Məntiqsiz dərəcədə çox xoşum gəldi...
4 hekayənin birləşməsindən ibarət olan kitabdır hansı ki hadisələrdən ortadan başlayaraq bəhs olunur(hekayənin başlanğıcını bilmirik). Ən çox Cəza Kolonisində hekayəsi xoşuma gəldi, ən azından gözləmədiyim sonluqla bitməyi məni olduqca məmnun etmişdi. Öz dediklərinə bu qədər inanan, yalnış fikrini və cəza metodunun ədalətsizcə tətbiq olunmasını səylə qarşısındakı insana anlatmağa çalışan xəstə fikirli insandan gözlənilməyəcək hərəkət idi deyə bilərəm. Normalda bu kitaba əsla 8 xal verməzdim, hələ də 8 xallıq olduğunu tam düşünmürəm, amma çox önyarğıyla başlamışdım. Bu önyarğımın qarşılığında üzr xarakterli qoyulmuş xal olaraq düşünə bilərsiniz. Bəlkə də Kafkanın qələminə görə bu qədər xoşum gəldi, kim bilə bilər?
Oxumaq olar:)