-Yox! - Ravik tez onun sözünü kəsdi. - O da olmaz! Deyirsən dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq... Bizə heç olmaz! Ortada adi bir fırıldaq iş olsaydı, bəlkə də, sən deyən kimi düzələrdi... Ancaq onun da axırı yoxdur... Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!