Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ağ Liman

Anar Rzayev

Yorumlar ve İncelemeler

Tümünü Gör
176 syf.
·
Puan vermedi
Yazıçı Anar bu əsərində də Əxlaq, mənəvi boşluq məsələlərin toxunur. Altincı mərtəbəyə qalxmaq üçün bir növ zəmin yaratdığı bu əsərdə Təhminə ilə Zaurun ilk tanışlıqlarını, hələ də hardasa var olan Ağ limanı görürük. "Beş mərtəbəli binanın altıncı mətəbəsi" romanının mərkəzində də məhz "Ağ liman" əsərindən tanıdığımız Təhminə və Zaur dayanır.
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
Reklam
126 syf.
8/10 puan verdi
·
6 saatte okudu
"Beş mərtəbəli evin altıncı mərtəbəsi" romanının məzmunca "Ağ liman"ın davamı olduğunu biləndə, yarıda qoyub oxumalı oldum. Müasir ədəbiyyat diqqətimi hem vaxt çəkmədiyi üçün yəqin ki, imtahan olmasaydı yenə də oxumazdım. Əsərdəki rusca sözlər, şairlərimizin adlarının çəkilməsi amma məqamlarının fərqliliyi bir qədər xoşagəlməz oldu. Amma nəzərə alanda ki, əsər sovet dövründə yazılıb. Sovet dövründə Nizaminin, Füzulinin, Mirzə Cəlilinin adının yaşaması üçün var, onda sadəcə təqdir etmək qalır. Əsas qəhrəman Nemət obrazıdır. Nə istədiyini bilməyən, yaşadığı həyatın mənasını anlaya bilməyən Nemət. Bacanaqları ilə, qayınanası, ögey qızları və öz qızı ilə olan ayrı-ayrı münasibətlərin üst-üstə yorğunluğunu çəkən, həyat pəncərəisinin eynisindən şikayətlənən Nemət... Lakin onun mayakı da Təhminə ilə telelfon zəngi oldu. Bu zəng ona müəyyən istiqamətlər ver. Oxucu təxəyyülü bundan sonra Nemətin həyatını bu yol ilə addımlayaraq fərqli təsəvvür etmək iqtidarına malik oldu. Digər oblarzlardan Səfdər, Məmməd Nəsir öz yanlızlıqlarında boğulublar. İki ay əvvəl həyat yoldaşını itirən Səfdər dərdləşməyə adam tapmır. Məmməd Nəsir ayıq halda baxa bilmədiyi cəmiyyətə sərxoş baxmağı seçib. Zaur və Təhminə obrazları az-az gördüyümüz obrazlardandır. Təhminə obrazı verdiyi "həyat dərsləri" ilə yadda qalır.
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
176 syf.
·
Puan vermedi
"Adam öz həyatını qadını atan kimi ata bilmir, insan öz həyatını axıracan yaşamalıdır. Həyat yükünü axıracan daşımalıdır..." Salam dostlar. Ümid edirəm ki, bayram tətiliniz ürəyinizcə keçdi. Şəki şəhərindən Zaqatalaya qədər uzanan bayram səfərimiz Şamaxıda Alpaça fermasında tamamlandı. Sabah Yeni yaz fəslinin ilk iş günündə hamınıza bol enerji arzu edirəm. Azərbaycanın xalq yazıçısı Anarın qələmindən oxuduğum "Ağ Liman" kitabı, mənə elə də güclü təsir bağışlamadı. "Təhminə və Zaur"u oxumasaydım bəlkə də, maraqlı gələrdi. Əslində "Ağ Liman" əsəri "Təhminə" əsərinin başlanğıcı kimi qəbul edilib cəmiyyət arasında. Kitabda evli qadın Təhminənin ərindən görmədiyi və eyni zamanda özünün də ərinə vermədiyi sevgini iş yoldaşı ilə "yaşaması" normal bir hal kimi göstərilir. Günümüzdə də belə ailələr az deyil təəssüf ki. Nemətin isə qonaq olduğu evdə evin xanımına aşiq olması, əri ölən kimi onu evinin xanımı və iki balasını da öz övladı kimi qəbul etməsi tamam başqa bir arzunun reallaşması kimi göstərilir. Yuxu ilə başlayıb, yuxu ilə bitən əsəri boş vaxtınızda tanışlıq üçün oxuya bilərsiniz. Amma belə gözləntiniz yüksək olmasın.
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
176 syf.
·
Puan vermedi
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərini oxumamışdan əvvəl oxuya biləcəyiniz bir əsər. Həmin əsərdəki obrazlar barədə məlumat verilsə də, burda hekayəni məhz Nemətin aspektindən görürük: Nemətin həyatı, evlənməsi, üç qızı, yoldaşı, baldızları, iş yoldaşları və s.
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
Reklam
176 syf.
8/10 puan verdi
·
18 saatte okudu
SON LİMAn
Beşmərtəbəli evin altıncı mərtəbəsi əsərini oxumadan öncə bu əsəri oxumaq məncə tam düzgün oldu. Təhminə və Zaur haqqında ilkin məlumat burda var. Dəniz uzandıqca uzanır. Sahil sapsarıdır. Dəniz gömgöydür. Ancaq göy dənizin lap uzağında ağ birşey görünür: ağ liman.
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
176 syf.
8/10 puan verdi
·
9 günde okudu
Təhminə və Zaur...
Ağ Liman, Anar Rzayev. Kitabın mövzusu çox gözəl idi. Sonunda göz yaşlarıma hakim ola bilmədiyim kitablardan oldu... Ancaq mənə elə gəlir ki müəllif çox dərinliklərə, ən incə ayrıntılara, xırdalıqlara qədər yazmışdı. Və bu da oxucunu darıxdıra, bezdirə bilir. Kitabı ümumi olaraq çox bəyəndim. Oxumağınızı tövsiyə edirəm. Oxumamısınızsa mütləq oxumalısınız.)) Kitabı oxuduqdan sonra filmə də baxdım bəzi şeylər üst-üstə düşməsədə kitabda ki kimi eyni hadisələr idi və bəzi hadisələri isə qısaldaraq vermişdilər. Oxumağa dəyər...☆ Şərhlərdə kitab haqqında düşüncələrinizi və sevdiyiniz kitab adlarını da yazsanız sevinərəm Əziz, 1k okuyucuları.))
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
176 syf.
·
Puan vermedi
·
Beğendi
·
1 saatte okudu
Anarın “Ağ Liman” povestini dəyərli edən ünsür onun 60-cı illərdə belə bir əsər yaratmısıdır. Povestdə biz gündəlik həyatın axarında diqqət etməyəcəyimiz insanların mənəvi dünyasına qonaq oluruq. Həmin bu insanların iç dünyası səhvləri və doğruları arasında tərəfsizcə bizə çatdırılır. Əsər Nemət obrazının yuxusu ilə başlayır. Fikrimcə, yazar
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
176 syf.
9/10 puan verdi
·
7 günde okudu
Yuxu ilə başlayıb, yuxu ilə bitən gözəl bir əsər. Mənə görə axıcı bir əsər oldu, oxuduqca oxumaq istəyirdim. Bir çoxları kimi mən də düşünürəm ki, Ağ liman" povesti Beşmərtəbəli evin altıncı mərtəbəsi(Təhminə və Zaur) romanından öncə oxunmalıdır. Əsər Nemət, onun ətrafındakı insanları və həyatlarını anlatsa da, Təhminə və Zaur haqqında da az da olsa, məlumat verir və müəyyən təəssüratlar yaradır. Əsərdə həyata qarşı məna axtarışı, monotonluğa qarşı çığırışlar, mənəvi dəyərləri sorğulama bol-bol mövcuddur. Bir çox hissədə müəllif bizi düşünməyə məcbur edir; məsələn, Təhminə və Zaurun dialoqlarında, Nemətin qarmaqarışıq fikirlərində, Nemət ilə Təhminənin telefon danışığında, Səfdər dayı və digər obrazların həyat hekayələrində. Povestin sonu Nemətin yuxusundakı ağ liman və qırmızı gəmilərlə bitir. Ağ rəngin mənası haqqında araşdırma edəndə, mənalarından birinin də xoşbəxtlik, hüzur olduğunu gördüm. Qırmızı rəng isə canlılığın, dinamizmin, həmçinin məhəbbətin rəngi kimi simvolizə edilib. Bundan əlavə, internetdə bu mövzuda axtarış edərkən Şəbnəm Kazımovanın povest haqqında təəssüratlarını yazdığı yazını gördüm. Sizinlə də paylaşmaq istəyirəm: ceylanmumoglu.com/az/news/sebnem-...
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
Reklam
176 syf.
6/10 puan verdi
"Ağ Liman" Anardan oxuduğum ilk kitab oldu. Kitab barədə fikirlərim isə olduqca qarışıqdır. Yazıçının üslubunu, yaratdığı obrazların reallığını, sadə insanların gündəlik həyatını əks etdirməsini çox sevdim. Lakin kitabın "mövzusuzluğu" məni yordu və bu qədər incə, bir günə oxuna biləcək kitab günlərlə əlimdə qaldı və bitmək bilmədi. Yəni konkret bir hekayə anladılmadığı üçün növbəti səhifədə nə olacağını bilmə istəyi də yaranmadı. "Ağ Liman" yazarın ən məşhur kitabı olan
Təhminə və Zaur
Təhminə və Zaur
un ilk kitabıdır desək, yanılmarıq. Lakin burada onların tanışlığı kiçik bir hissəni əhatə edir və sadəcə nəşriyyat işçilərinin həyatlarıdan bir parça kimi təqdim olunurdu. Əsərdəki hadisələr 1965-ci ildə keçir. Yazıçı öz dövrünü və dövrünün insanlarını ustalıqla əks etdirib. Kitabın maraqlı cəhəti isə, Nemətin gördüyü yuxu ilə başlayıb, elə onun başqa bir yuxusu ilə də bitməsidir. Bundan başqa, roman boyunca yuxu mövzusuna tez-tez toxunulur və elə kitabın da adı yuxuya əsaslanır. Lakin Qanun nəşriyyatı niyəsə kitabda keçən rusca cümlələri tərcümə etmə ehtiyacı hiss etməyib. Sovet dövründə qalmış bu insanlar, ana dilimizin Azərbaycan dili olduğunu və Rus dilində yazılmış hissələrin də xarici dil kimi tərcümə edilməsinin vacibliyini unudublar. Nə deyim, bilmirəm...
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0270 okunma
158 syf.
·
Puan vermedi
Ağ liman, beşmərtəbəli evin altıncı mərtəbəsi əsərini oxumamışdan əvvəl izləməli olduğun fragman olsun. Natiqin də, Təhminənin də, Zaurun da bizə çatdırmaq istədikləri həyat dərsləri ilə qarşılaşırıq. Nağıl oxuyuram kimi hiss etdim, bu hissi çoxda sevmirəm. Kitabda belə bir hissə var: "Əsgər Teymurov 1905-1957 Tofiq Babayev 1927-1946 Adlar və rəqəmlər. Adlar və rəqəmlər. Yəni bu rəqəmləri bura yazmaq vacibdir? Yəni adamdan elə bu iki şey qalır?Adı və bu iki tarix? Axı, niyə belə? Axı, əslinə qalsa bu yazıların adamın şəxsən özünə dəxli də yoxdur. Adını özü qoymayıb. Familyasını da həmçinin, təvəllüdü, ölümü də özündən asılı deyil. Olmaz ki bura adımın şəxşən özünə dəxli olan şeylər yazsınlar, məsələn kim idi, bu dünyada nə iş görüb, nə iş qoyub gedib, ya məsələn tutalım xasiyyəti necə idi? Kimə nə yaxşılığı, nə pisliyi keçib? Övladı olub, yoxsa yox, öləndən sonra kimi qalıb? Yoxsa quru rəqəmlərdən nə çıxsın?" Qəbirstanlıqda nə var? Ruh göylərdə, bədən də ya məhv olub ya da məhv olmaq üzrə.. adlar və rəqəmlər.. Niyə də hər insanın öz qısaca tarixçəsi məzarı üstünə yazılmasın? Elə bilirsiz keçmiş insanların tarixçəsini oxumaq insanlara maraqlı olmaz? Hələ bəlkə tarixçəni oxuyandan sonra bir rəhmət də dedi.. :) Ama.. bizim şəxsiyyətimiz adımızın üstündə qurulmur ki? (adımız önəmsiz ola bilməz) Ama.. hər insan şəxsiyyət kimi formalaşa bilir ki? (adımız önəmsiz də ola bilər)
Ak Liman
Ak LimanAnar Rzayev · Simavi Yayınları · 1991270 okunma
158 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Zaman çizgisinde
Beş Katlı Evin Altıncı Katı
Beş Katlı Evin Altıncı Katı
kitabından önceki bir zamanı anlatıyor kitap. Ama illa ondan önce mi okunmalı bilemedim. Bu kitap 1965'den, diğeri ise 1994'den. Önce bu kitabı okursanız mesela bir Tahmine'yi bu kadar sever misiniz, veya Zaur size hiç büyümemiş bir çocuk gibi gelir mi? Bundan dolayı iyiki diğer kitabı daha önce okumuşum dedim. Ve Tahmine'ye yine hayran kaldim. O nasıl bir insan dostluğu, o nasıl bir her şeye rağmen hayatla barışıklık, o nasıl öyle bir vicdan sahibiliğı? Bu kitapta Tahmine'yi daha iyi anlamakla kalmıyorsunuz, adeta tekrar hayran kalıyorsunuz. Bilhassa bilgeliği beni mest etti iki kitapta da. Kitabın hikayesi ne? Diğer kitabi okuyanlara anlatır gibi mi anlatmalı yoksa okumayanlara göre mi? Şöyle özetleyelim: diğer kitapta Tahmine ve Zaur'un aşkı ve akibetleri anlatılıyorken, bu kitapta daha çok ikisinin de aynı iş yerinde bulunan insanlar ve sıkıntıları anlatılıyor. Adeta bir iş yerindeki insanların insan manzaraları. Ana tema bundan başka ne olabilir? Bir yere tutunmak. Hayatta tutunacak bir şey bulmak. Tutunamayanlar kitabını hatırlatıyor, evet. Kendi hayatının yekununu farketme, sorgulama ve değiştirmek isteme. Kitapta Zaur ve Tahmine bize bu konularda ip ucu verse de, asıl önplandaki şahıs Nemet ve onun çıkmazı. İnsanlar ve sıkıntıları işte. Ama Tahmine'nin bu insanlar arasında ne kadar ulvi ve yüce bir ruha sahip olduğunu, kendi dertleri dururken başkalarına da akıl verdiğini veya bazı şeylerine göz yumarak faydalı olduğunu görüyorsunuz. Sırf Tahmine ile tanışmak için bile okunur bu iki kitap. Kitapla kalın...
Ak Liman
Ak LimanAnar Rzayev · Simavi Yayınları · 1991270 okunma
158 syf.
8/10 puan verdi
·
Beğendi
·
19 saatte okudu
Təhminə və Zaurdan əvvel oxunmali bir əsər.Sanki Besmərtəbəli evin altıncı mərtəbəsi ucun başlangıç bir əsərdir. Təhminə və Zaur qədər olmasa da oxumagininizi tovsiye edirem.
Ak Liman
Ak LimanAnar Rzayev · Simavi Yayınları · 1991270 okunma
158 syf.
9/10 puan verdi
·
Beğendi
·
2 saatte okudu
Ak liman, pijamalı kedi, alınamayan bilet, violin gibi, spor gazetesi, saat, opera ismi ... ve Nimet'in hikayesi. Hüzünlü olmayan, ama düşündüren hikaye.
Ak Liman
Ak LimanAnar Rzayev · Simavi Yayınları · 1991270 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.