Mənə sətir-sətir, səhifə-səhifə, parça-parça adını yaşadan əsər!.. Hərb və sülh!.. Böyük səbr, güclü əzm və bolluca vaxt tələb eləyən əsərdir!.. Rus dili ilə paralel oxuduğumçün ikiqat vaxt sərf eləməli oldum... Uzuuuuunnnnn müddətə oxudum... Rəsmən müharibə eləyərək oxudum... Asta-asta, ancaq usta-usta oxumaq istədim. Oxudum, düşündüm, düşündüm, oxudum. Uzun mübarizələrdən sonra nəhayət ki, bitdi. Tam haqqını verə bildimmi? Əlbəttə ki, yox! Yenidən müraciət eləməli olacağam, böyük ehtimal bir neçə ildən sonra, ya da elə yaxın zamanlarda. Ancaq oxuduqdan sonra insanı düşündürən Tolstoy fəlsəfəsi, Tolstoy təhkiyyəsi yenə öz sözünü dedi. Dövrün, insanların təsviri, təsvirlərdəki ən incə detala qədər təəfərrüat, təfərrüatlarda ən incə məqama qədər ustalıqla təsvir, dövrün hərtərəfli, çoxşaxəli təhlili, müharibələr, çaxnaşmalar, üsyanlar, vəhşiliklər, hökmdarlar, idarəçilər, ideologiyalar, bütün bunlardan nəsibini alan sadə xalq, sevgi, inanc, dəyərlər və s... Qarmaqarışıq duyğular yaşayacaq, tarixə səyahət edib XIX əsrin Rusiyasında yaşayacaqsınız oxuduğunuz müddətdə... Epiloq hissəsi isə bəlkə də bütün düşüncələrinizdə fırtına qopmuş dənizdəki çaxnaşmanı yaşadacaq. Qısaca, özünüzü tam hazır hiss etmədən nə badə bu əsəri oxumaq istəyəsiniz. Yoxsa, mənim kimi kitaba da, özünüzə də işgəncə verərək oxuyacaqsınız...