ilə evləndirilmək məcburiyyətində qalır,məhs olanlar Məryəmin başına elə o evdə gəlir.Önündə uzun,onu gözləyən kədərli günlər. Bir qismdə isə Leyladan danışım sizə Atasının təhsilli olması,onun belə bir ailədə böyüməsi.Qızın atasına bağlılığı,təhsil almaq eşqi.Bu arzulara da ,Müharibə son qoyur.Leyla 15-yashında Məryəmin əri Rəşid ilə evlənməli olur. Leyla və Məryəm bir-birilərinə bu evdə təsəlli olurlar.İllər keçdikçə çox şey dəyişir.Daha çox məlumat vermək istəmirəm kitab haqqında.Çünki maraqlı qaçar)Oxunulmağı lazım olan kitablardandır onu deyə bilərəm. Sadəcə bir nüansı qeyd etmək istəyirəm ki,qadın zorakılığı,qadına qarşı şiddət bu kitabda baş qaldırır.Kitabı oxuduqda məni hirs,əsəb boğdu)yazılarda ifadə edə bilmərəm. Onu deyə bilərəm ki,təsiri altında uzun bir müddət qalacağam..
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013100,8bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.